Moskvada polisi azərbaycanlı öldürdü


Moskvada  polisi azərbaycanlı öldürdü
Moskvada polisi öldürən azərbaycanlı ödəmə terminalını oğurlayıb aparırmış. Azərbaycandan olan Nemət Rəşidov polis əməkdaşı Andrey Bannovu öldürməkdə şübhəli qismində saxlanılıb.

Nemət Rəşidov isintaq zamanı ödəmə terminalı oğurlayıb apardıqlarını etiraf edib. “İnterfaks””ın paytaxt polsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə Rəşidov ifadəsində bildirib ki, o, əlbir olduğu bir neçə yoldaşı ilə terminalı avtomobildən boşaltdıqdan sonra, maşını başqa yerə qoymağa gedirmiş. Yolda onu polislər görüb və təqib etməyə başlayıblar. Rəşidovu çevrə yolunda (MKAD) saxlayıblar. Nemət Rəşidov maşından düşüb qaçıb, polislər də onun ardınca düşüb. Sonra ona çatan polsiə əlbəyaxa olublar. Şübhəli bilinən Nemət Rəşidov polis zabiti Bannova böyür və çiyin hissəsindən bir neçə bışaq zərbəsi vurub.

Saxlanılan azərbaycanlı gecəni meşədə keçirdiyini deyib. Rəşidov onu da bildirib ki, polisin öldüyünü sonradan xəbərlər proqramından öyrənib. O, təslim olmaq istədiyini, lakin qorxduğunu da söyləyib. Baş verənlərə görə təəsssüf etdiyini bildirən Nemət Rəşidov öldürdüyü polisin qohumlarından üzr istəyib.

N. Rəşidova qarşı RF CM-nin 317 maddəsi ilə cinayət işi qaldırılıb və haqqında həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Nemət İlham oğlu Rəşidov 1990-cı il təvəllüdlüdür.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir