Moskvada prezident administrasiyası binası qarşısında piket


Moskvada prezident administrasiyası  binası qarşısında piket
Ukraynalı pejissor Oleq Sentsovu müdafiə edənlər prezident administrasiyası binası qarşısında piket keçirirlər. Aksiya Sentsova Saxarov mukafatı verilməsinə həsr olunub. Mükafatlandırma mərasiminin bu gün Strasburqda baş tutacağı gözlənilir. Hazırda Rusiya həbsxanasında olan rejissorun əvəzinə mükafatı əmisi qızı Natalya Kaplan və vəkili Dmitri Dinze alacaq.

Prezident administrasiyası binası qarşısında olan təkadamlıq piketin iştirakçısı Anton Dolin “Exo Moskvı””ya müsahibəsində Sentsova mükafat təqdim edilməsini əhəmiyyətli hadisə saydığını deyib.

Rusiyada Sentsov Krımda terror hazırlamaqda suçlu bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir