Moskvada Qadınlar bayramı günü qadınlar etiraz edəcəklər


Moskvada Qadınlar bayramı günü  qadınlar etiraz edəcəklər
Bayramın tarixi statusunu yerinə gətirən qadınlar yaxınlarının həbsdə olmasına etiraz edərək küçəyə çıxacaqlar.

Sabah Moskvada Bolotnı meydanı hadisələrinin “əsirlərinin” müdafiəsinə qalxan qadınlar piket keçirəcəklər. Piketdə həbsdə olanların anaları, həyat yoldaşları, bacıları və rəfiqələri iştirak edəcəkər. Bu haqda “Exo Msokvı”ya komitənin üzvü Mariya Arxipova məlumat verib.

Onun sözlərinə görə aksiyada Taisa Osipova, Mariya Alexina, Nadejda Tolokonnikova və Saşa Duxaninaya –siyasi motivlərlə həbs olunan qadınlara buklet imzalanacaq.

Piket saat 13:00-dan 15:00-a kimi Deviçem poledə Lev Tolstoyun heykəli yanında keçiriləcək.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir