Moskvada qafqazlılar dava salıb, 3 nəfər yaralanıb


Moskvada  qafqazlılar dava salıb, 3 nəfər  yaralanıb
Moskvanın şimal-qərb dairəsində gecə saatlarında düşən davada 3 nəfərin xəsarət aldığı haqda Daxili işlər idarəsinin mətbuat xidmətindən aldığı məlumata istinadən “İnterfaks” agentliyi xəbər verib.

Tüşinski küçəsi ev 17 ünvanında atışma ilə müşaiyət olunan dava haqqında polis bölməsinə xəbər gecə saat 2:30-da daxil olub. Polislər hadisə yerinə gələndə orada bıçaq yarası almış 2 nəfər və güllə yarası almış bir nəfərin olduğunu görüblər. Bütün xəsarət alanlar Şimali Qafqazdan olanlardır. Yaralıları xəstəxanaya çatdırıblar.

Əlavə məlümata görə hücum edənlər BMW markalı atbomobilə minərək hadisə yerindən uzaqlaşıblar. Istintaq hadisənin baş vermə səbəbini araşdırır.

Tüşinski küçəsi ev 17 ünvanında “Prazdnik” ticarət mərkəzi yerləşir. Hüquq- mühafizə orqanlarından verilən məlumata görə dava “Tüşinskiy dvorik” kafesində düşüb.

/Yenises. ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir