Moskvada qudurlar mənzildən ötəri 9 nəfəri diri-diri basdırıblar


Moskvada qudurlar mənzildən ötəri  9 nəfəri diri-diri basdırıblar

Pieltorlardan ibarət quldur dəstəsi tək yaşayan moskvalıların evini satdıqdan sonra onların bəzilərini boğub, bəzilərini güllələyib, bəzilərini isə diri-diri basdırıblar.

Hüquq-mühafizə orqanı əməkdaşları mənzil sahiblərinin əmlakına yiyələnməkdən ötəri onları qətlə yetirənlər 16 nəfər “qara rieltordan”” ibarət quldur dəstəsini yaxalayıblar. Bu haqda noyabrın 1-də İstinaq komitəsinin saytında məlumat verilir.

“”Cinayətkar qrupun toruna ictimai mühitdən uzaq yalnız yaşayan, Moskvada və Moskva ətrafnıda şəxsi mənzili olanlar düşüb. Dəstə xüsusi qəddarlıq və hesabla hərəkət edib. Aldatma yolu ilə moskvalıların evini əlindən aldıqdan sonra onları boğmaq, diri-diri basdırmaq və güllələməklə onlardan “”xilas”” olublar-deyə məlumatda deyilir.

DİN-nin rəsmi saytında verilən xəbərdə o da deyilir ki, quldur dəstəsinin təsisçisi rieltor fəaliyyəti ilə məşğul olan 32 yaşlı Tver sakinidir. O, tərəfdaşları ilə birlikdə öz qubanlarını mənzillərini satmağa və onlara daha uyğun qiymətə ev almağa inandırıblar. Pulu alandan sonra mənzilin keçmiş sakinlərini Tver vilayətinə aparıb və onları orada öldürüblər.

Qeyd edilir ki, cinayətkarlar dəyəri dörd milyondan -yeddi milyona qədər olan beş evə sahib olublar. Əldə edilən evlərin ümumi məbləği 28 milyon təşkil edir.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir