Moskvada Rufo Gəncinski ləqəbli “qanuni oğru” saxlanıldı


Moskvada  Rufo Gəncinski ləqəbli “qanuni oğru” saxlanıldı
Bu gün Moskvada Federal axtarışda olan kriminal aləmdə Rufa Gəncinski kimi tanınan “qanuni oğru” saxlanılıb. RF DİN cinayət axtarış idarəsinin mətbuat xidmətindən bu haqda məlumat verilib.

Avtoritet cinayətkar qrupun iştirakçıları olan Azərbaycan vətəndaşıları ilə birgə Moskvanın cənub-qərb dairəsində tutulub. Rufo Gəncinski özü adam öldürmükdə şübhəli bilinərək federal axtarışda olub.

Rufo Gəncinski saxlanılan zaman onun üstündən Azərbaycan Respublikası Daşkəsən rayon sakininə məxsus Rusiya Federasiyası vətəndaşının pasportu və əldəqayırma tapança çıxıb.

Polis idarəsindən digər saxlanılanların kimliyi haqqında məlumat verilməyib. Hazırda saxlanılanların müxtəlif səpkili cinayətlərdə iştirak edib-etmədikləri araşdırılır.

Ayxan
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir