Moskvada “Rusiya və Azərbaycan –dirçəliş yolunda “ elmi-praktik konfrans keçirildi


Moskvada  “Rusiya və  Azərbaycan –dirçəliş yolunda “ elmi-praktik konfrans  keçirildi
Moskvada Ümumrusiya Azərbaycanlıları konqresinin təşkilatmılığı ilə Beynəlxalq Ticarət Mərkəzinin “Ladoqa” zalında Rusiya və Azərbaycan ictimai-siyasi elitasının nümayəndələrinin iştirakı ilə “Ruisya və Azərbaycan- dirçəliş yolunda ” adlı elmi-praktik konfrans keçirildi.

12 iyun Rusiya günü və 15 iyun Azərbaycanın qurtuluş günləri bayramına həsr olunmuş konfransı ÜAK-nin baş katibi Mikayıl Hüseynov açdı. Konfrans iştirakçılarını salamlayıb hər iki bayram münasibətilə təbrik etdikdən sonra sözü Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna verdi.

Polad Bülbüloğlu zaman tapıb bu konfransda iştirak etməyə gələn Azərbaycan Milli Məclisinin deputatlarına Azərbaycan səfirliyi adından minnətdarlığını bildirdi. Bizi dəstəkləyən, dəvətimizi qəbul edib gələn Rusiya ekspertlərı, politoloqlarına da təşəkkür etməyi unutmadı.

Sonra səfir yaxın günlərdə 28 May Respublika günü ilə bağlı keçirilən möhtəşəm tədbirdən söz açaraq, Rusiyadakı ictimai-siyasi təşkitalatlardan 1000-dən artıq, o cümlədən 40-dək müxtəlif ölkə səfirliklərinin nümayəndələrinin iştirakının Azərbaycanın avtoritetindən xəbər verdiyini vürgüladı.

Həytaın bütün sferasında qarşılıqlı anlaşma, əməkdaşlıq və tərəfdaşığa söykənən Rusiya-Azərbaycan münasibətindən söz açan səfir Rusiyadakı bəzi qüvvələrin, bəzi adamların bunu pozmaq istıdiyiniə də diqqət çəkdi. 2001-ci ildə prezident seçilib ilk rəsmi səfərini Azərbaycana edən V.V. Putinin o zamanlar və diplomatik, siyasi, isqtisadi və mədəni sahədə qarşılıqlı q əməkdaşığın təməlini qoymuşdur. Bu gün Rusiya yeni bir etapa, yenilənmə etapına qədəm qoyub. Yenidən prezident seçilən Putin Rusiya Azərbaycan tərəfdaşlığıni əvvəlki kimi davam etdirəcəyiniə ümid edirik” –dedi səfir PoladBülbüloğlu.

Polad Bülbüloğlu Qarabag məsələsinə toxunaraq Rusiyanın Azərbaycana yaxın ölkə olmaqla yanaşı, Minsk qrupunun sədri və regionun ən iri və aparıcı ölkəsi kimi münaqişənin Beynəlxalq normalar çərçivəsidnə sülh yolu ilə həllində yardımına ümid etdiyini bildirdi.

Konfransda Azərbaycan Milli Məclisinin deputatları Rasim Musabəyov, Mixail Zabelin, Ceyhun Osmanlı, prezident yanında strateji araşdırmalar mərkəzinin sədri Fərhad Məmmədov iştirak edirdilər. Onlar Rusiya Azərbaycan münasibətlərinə, bölgənin münaqişəli problemi olan Qarabag müharibəsinə toxunaraq konkret təkliflərlə cıxış etdilər.

Azərbaycanda həm də rus diasporunu təmsil etdiyini deyən Mixail Zabelinin cıxışı maraqlı məqamaları ilə yadda qalan oldu. O Qarabağ münaqişəsi ilə bağlı Rusiyada bəzi siyasətçilərin mövqeyinə diqqət çəkərək : “Rusiyada bəzi siyasətçilər Ermənistanın Rusiyanın for-postu rolu oynadığını deyirlər. Rus millətindən olan azərbaycanlı kimi bildirim ki, vətənim Azərbaycanda 150 minə yaxın rus yaşayır. Rus dilində məktəblər, qazetlər, institutlar var, sərhəddə döyüşən, şəhid olan rus millətindən olan əsgərlərimiz, hətta Azərbaycanın Milli Qəhrəmanı adını alanlarımız var. Rusiyanın for-postu Azərbaycandır”-dedi.

Beynəlxalq Dövlət İdarəetmə akademiyasının rektoru, akademik Alina Komarova, RF Prezident administrasiyasının eksperti, YUNESKON-un məsləhətçisi İqor Kondraşin, RF Mədəniyyət nazirliyi mədəniyyətşünaslıq institutunun direktor müavini Yuriy Reznik və digər Rusiya tərəfdən çıxış edənlər də qarşı tərəfin fikri ilə razılaşdıqlarını Azərbaycan-Rusiya münasibətlərinin bu müstəvidə inkişafını davam etdirilməsinin vacibliyini vurğuladılar.

ÜAK baş katibinin müavini Nemət Nağdəliyev konfrasda son söz olaraq konqressin dəvətini qəbul edib gəldikləri üçün həm Rusiya həm də Azərbaycan deputat, politoloq, diplomat, ekspet və digər ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirdi. ÜAK-ın Rusiya- Azərbaycan qarşılıqlı ictimai-siyasi, mədəni mübadiləsində fəal rolu olan əlaçı tələbələrə xüsusi təqaüd ayrıldığını söylədi. Və Rusiyanın müxtəlif ali məktəblərindən 5 tələbə xüsusi mükafat-noutbukla təltif olundu.

Konfrasnın işində Rusiya və Azərbaycan alimləri, elmi-siyasi xadimlıri, diplomatları, ictimai təşkilatkların nümayəndələri və tələbələr iştirak edirdilər.
Moskvada  “Rusiya və  Azərbaycan –dirçəliş yolunda “ elmi-praktik konfrans  keçirildiMoskvada  “Rusiya və  Azərbaycan –dirçəliş yolunda “ elmi-praktik konfrans  keçirildiMoskvada  “Rusiya və  Azərbaycan –dirçəliş yolunda “ elmi-praktik konfrans  keçirildiMoskvada  “Rusiya və  Azərbaycan –dirçəliş yolunda “ elmi-praktik konfrans  keçirildi

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir