Moskvada taciklərin kirayələdiyi evdə bomba partladı


Moskvada taciklərin kirayələdiyi evdə bomba partladı
Paytaxtın cənub-şərqindəki yaşayış evlərinin birində bu gün səhər partlayış baş verib. Daxili işlər nazirliyinin baş idarəsindən verilən məlumata görə Sudakova küçəsindəki 24 nömrəli edin 1-ci mərtəbəsindəki pəncərənin qabağına partlayıcı qoyublar.

“Partlayış nəticəsində iki nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti orta agır dərəcədədir. Bundan əlavə 20-dən artıq pəncərənin şüşəsi sınıb”-deyə paytaxt polisi bildirib.

Yaşayış evinin sakinlərinin dediyinə görə partlayış baş verən binada Tacikistan vətəndaşları yaşayırlar. “Bir mənzildə 20-dən artıq tacik yaşayır. Onlardan çoxu bazarda işlədiyi üçün ola bilsin ki, kiminləsə nəyi isə bölə bilməyiblər”-deyə qonşu Yuri Serafimov bildirib.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir