Moskvada üç polis azərbaycanlını öldürməkdə günahlandırılır


Moskvada üç polis azərbaycanlını öldürməkdə günahlandırılır
Daxili işər nazirliyinin Xoroşevo-Mnevniki rayon post-patrul xidmətinin üç əməkdaşı və onların işsiz ortağı Azərbaycan vətəndaşını öldürməkdə şübhəli bilinərək saxlanılıblar. Hadisə 2012-ci il sentyabrın 6-da Moskvanın qəsəbələrindən birində baş verib. Bu haqda Rusiya KİV-nə Moskva daxili işlər naziriliyinin baş idarəsindən məlumat verilib.

İstintaq məlumatına görə 5 gənc paytaxtdan vilayət istiqamətinə gedirmiş. Yolda onlar arasında konflikt yaranıb və bu da davaya çevrilib. Dörd nəfər azərbaycanlını öldürüb, avtomobilini isə Moskvaya satmaq üçün gətiriblər.

Daxili işlər nazirliyinin operativ- axtarış tədbiri nəticəsində hadisənin ehtimal olunan iştirakçıları saxlanılıb. Hadisədə şübhəli bilinən polsi əməkdaşları hüqüq mühafizə orqanı sıralarından azad ediliblər. Həmçinin Xoroşevo-Mnevniki raoyunu üzrə DİN-nin rəhbəri də Moskva polisinin başçısı Anatoli Yakuninin əmri ilə tutdugu vəzifədən uzaqlaşdırılıb. Bundan əlavə orada növbədənkənar attestasiya keçirilərək xüsusi tərkibin yenidən yoxlanmasına qərar verilib.

Azərbaycanlının ölümündə günahkar bilinən polislərə cinayət işi açılılıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir