Moskvada VIII Artistlər arasında futbol üzrə DÇ çərçivəsində Türkiyə ilə Polşa komandaları qarşılaşacaq


Moskvada  VIII Artistlər arasında futbol üzrə DÇ çərçivəsində  Türkiyə ilə Polşa komandaları qarşılaşacaq

Səhnədən meydana! Bu da oyundur, təbii ki, amma…

Türk sənət ulduzları futbol meydançasında. Moskvanın yaşıl futbol meydanlarında istedad deyil, futbol bacarığı sınanacaq. Türkiyəni yarışmada həm də futbolun “ən yaxşıları”” olan məhşurlar təmsil edir. Onlar kimlrdir? Bir az sonra…

Xəbər verildiyi kimi may ayının 25-dən iyunun ayının 3-nə kimi Moskvada Musiqili-idman proqramı çərçivəsində VIII Artistlər arasında futbol üzrə Dünya Çempionatı start götürüb. Bu oyun çərçivəsində bu gün Moskvanın “”Lokomotiv”” stadionunda Türkiyə və Polşa komandaları qarşılaşacaq. Oyun Moskva vaxtı ilə saat 19:30-da başlanır.

Qeyd edək ki, “”Art-futbol”” Musiqili futbol Festivalı adı altında keçirilən bu dünya miqyaslı yarışmada ənənəvi olaraq 16 komanda iştirak edir. Argentina, Belorusiya, Böyük Britaniya, Almaniya, İtaliya, Cənubi Koreya, Qazaxıstan, Peru, Polşa, Serbiya, Sloveniya, Paraqvay, Rumıniya, Rusiya, Türkiyənin və eləcə də “”İnter”” komandası adı altında cəmləşmiş İsrail, Braziliya, İran, Niderland, Qırğızıstan, Slovakiya, Estoniya, Macarıstanın populyar artistlərindən təşkil olunmuş komandalar FİFA-nın sxeminə uyğun olaraq dünya birinciliyi uğrunda mübarizə aparacaqlar.

Türkiyə Respublikasının komandasını estrada və seriallarından (dizilərindən) yaxşı tanıdığımız də dünyanın bir çox ölkəsində sevilən Halil Sezai, Öykü Gürman, Cansel Elçin, Cem Kılıç, Mine Ayman, Gökhan Kızıltan, Tansel Doğanay, Alper Mehmetoğlu, Güvenç Kurtar, Mustafa Kocabey, İbrahim Kendirci, Ümit Kantarcılar, Ersin Korkut, Sarp Levendoğlu, Alpay Erdem, Mustafa K. Öztürk, Sertan Öksüz, Buğrahan Çayır, Atakan Kurt, Bilgin Defterli, Aksel Üstün, Burhan Şahin, Vedat Evren Dursun, Başar Sayılgan, Ergün Yıldız, Yalın Doğu Şahin, Deniz Cem, Bora Atlı, Kenan Akcan, Aydın Çakmak, Cihan Karakaş, Rıza Yaryad, Selim Özer, Umut Zen, İbrahim Üçüncü kimi sənətçilər təmsil edəcəklər.

Türkiyə millisinin oyun cədvəli:

26 may 19:30 Türkiyə-Polşa
28 may 15:00 Türkiyə-Böyük Britaniya
30 may 15:30 Türkiyə -Paraqvay

Xatırladaq ki, bu gün Moskvanın “”Lokomotiv”” meydanında keçirilən oyunun biletləri pulsuzdur.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir