Moskvadakı 157 saylı Azərbaycan etno-təmayüllü məktəbdə Qadınlar bayramı keçirildi


Moskvadakı  157 saylı Azərbaycan etno-təmayüllü  məktəbdə Qadınlar bayramı keçirildi
Azərbaycan-rus mədəniyyəti və həmrəyliyi mərkəzinin təşkilatçılığı ilə K.Kərimov adına 157 saylı məktəbdə 8 Mart Qadınlar günü münasibətilə bayram tədbiri keçirdi. Şirniyyat süfrəsi arxasında muqisinin müşaiyəti ilə keçirilən tədbir 157 saylı məktəbi və orada çalışan qadınları tanıdan videosüjetlə başlandı.

Azərbaycan-rus mədəniyyəti və həmrəyliyi mərkəzinin nümayəndəsi Mehman Şükürov məktəbin qadın müəllimlərini və tədbirdə dəvət olunan Moskvadakı ziyalı azərbaycanlı qadınlarımızı xoş sözlərlə təbrik etdi.

Moskvadakı  157 saylı Azərbaycan etno-təmayüllü  məktəbdə Qadınlar bayramı keçirildi
“Qadına diqqət tək bir gün deyil, hər gün gərəkdir. Onları hər gün sevindirmək, onala belə bayram-əhval ruyhiyyəsi yaşatmaq biz kişilərin borcudur. Mən həyatın bütün sahəsində bizimlə çiyin-çiyinə çalışan, bizə ana, bacı olan, həyatlarını bizimlə paylaşan bütün qadınlarımızı təbrik edirəm!”- dedi.

157 saylı məktəbin direktoru Elmira İsmayılova da öz növbəsində:- “Baxmayaraq ki,bu gün mənim də bayramımdır”,-deyərək rəhbərlik etdiyi məktəbin qadın müəllimlərinə və bu bayramı onlarla birgə keçirən ziyalı azərbaycanlı qadınlarına xoş arzularını çatdırdı.

Bayram şənliyində iştirak edən Beynəlxalq yazıçılar və publisistlər asossasiyası və Avrasiya yazarlar birliyinin üzvü şairə Afaq Şıxlı “qadın bu günkü qız, sabahkı anadır. Qadın –beşiyimiz başında layla deyən, bizə ilk kəlməni öyrədəndir. Qadın həmdəmimiz, qayğımızı çəkəndir. Qadın haqqında nə qədər çox sözlər varsa söyləmək olar”. Mən birgə bayram sevincini paylaşdığımız qürbət hissini bir-birimizə unutduran qadınlarmıza, rəfiqələrimə təbrikimi şeirimlə çatdırmaq istəyirəm-deyib şeirlərindən oxudu.

Moskvadakı  157 saylı Azərbaycan etno-təmayüllü  məktəbdə Qadınlar bayramı keçirildi
Əməkdar artist Qorxmaz Axundovun tarda ifası, Moskva “Dərviş” teatrının aktyoru Şirzad Əsədin ana haqqında söylədiyi şeirlər qadınlar tərəfindən alqışlarla qarşılandı.

Moskvadakı  157 saylı Azərbaycan etno-təmayüllü  məktəbdə Qadınlar bayramı keçirildi

Məktəbin metodisti Sevil İsmayılovun rəhbərliyi ilə məktəb şagirdlərinin hazırladığı kompozisiyalar, musiqi nömrələri ilə şənlik davam etdi. Məktəbin şagirdlərinin ifasında “Arşın mal alan” liberettosundan “Telli ilə Vəlinin” musiqili səhnəsi, “Cücələrim” rəsqi maraqla qarşılandı.

Moskvadakı  157 saylı Azərbaycan etno-təmayüllü  məktəbdə Qadınlar bayramı keçirildi

Gecənin aparıcısı- mügənni Sultanın ifa etdiyi mahnıların sədaları altında qadınlar rəqs etdilər.

Tünzalə Vəliqızı
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir