Moskvadakı “Azərbaycan” cəmiyyətinin sədri Oktay Hüseynov qardaşına qarşı ittihamlara cavab verdi


Moskvadakı “Azərbaycan” cəmiyyətinin sədri  Oktay Hüseynov qardaşına qarşı  ittihamlara cavab  verdi
Lent.az saytında “Azərbaycan diasporu” qəzetinin baş redaktoru Rafiq Hüseynovun beynəlxalq axtarışa verilməsi barəsində verilən xəbərə aydınlıq gətirmək üçün diaspora rəhbərinə müraciət etdik.

Yenises.ru-ya
açıqlama verən Oktay Hüseynov üstündən 3-4 il keçmiş cinayət hadisəsinin bu gün yenidən mətbuatın gündəminə gətirilməsinin əslində onun yəqin ki, mətbuatda gedən son yazısıyla bağlı olduğunu qeyd etdi.

“Mən mətbuatda gedən son yazılarıma görə mənə qarşı hücumlar olacağını doğrusu gözləmirdim. Arada bir-iki dəfə həmin cinayət işinə qayıdıb bizi reklam edirlər”-ironiyasını da gizlətmədi.

Haqqında söhbət gedən qardaşına qarşı səsləndirilən ittihamlara gəlincə, Oktay Hüseynov bu cinayət hadisəsində qardaşının zərərçəkən olduğunu bildirdi.

“Saytda göstərildiyi kimi iş adamı deyə adı hallandırılıan Vahid yox, Əziz Əzizovdur. Onun qardaşım Rafiqə, onun tanışı Kamil Seyidova və onlarla insana pul borcu olub. Əzizin bu şəxslərə pul borcu olduğunu bilən və özünü polis adlandıran şəxs ondan pulu geri almaq məqsədiylə onun qardaşını guya Bakıya baş polis idarəsinə aparırmış. Onlar Bakıya gedən zaman başqa bir maşında onları müşaiyət edən Əzizovun qardaşları və əmisi oğlu yolda polisə 1500 dollar pul təklif edərək qardaşının Bakıya polis idarəsinə aparılmamasını və buraxılmasını xahiş ediblər. Özünü polis kimi qələmə verən adam bunun az olduğunu bildirdiyində, onlar, “qalanını poçtla gönərərərik ”- deyə vəd etmiş və sonrakı gün 500 dollar da göndərmişdilər”. Bunları da Oktay Hüseynov söylədi.

Burada Əzizovun adının səhv getdiyini deyən O. Hüseynov bu yazının yazılmasından Əzizovların belə xəbəri olmadığı qənaətindədir.

“Əslində bu hadisənin yenidən qabardılmasını bu günlərdə mətbuatda gedən yazım ilə bağlayıram”.

Oktay Hüseynov saytımıza açıqlamasında təəccüblə onu da bildirdi ki, Azərbaycan mətbuatı bu haqda onun özümə müraciət etməyib.

“Mənim telefonumu Moskvada bilməyən adam yoxdur. Amma Azərbaycan mətbuatından bir nəfər də olsun məndən bu haqda bir açıqlama istəməyib. Həqiqəti yazmaq istəyirlərsə, məndən soruşsunlar”- deyə o əlavə etdi.

“Bu yazı ilə onlar düşünməsinlər ki, vətənimizin və dövlətçilyimizin xeyrinə olan işlərdən geri addım atmayacağı”-ismarıcını da çatdırdı.

Tünzalə Vəliqızı
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir