Moskvadakı azərbaycanlı tələbələr uşaq evində


Moskvadakı azərbaycanlı tələbələr uşaq evində
Plexanov adına Rusiya İqtisadiyyat Akademiyasının və Moris Torez adına Moskva Dövlət Dilçilik universitetinin
azərbaycanlı tələbələri Vnukovo qəsəbəsində yerləşən “Molodaya qvardiya” uşaq evində xeyriyyəçilik günü keçirmişlər.

Tələbələr balacalar üçün konsert proqramı hazırlamış, çürbəcür konkurslar və oyunlar keçirmişlər. Açıq havada keçirilən maraqlı oyunlar da uşaqların ürəyincə olmuşdur.

Sonra Azərbaycanlı tələbələrimiz çay süfrəsi açmış , uşaqlarla müxtəlif temalarda söhbətlər etmişlər.
Tədbirin sonunda yadigar şəkillər çəkdirilmişdir. Tələbələr balacalara bacardıqca tez-tez gələcəklərinə söz vermişlər.

Moskvadakı azərbaycanlı tələbələr uşaq evində

Nilufər A. Şıxlı.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir