Moskvadakı Çeçen toyunda havaya açılan atəşlə bağlı insidentdən Medvedev də danışdı


Moskvadakı  Çeçen toyunda  havaya açılan atəşlə bağlı  insidentdən Medvedev də  danışdı
Toy maşın karvanından atəşfəşanlıq atəşinin açılmasına qarşı ilk Dövlət Dumasının deputatı V.Jirinovskinin reaksiya verməsi haqda məlumat vemişdik.

Şimali- Qafqaz dairəsinin inkişafı üzrə dövlət komissiaysının Maxaçqaladakı iclasında çıxış edən baş nazir D.Medevedev də bu hadisəni şərh edib.

Baş nazir “Müxtəlif milli adət-ənənələr var, amma bunlar hüquqi qaydaları pozmağa əsas vermir. Şadyanalıqdan olsa belə nə Moskvada, nə Maxaçqalada havaya atəş açmaq olmaz . Anoloji hadisə Nyu-Yorkda baş versəydi polis cavab atəşi ilə onları susdurardı və nəticəsi acınacaqlı olsa da, haqlı sayılardı”-deyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir