Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb


Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.

Bununla yanaşı, Moskvanın mərkəzində insanlaırn sayı azalıb. Belə ki, Tversk küçəsində hüquq-mühafizə orqanları əməkdaşları insanları metroya tərəf sıxışdırıb və megafonla onları uzalqaşmağa, ictimai asayişi pozmamağa səsləyiblər.

Mitinq başlamadan onun təşkilatçılarından biri olan Lyubov Sobolun saxlandığı xəbəri yayılıb. Bu ərəfədə paytaxt prokurorluğundan ona xəbərdarlıq edilmişdi ki, avqustun 3-də istənilən icazəsiz kütləvi tədbirə cəhd “birbaşa qanunu pozmaqdır””.

Moskva höküməti avqustun 3-də keçiriləcək aksiya təşkilatçılarına Akademik Saxarov prospektini təklif etmiş, lakin onlar mitinqi Lubyanka meydanında planladıqları üçün ərizələrini geri götürmüşdülər. Avqustun 2-də hökümət avqustun 10 və 11-də- iki aksiya üçün Akademik Saxarov prospektində 100 min adamla toplaşmağa icazə verib.

Rusiya KİV-nin yaydığı xəbərlərdə aksiyada mətbuat nümayəndələri saxlanılıdığı vurğulanır. “”Vedomosti”” nəşri mitinqi işıqlandırmağa təyin olunmuş müxbirinin vəsiqəsini göstərməsinə rəğmən avtozaka mindirilib şöbəyə aparıldığını yazıb.

Rus millətçisi Dmitri Demuşkin də aksiyada jurnalist kimi iştirak etdiyini söyləsə də və əvvəl hüquq-mühafizə orqanları əməkdaşları onun sənədini yoxlayıb buraxıblar. Sonradan arxasınca metroya gəlib oradan tutub aparıblar.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir