Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib


Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğının söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.

Təxminən saat 9:20-də yangın tamamilə söndürülüdüyü bildirilir. Yanğında bir nəfər yanğınsöndürənin zərər çəkdiyi deyilir.

Hazırda Dubninsk küçəsində yol bağladır, gediş-gəliş dayandırılıb.

Onu da qeyd edək ki, 1917-ci ilə aid olan bina tarixi isrə daxil edilmiş bina deyil. Yanğının hansı səbəbdən törədiyi araşdırılır.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir