Moskvanın mərkəzində “Rus marşı” başlanıb


Moskvanın mərkəzində “Rus marşı”  başlanıb
Əvvəldən Moskva meriyası ilə razılışadırılmız və son 7 ildə ilk dəfə paytaxtın mərkəzində keçirilməsinə icazə verilimiş millətçilərin aksiyası başlayıb.

İştirakçılar Cinayət məcəlləsinin 282-ci maddəsinin (“Hər hansı düşmənçiliyə, insanın və ya bir qrupun cinsinə, milliyətinə, dilinə, dinə münasibətinə, hər hansı sosial qrupa mənsubluğuna görə şərəfinin alçaldılması təqdirdə cinayət işi qaldırılması”) və “Rusiyada-rus qaydaları” kimi milli şüarların səslənməsinə qarşı olan qadağaların ləğv olunmasını tələb edirlər.
Yakimanski sahil küçəsində təşkil olunan aksiyada polislər üzünü gizlətmiş nümayişçilərin protokolunu tuturlar. Qanuna görə aksiyada maskalı iştirak etmək qadagandır.

Nümayişçilər Böyük Yakimanka və Yakimanka sahili küçələrinin kəsişdiyi yerdə toplaşıb sonra Krimski sahili küçəsinə keçərək Mərkəzi Rəssamlar evinin qarşısında mitinqlərini davam etdirəcəklər.

Belə bir icazəli aksiya ilk dəfədir ki, keçirilir. Bir neçə gün əvvəl “Rus marşı” aksiyasının təşkilatçıları mitinqin keçirilməsi üçün hökümət tərəfindən təklif olunmuş Lyublino meydanından imtina etmiş və tədbirin Sadoviy dairəsi ətrafında keçirilməsini razılaşmışdılar.

Xatırladaq ki, Rusiyanın digər böyük şəhərlərində də bu silsilədən olan aksiyalar keçirilir.
Aksiya başlamamışdan əvvəl artıq bir neçə aksiya iştirakçılarının polislər tərəfindən saxlandığı haqqında məlumatlar var. Xarakerinə görə “Rusiya sadəcə ruslar üçündür” şüarı ilə keçirilən və “gəlmələrə” qarşı olan aksiya heç vaxt xətasız ötüşməyib. Aksiyanın keçirilməsinə icazə verən paytaxt höküməti hər cür təhlükəsizliyə hazır olduqlarını əvvəlcədən bəyan ediblər.

Aksiyaya 10 min adamın çıxacağı bildirir. Hazırda 7 minə yaxın nümayişçinin iştirak etdiyi deyilir. Mitinqin təhlükəsizliyini isə 2 minə yaxın polis qoruyur. “Putinsiz Rusiya!””, “”Birimiz hamımız, hamımız birimiz üçün!”” hətta “”Andres Breybikə eşq olsun!”” kimi millətçi şüarların səsləndirildiyi xəbər verilir.

/Yenisəs.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir