Moskvanın şimal-qərbində 2 min miqrantın yaşadığı “qaçqın şəhərciyi” aşkar edilib


Moskvanın şimal-qərbində  2 min miqrantın yaşadığı “qaçqın şəhərciyi”  aşkar edilib
Moskvanın şimal-qərb sənaye zonasında bir ilə yaxın 2 min qasarbayterin yaşadığı “məişət şəhərciyi” haqqında RİA “Novosti”-yə hüqüq mühafizə orqanlarından məlumat veriblər.

Mənbə “Şəhərcik Üçüncü Xruşov küçəsi yaxınlığındakı sovxozların birində yerləşir. Orada 2 minə yaxın qastarbayter yaşayır”-deyib.

Onun sözlərinə görə Moskva torpaq ehtiyatları departamenti 2009-cu ildə bu sahəni 50 illiyinə kənd təsərrüfatı məhsülları yetişdirmək üçün ayırıb.

“Bu ərazidə hələ sovet vaxtlarında sovxoz movcud idi. 2009-cu ildə isə onun icarə müqaviləsini artırıblar”-deyə mənbə aydınlıq gətirib.

Iki il sonra , 2011-ci ildə sovxozun yerləşdiyi ərazidə istiliyin əsasını qoymaq üçün türk kompaniyalarının biri ilə razılaşma imzalanıb.

“Bundan sonra buraya yüzlərlə MDB ölkələrindən işçi gətirilməyə başlanıb və onlar burada məskən salıblar. Yaşayış kabinaları tikməkdən ötrü guya formal olaraq təməli qoyulacaq istiliyin binasını bərkitmək adıyla onu söküblər”- hüqüq mugafizə orqanının əməkdaşı söyləyib.

Orada heç bir təməli bərkitmə işi aparılmayıb, kənd təsərrüfatı məhsulları- meyvə, tərəvəz yetişdirilməyib.
“Bu ərzai faktiki olaraq Moskva əmək bazarının böyük bir şöbəsinə çevrilib. Səhərlər bura avtobus gəlir, qastarbayterləri şəhərin tikintilərinə aparır, axşam işdən sonra isə geri gətirir”-deyə qeyd edib mənbə.

“Miqrant şəhəri”nin qonşuluğunda olan yerli sakinlər narazılıq edirlər. Onlar vaxtaşırı şikayət etsələr də, deportasiya ilə Federal Miqrasiya xidməti məşğul olduğuna görə polis heç bir şey edə bilmir. Həmin adamlar sovxozla 2011-ci ildə bağlanan müqaviləyə əsasən qanuni şəkildə bu ünvanda qeydiyyatdadırlar”.

Moskva torpaq ehtiyatları departamentinin mətbuat xdmətindən həmin sahənin kənd təsərrüfatı məhsülları üçün ayrıldığını təsdiq ediblər.

“Bu həftə törpaq ehtiyatları departamenti, Moskvanın daşınmaz obyetklərinə nəzarət dövlət müfəttişliyi, polis bölməsi prefektura ilə birgə yoxlama aparıblar. Bundan sonra bu materilllar baxılmaq üçün Şimal-Qərb muxtar dairəsi prefektinə təqdim olunacaq və onlar tikintini qanuniləşdirmık üşün qərar qəbul edəcəklər”-deyə departamentdən bildiriblər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir