“Moskvoreçsk” ərzaq bazarı da bağlandı


“Moskvoreçsk”  ərzaq bazarı da bağlandı
Xryuşalar ərzağın dadına baxib ağızlarını büzdülər. “Donuz balaları”” müddəti keçib zibilliyə atılacaq ərzağı yaxşı tanıyırlar.

Moskva höküməti vətəndaş aktivistlərinə qarşı hücum hadisəsindən sonra “Moskvoreçsk” bazarının bağlanması qərarını qəbul edib. Bu haqda paytaxtın Ticarət və xidmət departamentinin mətbuat xidməti idarəsinin rəhbəri məlumat verib.

10 dekabrda “Xryuşalar əleyhinədir” könüllülər hərəkatı “Moskvoreçsk” bazarı ərazisində apardıqları yoxlama zamanı antisanitar iş şəraitinin,keyfiyyətsiz və müddəti keçmiş mallar satıldığı hallarının olduğunu aşakr etmişdilər. Bunun nəticəsində pavilyon sahibləri ilə volonterlər arasında konflikt yaşanmış və könüllülərdən üçü ciddi xəsarət almışdı.

Hazırda pavilyonlardan ərzaq malları tamamilə boşaldılıb. Pavilyonlardan gələcəkdə istifadə edilməsi “Moskvoreçsk” Qapalı Səhmdar Cəmiyyəti direktorlar şurası , Moskva Ticarət və xidmət departamenti və Moskvoreçye-Saburovo rayon idarəsinin birgə qərarı ilə müəyyən olunacaq.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir