RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
MƏHMƏT BAŞAQ: "SEVDİNMİ, ADAM KİMİ SEVƏCƏKSƏN!"
Türkiyəli iş adamı, eyni zamanda “MD Produksion” şirkətinin sahibi incəsənət cameəsində Məhmət Dayı kimi tanınan Məhmət Başaq məlum 15 Temmuz olayları zamanı Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana “Uzun adam” şeirini yazan və onun özündən təqdir alan biridir. İş adamıyla bir də seirin, musqisinin hesabını etdik. “Pul olan yerdə ruh olmaz”a köklənmiş mövqeyimi sarsıdan cavablarıyla baxin, məni necə razı saldı.
Seyran Hüseynov: “Rusiyanin zəngilinliyi, xalqlar  dostluğunda,  tolerantliqda  və vətənpərvərliyindədir”
Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporu liderlərindən biri- “Marsey” idman klubunun rəhbəri Seyran Hüseynov Rusiyanın gücünü xalqlar dostluğu, tolerantlıq və vətənpərvərlik kimi dəyərlərdən aldığını vurğuladı. Moskvadadkı Novo-Oqarevo prezident rezidensiyasında Liderlər klubunun üzvləri ilə görüş zamanı Putinin söylədiyi “ Vətənpərvərlik mili fikrin özəyidir. Vətənpərvərlikdən başqa birləşdirici fikir yoxdur”- sözlərini dəyərləndirən iş adamı S.Hüseynov , “Rusiyanı zəngin edən müxtəlif xalqlar arasındakı dostluq, dinlərarası dialoq və toerantlıqdır . Eyni zamanda da vətənpərvərlikdir. Rusiya toplumunun bu gün birlik və bərabərlik içində olması çox əhəmiyyətlidir. Dolayısıyla cənab Putinin bu sözlərini dəstəkləyirik. Əslində Rusiyanın bügünkü inkişafı Putinin siyasətinin nəticəsidir.
Улькер Мусазаде: Бороться с достойным и сильным соперником это тоже является своего рода победой.
Представляем интервью с кандидатом в депутаты в Парламентских выборах Азербайджана, представителем Центра Межгосударственной Медии и Дипломатии, Улькером Мусазаде:
Hikmət Elp:  İstər Azərbaycan, İstər Türk diasporası olsun,  soyqırım  məsələlərini millətlərə  qarşı  yönələn və insanlığın dərdi kimi duyurması gərəkdir.
Mart ayının sonu İstanbulda olduğum günlərdə “31 mart Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş proqramı izlədim. Ulusal telekanalı “Özəl Gündəm” proqramının müəllifi, Talat Paşa Komitəsinin yetkilisi dosent Cüneyt Akalın təəssüflə bu günə kimi Türkiyədə bu soyqırımla baglı bilgilərin olmadığını vurğulayırdı. Və arabir azəri kəlməsi deyib, sonra proqramın qonağı hörmətli Hikmət bəyin “azəri” kəlməsinə etiraz etdiyini vurğulayaraq, “azərbaycanlı” ifadəsini işlədirdi. Qonaq isə tanıdığımız -İstanbul Azərbaycan Kültür evinin rəhbəri Hikmət Elp idi.
Гудси Османов: "Что оставит после себя Аббас Аббасов?"
В последнее время в Федеральной Национальной Культурной автономии азербайджанцев России "АзерРос" разворачиваются нешуточные страсти. О расколе в ФНКА "Азеррос", причинах и возможных последствиях этого, а также о путях выхода из кризиса в организации рассказал в эксклюзивном интервью корреспонденту ИА "Медиафакс" Заместитель Чрезвычайного и Полномочного Посла Азербайджанской Республики в Российской Федерации Гудси Османов.
“ƏDƏBİYYAT DA QƏRIBDIR... BİZİM DÜNYAMIZDA!”
Şairə Afaq Şixli ilə musahibə


* Salam, Afaq xanım! Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin məsul katibi seçildiniz. Bu, necə oldu və siz bunu necə dəyərləndirirsiniz?

- Hər vaxtınız xeyir olsun! İnanın ki, Azərbaycan informasiya agentliklərinin təyinatıma bu qədər diqqət verəcəklərini gözləmirdim. Sevindiricidir.

2014-cü ilin sonunda Azərbaycan Yazıçılar birliyinin üzvü olmuşam, dəqiq desəm, qurultaydan sonra yaradılan komissiyanın ilk təsdiqlədiyi üzv mənəm. Düşünə bilərsiniz ki, niyə belə gec? Yadımdadır, “Səni düşünürəm” adlı dördünçü kitabım yeni işıq üzü görmüşdü və mən onu Moskva Şəhriyar Ədəbi mədəni cəmiyyətinin üzvü istedadlı və tanınmış yazarımız Sultan Mərziliyə təqdim edəndə, yazarlar birliyinin üzvü olub olmadığımı soruşdu. “Yox” dediyimdə, çox təəcübləndi və “Nəyə görə sənədlərini vermirsən? Sənin şeirlərini çox bəyənirik...” – dedi. Sonradan, sənədlərimi də elə cəmiyyətin sədri cənab Vasif Məmmədov və şair Sultan Mərzili toplayıb birliyə göndərdilər.

ASGA Rusiya nümayəndəliyindən Azərbaycanın Milli Qurtuluş gününə töhvə
[b]Xəbər verildiyi kimi bir çox Azərbaycan KİV-nin dəstəyiylə keçirilən “Azərbaycanın müstəqilliyinin qazanılması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” müsabiqəsinə Moskvada yekun vurulacaq.

ASGA Rusiya nümayəndəliyinin təşəbbüsü və təşkilatşılığı ilə həyata keçirilən bu layihə haqqında təşkilatın sədri Toğrul Allahverdili Yenses.ru saytına danışdı.
“YASMİN” dən başlanan yol 		“Mosfilm”in azərbaycanlı aktyoru Fərhad HÜSEYNOVLA  müsahibə
Bizim İnstitutun (İndiki Mədəniyyət Universiteti) dram və kino aktyorluğu fakultəsini bitirib. Bir neçə il “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Epizodlara çəkilməkdən bezərək o vaxtlar işlədiyim Mingəçevir Dövlət Dram Teatrına gəlmişdi, sənətini səhnədə davam etdirməyi qət etmişdi. Bir sıra tamaşalarda maraqlı rollar oynamışdı. 90-cı illərin ortalarında hər yeri bürümüş iqtisadi və mənəvi çətinliklər ucbatından o da teatrı tərk etməli oldu. Uzun müddət onu görmədim, haqqında heç nə eşitmədim. Günlərin birində Feysbukda bir dostluq təklifi aldım: “Mosfilm”in aktyoru. Təəccüb qaldım, bu kim idi görəsən? Bir az sonra ondan video zəng gəldi. Doğma, tanış sifət. Heç demə, bizim Fərhad imiş bu. Sonralar tez-tez belə vido görüşlərimiz oldu. Bu virtual müsahibə də həmin söhbətlərdən yarandı.

- Ay Fərhad, oralara necə gedib çıxmısan?
SEVMƏK - QƏLBIN VƏ RUHUN ISTEDADIDIR!  Afaq ŞIXLI ilə müsahibə
- İçinizdəki qadını necə ifadə edərdiniz? O, bizim tanıdığımız, şeirlərinizlə tanıtdırdığınız insandır, yoxsa?
- Göründüyüm və tanıdığınız kimiyəm, hətta ondan daha sadə, daha kövrək... İçimdəki qadın isə – bir neçə qadının cəmidir sanki. Onlar da elə sizin tanıdığınız , şeirlərimdə, hekayələrimdə qələmə aldığım, hər dəfə müəyyən qisminin hiss və həyəcanlarını, xüsusiyyətlərini açıb göstərdiklərimdir. Ümumiyyətlə, qadınların daxilində – həm şıltaq bir qız övladı, həm zəhmətkeş ana, həm qürurlu xanım, sadiq ömür-gün yoldaşı, hər hansı bir sənət sahibi, həm də, hər zaman, amma hər zaman sevib-sevilmək ehtiyacı duyan bir insan yaşayır. Neçə yaşı olur olsun, hansı işlə məşğul olur olsun, qadın – zərif bir sözdən şam kimi əriyən varlıqdır. Hətta özünü çox əzəmətli və yenilməz göstərənlər belə nəvazişə ehtiyac duyurlar. Nəvazişsizlik qadını qabalaşdırır. Qorunub əzizlənməyən qadınlar dəyanətli deyil, dəyənəkli olurlar! Ömrün istənilən çağında, o nəvaziş gəlişi gözləniləndir, xoşdur.
Nəsib Nəbioğlu: “Abbas Abbasovun Azərbaycanla bağlı heç bir iddiası yoxdur”
Moskvada yaşayan azərbaycanlı şair, Rəsul Rza və Yuri Dolqoruki adına beynəlxalq ədəbi mükafatlar laureatı Nəsib Nəbioğlu “Media forum” saytının suallarını cavablandırıb. Söhbətin mövzusu Rusiya-Azərbaycan münasibətləri, Rusiyada Azərbaycan diasporunun fəaliyyəti olub. Müsahibəni Yenises.ru olaraq biz də saytımızda vermək qərarına gəldik.


Yeni Rubrika: ƏSLİNƏ BAXSAN
Zaman-zaman təbliginə qadağa qoyuldu. 14 əsr bizimlə yol gələn İslamın o zaman aralığında sıxışdırılıb həyatımızdan çıxarılan vaxtı da olub, ona dönüşdə müxtəlif cür qarşılanan vaxtı da. Bu gün İslama dünyanın baxışı fərqli dolaylardan keçir. Ateizm məngənəsindən çıxıb birdən-birə ona sarılmada yol verilən ifratlardırmı ona bu qədər yanlış yanaşmaya səbəb olan, yoxsa insanlığın ən mükəmməl dini olan İslamın əhatə dairəsinin geişlənməsindən Qərbin ənidəşələnib onu bilərəkdən ləkələməsidirmi? Bu gün İslamın mühafizəkarları adı altında ondan başqa niyyət üçün bəhrələnmək amili də var. Bütün bunları dərk etməkçün ilk əvvəl İslamın əsl mahiyyətini dərk etmək lazımdır, bəlkə də. Amma ona diletantların nəzər- nöqtəsindən baxaraq yox. Bunun nələrə bais olduğu göz qabağındadır. Rusiya şiə müsəlmanları cəmiyyətinin sədri Famil Cəfərovla ayaqüstü söhbətmizdən fraqmentləri səhifəmizə daşımaqda məqsədim gələcəkdə buradan yola çıxıb dini inam və inancımızla bağlı tərəddüdlərimizə aydılıq gəturilməsinə dogru addım atmaqdır.
İsmayıl Şabanov:  “ Şuşadan gələn talış musiqi səsi mənə xoş təsir etmir, edə də bilməz”
Son zamanlar Azərbaycan gündəminin köşəsində rahatlanıb yer almış Rusiyada yaranan diaspor təşkilatlarımızla bağlı qalmaqallı kimi dəyərləndirilən yazıları, bu təşkilatların arınma, aydınlaşma dönəmindən keçməsi kimi qiymətləndirmək olar. Elə bu ərəfədə digər Azərbaycan -talış təşkilatlarında bir canlanma müşahidə olunmaqdadır. Bu və digər məsələlərə öz ayrıca baxışı olan cəmiyyətlərdən biri də Rusiya Talış diasporu təşkilatıdır. Cəmiyyətin sədri İsmayıl Şabanovla ümumi mənzərəyə baxıb, onun baxışalarını və mğövqeni öyrənmək istədik.

- İsmayil müəllim, Rusiyada yaranan Talış diasporu təşkilatının sədri kimi, diasporlarımız deyəndə özünüzü hansılara aid edirsiniz, yəni Azərbaycan diasporasının tərkib hissəsinəmi, ya...?
Afaq ŞIXLI:  "Ədəbiyyat olmasaydı, dostlar, həmkarlar olmasaydı yəqin ki, qürbət həyatı daha da dözülməz olardı"
Müsahibimiz Moskvada yaşayan tanınmış şairə Rusiya və Avrasiya Yazarlar birliyinin üzvü Afaq Şixlıdır.

- Salam, Afaq xanım. Bir az özünüz haqda danışa bilərsinizmi?

- Mən 1969-cu il iyun ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. Ailədə 5 uşaq olmuşuq, ən kiçiyi mənəm. Körpəliyimdən, övladı olmayan bibimin yanında böyümüşəm. Bibim isə çox savadlı dil-ədəbiyyat müəlliməsi idi. Uşaq bağçasına getməkdən imtina etdiyim üçün, məni həmişə özüylə məktəbə aparmalı olurdu. 4 yaşında olarkən artıq oxumağı, yazmağı, saymağı, hətta vurma cədvəlini belə bilirdim. Evimizin yanında yeni məktəb tikilirdi. 1984-cü ildə məktəb açılanda mənim 5 yaşım tamam olmuşdu və mən təkidlə məktəbə getmək istədiyimi bildirdim. Komissiya heyəti məni sorğu-sual etdikdən sonra birinci sinfə getməyimə heç bir etiraz etmədilər. Beləliklə, mən beş yaşından şagird oldum. O zaman belə hallar Azərbaycanda çox az idi. Məktəbimizə tez-tez televiziyadan gəlir və məni danışdırırdılar. 15 yaşında olarkən 12 saylı orta məktəbi qızıl medalla və 15 saylı musiqi məktəbini əla qiymətlərlə bitirdim və elə həmin il N. Nərimanov adına Azərbaycan Dövlər Tibb universitetinin müalicə-profilaktika fakültəsinə daxil oldum. Respublikada ən gənc ikinci həkim mən idim (Bir nəfər də məndən bir il öncə daxil olmuş 14 yaşlı həkim oğlan vardı). 1990-cı ildən Moskvaya köçənədək 8 saylı Birləşmiş Şəhər xəstəxanasında həkim-terapevt işlədim.
Ədəbiyyat, musiqi və rəssamlıqla da məşğul oluram. Ən çox sevdiyim isə psixologiyadır.
Evliyəm, iki övladım var. Oğlum Moskva Texniki universitetinin ikinci kurs tələbəsidir. Qızım Nilufər MDDU-nin aspirantı, həm də MDU-nin jurnalistika fakültəsinin tələbəsidir. Mənim yolumu davam etdirir (ədəbiyyatı nəzərdə tuturam), gözəl şeirləri, hekayələri, povestləri var.

- Ədəbi karyeranızı necə başlamısınız? Ümumiyyətlə şeir yazmağa nə zamandan meyl etmisiniz?

- Şeir yazmağa 8 yaşlarımdan başlamışam. Əvvəllər Göyərçin jurnalında və məktəb divar qəzetlərində dərc olunurdum. Sonralar məktəbimizdə yaradılmış Gənc Şairlər dərnəyinin rəhbəri oldum. Universitet illərində ədəbiyyata əvvəlki kimi çox zaman ayıra bilmirdim. Bəlkə də məni əsil şair edən Vətəndən uzaqlarda yaşamağım oldu. Vətən həsrəti bütün şeirlərimin canına hopub sanki.
Uzun illərdir Azərbaycanda, Rusiyada, türkmənistanda, hətta son illərdə Almaniyada və Türkiyədə şeirlərim və hekayələrim müxtəlif qəzet və jurnallarda nəşr olunur. Bir neçə şeir və hekayələr toplusunun müəllifiyəm. Bu günlərdə daha iki kitabım “ Ömrümün beşinci fəsli” (az-ca) və “Dostlarım, mənə də bahar göndərin” (türkcə) nəşr olunur.
Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, “Luç” assosiasiyasının, Avrasiya və Rusiya Yazarlar Birliklərinin, Moskva Şəhriyar Ədəbi Mədəni Cəmiyyətlərinin və Azərbaycan Məhsəti Şairələr məclisinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvüyəm.

– Şeirlərinizin böyük əksəriyyəti məhəbbətə həsr olunub. Bu qədər romantik ruhu necə qoruyub saxlaya bilirsiniz?

- Bəli, şeirlərimin böyük əksəriyyəti məhəbbətə həsr olunub. Məhəbbətdən yazmamaq olarmı? Bütün dünya yalnız bu müqəddəs hissə görə (blaqodarya) hələ də vardır. İnsanı insanlıqdan uzaqlaşmağa qoymayan, ədaləti, insafı, vicdanı daima ayaqda saxlayan hissdir – məhəbbət.
Hər birimizin içində daima bir uşaq, bir gənc yaşayır. Neçə yaşın olur olsun -0 hər zaman sevilməyə ehtiyac duyursan. Ən çox sa yaradıcı insanlar...
Sevildiyini bilmək, ümidlərini itirməmək yaşadır insanı. Elə bir canlı yoxdur ki, onun ürəyində kiməsə də az da olsa məhəbbət hissi olmamış olsun. Azərbaycan dilində məhəbbət sözünün bir neçə sinonimi vardır. Bu bizim xalqın sevgisevər ( lyubviobilnıy) olduğundan xəbər verir.

– Ədəbiyyatı və ev işlərini necə birləşdirə bilirsiniz? İki uşaq anası və gözəl ev xanımı, həm də həkim - yaradıcılıq üçün necə vaxt tapır? Axı poeziya xüsusi əhval-ruhiyyə tələb edir...

- Mən heç zaman şeir yazmaq xatirinə masa arxasına keçməmişəm. Şeir özü məni əlimə qələm almağa vadar edib. Hansı stildə yazılacağını da gələn misralar özü seçib hər zaman – qoşmadırmı, rübaidirmi, sərbəst şeirdirmi...
Həyat yoldaşım çox ədəbiyyatsevər insandır. Mənim yaradıcılığımı da çox sevir və izləyir. Evdə mənə kitablarım üzərində işləməyə hər çür şərait yaradıb. O məni həm maddi, həm də mənəvi dəstəkləyir.

- Sevimdiyim yazıçı, şair və rəssamlar var əlbəttə. Klassiklərin adını sadalamaq istəmirəm. Çünki onları onsuz da əksəriyyət sevir və tanıyır.

Müasirlərimi desəm, kiminsə adını deyib, kiminsə xətrinə dəymək istəməzdim. Amma yenə də, mənə mənəvi yaxın olan insanlardan bir neçəsini sadalayacam: Azərbaycandan gözəl şairlər Nəriman Həsənzadə, Musa Yaqub, Elman Tovuz, Türkiyədə Məmməd İsmayıl, Əli Ağbaş, yazıçı-tərcüməçi İmdat Avşar, Moskvada rəssam Əsgər məmmədov, yazıçı Çingiz Hüseynov, məşhur alim Tofiq Məlikli, şairlər İlham Bədəlbəyli, Nəsib Nəbioğlu, Əşrəf hüseynli, Sultan Mərzili, Mixail Sinelnikov, Evqeniy Çiqrin... və s...
Namiq Əzimov: “Milyonerlər ittifaqı”  adlandırılan  təşkilatda təkcə iş adamları deyil, ziyalılarımız da var.
Namiq müəllim, Azərbaycan diasporu təzə-təzə formalaşan zaman Sizin aktiv olduğunuz hamıya bəllidir? Nə oldu da birdən birə arxa plana çəkildiniz?

-Doğrudan da, Moskvada Azərbaycan diasporu formalaşanda mən çalışırdım ki, bütün tədbirlərdə iştirak edim. Bir çox hallarda azərbaycanlıların bir yerə yığışmasında özüm təşəbbüskar olmuşam. “Şəhriyar” ədəbi klubunun işlərində, miqrasiya qanunlarının müzakirəsi ilə əlaqədar Rusiya ictimai palatasında, Dövlət Dumasında dəfələrlə çıxışlarım olub. Azərbaycanlıların Moskvadakı ən birinci kütləvi çıxışlarından biri- “Qanlı yanvar” hadisələri zamanı etiraz aksiyası keçirilməsinin əsas təşkilatçılarından biri kimi çıxış etmişəm. Bakıda keçmiş sovet ordusunun xalqımıza qarşı tərətdiyi haqsızlıqları eşidəndə mən başqa həmyerlilərimizlə bütün azərbaycanlılar yaşayan yataqxanalara gedib onları Azərbaycan səfirliyinin qarşısında keçirilən etiraz aksiyasına dəvət etdik. Moskvada yaşayan azərbaycanlıların 80-90 faizini bir gecədə o tədbirə yığa bildik. Şaxtalı havaya baxmayaraq, biz səfrilikdəki mitinqdən sonra, oradan Ostankino televiziya mərkəzinə getdik və orada etiraz aksiyasını davam etdirdik. Mən ondan sonra Moskvada bizim azərbaycanlıların nəyəsə etiraz etməkdən ötrü belə yığışdığnı görməmişəm.
“...Günün birində Zəngilana qayıdacağımıza inanırıq”
Təranə Şükürova: “Evimizdən çıxanda qayıdıb divarı öpdüm”

Qarabağın son qalası olan Zəngilanın işğalından 19 il ötür. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə, ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı. Talelərinə qaçqın kimi yaşamaq düşən hər bir zəngilanlının bu gün ən böyük arzusu yenidən öz doğma torpaqlarına qayıtmaqdır. Azərbaycanın ayrılmaz hissəsi olan Zəngilana elə həmin rayondaca doğulub boya-başa çatmış, amma orada doyunca yaşamayan bir zəngilanlı ilə ekskursiya edərək, yenidən zəngilanlı günlərə dönəcəyik. Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təranə Şükürovadır.
Aqil Acalov: "Azərbaycanlılar bu gün torpaqda işləmək istəmir, hamısı şəhərə qaçırlar"
“Qrantlar alan qaragüruh, ancaq tənqid edən, heç bir təklif və konsepsiyadan çıxış etməyən müxalifət istəmirəm”


Tarixi ta qədimlərə gedib çıxsa da unudlmuş və yenidən həyat verilmiş bir idman növünü seçib həm də sevdirməyi, təbliğ etməyi ilə diqqətimi çəkdi Aqil Acalov. Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin vitse-prezidenti, ölkənin fəal ictimai gənclərindən olan Aqil Acalovdan öz marağıma cavab tapmaq və gəncliyin problemlərindən danışmaq üçün mənimlə həmsöhbət olmasını rica etdim. İdmandan da danışdıq, gəncliyin problemlərindən də... Nəyi danışdı, nə nə dedi? Müsahibəmizdə.
“Çox məsuliyyətli olmaq bədbəxtlik, az məsuliyyətli olmaq avaralıq, məsulıyyətsiz olmaq əclaflıqdı”
Ceyhun Musaoğlu: “Kor, kar, lal deyiləm - deməli qanunu pozmuşam”
“Atalarımın yalanlarını çiynimdə daşımağa məcbur olmuşam”

“Qələmi ilə təmizləmək istəyində olanlar” sırasına yazılanlardandır. Onu bu yönündən tanıdım. Tanımaq üçün mütləq görüşməlisən deyə, qayda yoxdur. Tanımaq yazılarını, ifadələrini oxumaq yetərli olur bəzən. Onu deyən, yazan anda mimikasını görməsən belə, cümləsinin quruluşunda, seçdiyi sözlərdə, nöqtəsində, vergülündə səmimiliyi ilə saxtalığı ayrılır. Baxmayaraq ki, yanğılı ruhlu yazısı olan qəddarlar da var. O bu baxmayaraqkılardan deyil.
-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru