Rusiya Misir yığmasını məğlub edərək  8/1 finala vəsiqə qazandı
Bu gün Dünya Çempionatına ev sahibliyi edən Rusiya millisi ikinci turda Misir yığması ilə qarşılaşıb. Sankt-Peterburqda keçirilən qarşılaşmanın birinci hissəsində Misir komandası güclü görünsə də, Rusiya yığması oyunun birinci hissəsinin ikinci yarısında təşəbbüsü ələ ala bilib. Lakin komandalar birinci hissəni qolsuz başa vurublar.
Alimlikdə və insanlıqda Xalıq Koroğlu nümunəsi


Hər bir şagirdin, tələbənin öz sevimli müəllimləri olur. Mən, nə az-nə çox, 23 il təhsil almışam.

On il orta məktəbdə Kəlbəcərdə, beş il Bakıda M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda, beş il Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda, üç il isə Rusiya Mədəniyyət, İncəsənət və Turizm Akademiyasında aspiranturada oxumuşam. Tələbəlik dövründə çoxsayda adlı-sanlı, çox savadlı, unudulmaz, hətta dünya miqyasında tanınan pedaqoqlar, alimlər mənə dərs deyib. O vaxt Ədəbiyyat institutunda Viktor Pozov, Lev Ozerov, Lev Oşanin, Yevgeni Dolmatovski, Andrey Dementyev, Stanislav Cimbinov, Lyusian Klimoviç, Feliks Kuznetsov, Yuri Kuznestov, Vladimir Qusev, Vladimir Smirnov, Larisa Vasilyeva, Yevgeniy Vinokurov, Aleksandr Vlasenko, Aza Taxo - Qodi, Xalıq Koroğlu, İqor Peçenev, Yevgeniy Sidorov, Aleksandr Baskakov və digərləri dərs deyirdilər. Həmin illərdə Ədəbiyyat İnstitutunda zəngin, qeyri-adi kitabların müəllifləri olan Mixail Yeryomin, Vladimir Smirnov, Sergey Bondi, Aza Taxo-Qodi, Sergey Artamanov, Çingiz Hüseynov, Mixail İşutin mühazirə oxuyurdular. Bizə dərs deyənlərin hamısı həqiqi akademiklər idi. Onların dərsinə girmək, onların dərsinə qulaq asmaq məsuliyyət idi.
НЕЗАБЫВАЕМАЯ ПОЕЗДКА- ФОТО
Конец весны и первый день лета стали незабываемыми для десяти воспитанников школы-интерната № 2 для детей лишенных родительской опеки. Интернат находится в поселке Мардакяны недалеко от Баку. Под руководством директора школы-интерната Диляры Мешадиевой и воспитателя Саяры Мамедовой группа воспитанников представляла Азербайджан среди бывших стран СНГ в праздничных мероприятиях, посвященных Международному дню защиты детей.
Moskvada  məhşur türk  müğənnilərinin konserti olacaq
Moskvada VIII dəfə Artistlər arasında keçirilən futbol üzrə Dünya Çempionatı "ART-Futbol" festivalı finala yaxınlaşır. İyunun 3-də başa çatacaq festivalda Türkiyənin məhşur sənətçilərindən ibarət futbol komandasının qatılması haqqında da saytımızda məlumat vermişdik. Furbol meydanını coşdura bilməsələr də, mahnıları ilə moskvalıları çoşduracaqlar. Moskvanın "Lokomotiv" futbol arenasında 6 türk müğənnisi paytaxt tamaşaçıları qarşısında konsert verəcək.

Halil Sezai bu arenadan "Usyanı" ilə hayqıracaq, Cem Kılıc "Nasil bir insansın" deyə aşkı ilə "yakacak", Burgahan Çayır "Kal Yanımda" deyə durduracaq, Deniz Cem "Git dedim olmadı" deyə sitəm edəcək , Mustafa K Öztürk "Azize"sı ile yaraları saracaq və Umut Zen "Allahu Allah" deyə sakitləşdirəcək mahnılarıyla müsiqi həyacanı yaşadacaqlar.

On milyonlarla pərəstişkarları olan Türkiyənin tanınmış müğənnilərinin konserti Moskvanın "Lokomotiv" stadionunda saat 19:00 da başlayır. Konsertə giriş pulsuzdur.


Yenises.ru
AzerRos ADR-in 100 illiyi ilə bağlı dəyirmi masa keçirdi
Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi çərçivısində tədbirlər davam edir. Bu gün (dünən)Moskvada Azərbaycanlıların Federal Milli Mədəni Muxtariyyəti (AzərRoss) ADR-nın yubileyinə həsr olunmuş dəyirmi masa keçirtdi.

Dəyirmi masanın iştirakçıları arasında son günlər “Kafkazskie trio” (“Qafqaz üçlüyü”) filmnə görə ittihamlara məruz qalan tanınmış kinorejissor Rüstəm İbrahimbəyov da vardı. Yığıncağa bir az gec gəlib tez gedən kinorejissorun “baxılmamış” filminə “baxmasam da pisdir” prizmasından yanaşıb onun burada olmasına etiraz edən də tapıldı. Bu haqda bir azdan.
Azərbaycan Demokratik Cümhuriyyəti 100 yaşında
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə

«Ey Gənclik! Sənin öhdəndə böyük bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı və onu min müşkülatla yüksəldərək dedi ki, BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ! Əlbəttə sən onun bu ümidini qırmayacaq, Azəri türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan!».
Cansel Elçin: Mən kinoya gülmək üçün yox, düşünmək üçün getmək istəyirəm.
Onunla ünsiyyətdə olmaq bir ayrı zövqdür. Onun başardığının 100-dən birini belə başarmayıb ədasından paltarına sığmayanlar var. Bu insan isə sadə və səmimidir. Sanki sıradan biriymiş kimi danışır. Təvazökarcasına bunu başardımmı-deyə sormağa ürpənməz. Sənətinin fədaisi və olduğu kimi olan ADAM. Həyata baxışı da, filmə baxışı ilə eyni. Mən qurama -xəyal ürünləri deyilənlərindən deyil, rastalaşdığım və ya başqalarınn yaşadıqları hekayələrdən bir bütöv tablo yaratdım. O tabloda həyatımızda iz buraxmış sağalmaz yaraları əks etdirmək və hər kəsə göstərmək istəyirəm. Görsünlər və nəticə çıxarsınlar. Bəlkə o zaman yeni Hasanların doğulmaz -yeni faciələr yaşanmaz. O üzdən mən kinoya gülmək üçün yox, düşünmək üçün getmək istəyirəm. Moskvada kinosunun təqdimatında bunları dedi, bunları yaşatdı.

Cansel Elçinin  “Melekleri taşıyan adam”ı  Moskvada nümayiş olundu (eksklüziv)-VİDEO
Hindistan və Bolqarıstandan sonra “Melekleri taşıyan adam” Moskva seyrçilərinin qonağı oldu.
Moskvada keçirilən “Art Futbol” festivalı çərçivsində nümayiş olunacağı xəbər verilən “Melekleri taşıyan adam”ın premyerası Moskvanın “Yunost” kinoteatrında baş tutdu.
Moskvada  VIII Artistlər arasında futbol üzrə DÇ çərçivəsində  Türkiyə ilə Polşa komandaları qarşılaşacaq

Səhnədən meydana! Bu da oyundur, təbii ki, amma...

Türk sənət ulduzları futbol meydançasında. Moskvanın yaşıl futbol meydanlarında istedad deyil, futbol bacarığı sınanacaq. Türkiyəni yarışmada həm də futbolun "ən yaxşıları" olan məhşurlar təmsil edir. Onlar kimlrdir? Bir az sonra...
KİV Kalininqrad bölgəsini  NATO-nun  "ən pis kabusu" adlandırdı
National Interest nəşrinin müəllifinin fikrincə, "dişinə qədər silahlanmış" Kaliningrad bölgəsi NATO "ən pis kabusu"dur. Nəşr Rusiyanın təkcə Baltikdə flotunun Polşanın ümumi filotundan daha güclü olduğunu qeyd edib. Müəllif ona da diqqət çəkib ki, Kalininqrad bölgəsindəki rus raketləri və gəmiləri regionda ABŞ və Avropa əsgərlərinin manevr dairəsini məhdudlaşdırır.
ADSIZ ADAM
Bilmirəm jurnalist kimi sərtmi olmaq, cəsarətlimi olmaq, ya "düzələn deyil"-deyib olanlara müşahidəçi kimi qalmaqmı-hansını hansı yerdə işlətmək gərəkirdi? Mövlana deyirdi ki, İki şey ağıla nöqsan sayılır, yersiz susmaq ilə yersiz söz demək.
"Rossiya  Seqodnya" və "RIA Novosti Ukrayna"  Ukraynada  qapadıldı
"Rossiya Seqodnya" və "RIA Novosti Ukrayna" informasiya agentlikləri Kiyevin sanksiyalar siyahısına daxil edilib. Hazırda hər iki sayt Ukraynanın ərazisində bağıanıb. Bu barədə məlumat ölkənin prezidenti Petro Poroşenkonun saytında yerləşdirilib.
Putinin Merkelə  gül buketi bağışlamasını almanlar təhqir saydılar
Rusiya prezidenti Vladimir Putinin Soçi görüşməsindən əvvəl Almaniyanın kansleri Angela Merkelə bir dəstə ağ gül bağışlaması xarici mətbuatda birmənalı qarşılanmayıb. Almaniyanın "Bild" nəşrinin jurnalisti Rusiya prezidentinin bu jestini "Bu nəzakət deyil, gizli məna daşıyır"-deyə dəyərləndirib.

İsrailli jurnalsitlərə Türkiyənin Taksim meydanında hücum etdilər
İsrail televiziyasının "Reşet-13" kanalının İstanbula ezam olunmuş xəbər komandası Türkiyənin Taksim meydanında kütlələr tərəfindən döyülüb. Jurnalistlər İsrail ilə Türkiyə arasındakı böhranı işıqlandırmaq üçün İstanbula göndəriliblər. İsrail KİV-nın verdiyi məlumata görə jurnalistlərə hücum edənlər "İsrailliləri öldürməyə gəlmişik"-deyə bağırırlarmış.
Mənbə: Siyasətçi Yuri Kotler  Moskvada  evində ölü tapılıb
Moskvada siyasətçi evində ölü tapıldı. Yanında silahi və başından vurulmuş vəziyyətdə. Hadisəsinin motivi hələ məlum deyil.

Rusiyalı siyasətçi Yuri Kotler Moskvanın mərkəzində Böyük Nikitsk küçəsində yerləşən evdə ölü tapılıb. Bu barədə REN TV ona
yaxın olan mənbəyə istinadən məlumat verib.
Amerika mediası Krım körpüsünü partlatmağa çağırıb
В марте 2014 года в Крыму прошел референдум, по итогам которого полуостров стал территориальной частью России, а Севастополь — городом федерального значения.

Amerika mühafizəkar siyasi həftəlik mətbu orqanı olan "Washington Examiner" in müəllifi Tom Rogan Ukraynanı Krım körpüsünü bombalaya çağırması haqda RİA "Novosti" xəbər verib.
В Президент-Отеле состоится танцевальный спектакль «Связь времен и народов: стань частью танцевальной истории»

В Красном зале столичного Президент-Отеля 18 мая в 18-00 час. состоится показ спектакля «Связь времен и народов: стань частью танцевальной истории».
Mixail Leontiev Ermənistanın baş naziri Nikol Paşinyandan  üzr istədi
Mixail Leontiev Ermənistanın baş naziri Nikol Paşinyandan ölkədəki son hadisələrə dair sözlərinə görə üzr istədi
Tarix : 10-05-2014, 20:08
SEVMƏK - QƏLBIN VƏ RUHUN ISTEDADIDIR!  Afaq ŞIXLI ilə müsahibə
- İçinizdəki qadını necə ifadə edərdiniz? O, bizim tanıdığımız, şeirlərinizlə tanıtdırdığınız insandır, yoxsa?

- Göründüyüm və tanıdığınız kimiyəm, hətta ondan daha sadə, daha kövrək... İçimdəki qadın isə – bir neçə qadının cəmidir sanki. Onlar da elə sizin tanıdığınız , şeirlərimdə, hekayələrimdə qələmə aldığım, hər dəfə müəyyən qisminin hiss və həyəcanlarını, xüsusiyyətlərini açıb göstərdiklərimdir. Ümumiyyətlə, qadınların daxilində – həm şıltaq bir qız övladı, həm zəhmətkeş ana, həm qürurlu xanım, sadiq ömür-gün yoldaşı, hər hansı bir sənət sahibi, həm də, hər zaman, amma hər zaman sevib-sevilmək ehtiyacı duyan bir insan yaşayır. Neçə yaşı olur olsun, hansı işlə məşğul olur olsun, qadın – zərif bir sözdən şam kimi əriyən varlıqdır. Hətta özünü çox əzəmətli və yenilməz göstərənlər belə nəvazişə ehtiyac duyurlar. Nəvazişsizlik qadını qabalaşdırır. Qorunub əzizlənməyən qadınlar dəyanətli deyil, dəyənəkli olurlar! Ömrün istənilən çağında, o nəvaziş gəlişi gözləniləndir, xoşdur.

Şair qadınlar isə tamam ayrı biz özəlliyə malikdirlər, onların içində bu dünyaya sığmayan əzmli, lakin körpə kimi yumşaq, uşaq təmizliyini qoruyub saxlayan bir ruh vardır. O ruh hər zaman nisgillidir, həsrətlidir. Nəyinsə sorağındadır, nəyinsə axtarışındadır...

- Yazdıqlarınız ürəyinizi boşaltmağa, sizi izah etməyə, yüngülləşməyə bəs edir, yoxsa yazdıqlarınız sizdən çox aşağıdadır?

- Yazdıqlarım – elə mən özüməm. Hətta olub ki, özümə belə etiraf edə bilmədiklərimi, sözlərimə etibar etmişəm. Yazdığım misraların heç biri sözgəlişi yazılmayıb. Ya özümün, ya da tanıdığım insanların hiss və duyğularını ifadə etmişəm. Hər bir sözün öz mənası, öz açarı vardır. Əgər şeirimdə “payız” yazmışamsa, demək qələmə alınan duyğular o fəslə mənsub olub. Qafiyə xətrinə belə olsa, payızın yerinə bahar yazmamışam. Mənim fikrimcə, öz yazılarında səmimiyyəti pozanlar, yazmaq xətrinə yazanlar, Puşkinin dediyi kimi “qafiyədüzənlər” bir yolla irəli çıxsalar belə, heç zaman ədəbi ucalıqda qala bilməzlər. Onların saxtalığını əsil oxucu mütləq ki, hiss edəcəkdir.

- Şeir yaza bilmək sizin üçün nədir?

- Gəldikcə üstümə qəm addım- addım,
Həyat ələdikcə saçıma dəni,
Şeirim, mən səni heçdən yaratdım,
Sən də yaşatmağı bacardın məni!


Mənim üçün, şeir yazmaq – dünyanın ən böyük səadətidir. Bu mənim yaşam tərzimdir. Allah bunu hər kəsə nəsib etmir. Amma edirsə, bunu onun sonsuz lütfü kimi, ən dəyərli bəxşeyişi kimi qəbul etmək lazımdır. Şair olmaqla qürrələnmək olmaz, bununla qürur duymaq lazımdır. Çünki, bu nə oxumaqla, nə çalışmaqla, nə də böyük əmək sərf etməklə bizim əldə edə biləcəyimiz xoşbəxtlik deyil! Bu xəbərimiz olmadan, hansısa səbəbdən, yüksək bir missiya üçün verilən vergidir. Sonra isə, əlbəttə ki, yuxusuz gecələr, sonsuz zəhmət bahasına bu bəxşeyişi, almazı cilalayan kimi, cilalayıb bərq vurdurmaq bizim öhdəmizə düşür.

- Yazmaq anınızı izah edə bilərsinizmi? Necə olur, hansı hissləri yaşayaraq yazırsınız?

Mənə elə gəlir ki, çox yazarların yazmaq anları, sözün gəliş məqamı oxşardır. Ürək oxşayan, yadda qalan, sevilən əsərlər heş zaman oturulub düşünülüb məcburiiyətdən yazıla bilməz. Sanki, yazılacaq olan şeyi eşidirsən, beynində yoxdan doğulur..., bilmirəm bunu sözlə necə izah edim. Yolda, yatdığın yerdə, iş görərkən – tam müxtəlif şəraitdə, iradəmdən və istəyimdən asılı olmadan sözlər özü gəlir... Amma, bəzən də, yağışın yağmasından öncə hava necə dəyişirsə, eləcə əhvalım dəyişir. Sanki ürəyim dolur, özümə yer tapa bilmirəm, uşaq necə anasınin üstünə gedib kövrəkcə qəlbini açırsa, bax eləcə, vərəğə açıram qəlbimi.

- Yazmağa nə vaxtdan, necə başlamısınız? Siz dəmi ilk şeirlərinizi cırıb atmısınız?

- Yazmağa başladığım dövr – çox kiçik yaşlarımdır. O vaxtın şeirlərindən üçü yadınmda qalıb. Bunlar: ilk müəllim Bahar xanıma yazdığm “İlk müəllim”. Vətənimə həsr etdiyim “Azərbaycanım” və bir də “Xəyalım” şeirləridir. Orta məktəbə beş yaşımdan getdiyimi nəzərə alsaq, demək ki, ilk şeirim 5-6 yaşımda yazılıb. Xatirimdədir ki, rəhmətlik əmim İsmayıl Şıxlı “Xəyalım” şeirinin iki misrasını sevərək əzbərləmişdi; “uşaq da belə sözlər yazar?!” - deyə zarafat edər, və hər məni görəndə, “yeni şeirin varmı?” əvəzinə, “yeni misraların varmı” - deyə soruşardı. Şeirlərimi heç zaman çırıb atmamışam. Yalnız bir dəfə, tibb universitetinə daxil olandan sonra, iki dəftər şeirimi tullamışam. Səbəbini indi də bilmirəm...

- Sevgisiz yazıb-yaratmaq olarmı? Hansı sevgi sizə daha çox yazıb-yaratmaq şövqü verib?

- Mən heç zaman sevgisiz yazmamışam, lakin bunun mükünsüzlüyünü də israr edə bilmərəm. Çünki, şeiri yazdıran səbəblər, mövzular qədər müxləlifdir. Və unutmayaq ki, həsrətdən, ayrılıqdan yazmağın özü belə, sevgisizlik demək deyil. Sevgini duymamaqdır – sevgisizlik, onun var oluşuna inanmamaqdır. Bu isə şairlərə xas ola bilməz. Məni yaşadan ilk növbədə ədəbiyyata və övladlarıma olan sevgimdir.

- Yaradıcılıqda, şeriyyatda öz statusunuzu necə təsvir edərdiniz?

- İmzamın tanındığını və yazılarımın maraqla oxunduğunu bilirəm, statusumun hansı olduğunu isə, ən yaxşı oxucularım bilər. Yazarın dəyərini oxucu verir. Əsərlərin ömrü – onları oxuyanların sevgisi qədərindədir. Amma hər kitab oxuyana da oxucu demək olmaz, çünki əsil oxucu, zövqlü oxucu hər kitabı oxumaz, hər şeyi tərifləməz. Yazanların bu qədər artdığı bir zamanda Yazar qıtlığı yarandığı kimi, savadlı oxucu qıtlığı da yaranıb. Əslində oxucu olmaq da, elə yazar olmaq qədər məsuliyyətlidir.

- Azərbaycanlı qadın ən gözəl şeirlərini hansı yaşda yaza bilər? Yaşlandıqca onun, belə desək, ürək çırpıntılarıyla bərabər ilham pərisi də uzaq düşərmi?

- Tək Azərbaycanlı deyil, bütün şair qadınlar ən gözəl sevgi şeirlərini sevgiyə rastladıqları zaman yaza bilirlər məncə. Yaşlandıqca bu sevgini özlərindən uzaq düşməyə qoysalar, təbii ki, ilham pərisini də uçura bilərlər. Lakin sevgi yaşa baxmır ki! Sevmək - qəlbin və ruhun istedadıdır. O ya var, ya da yoxdur. Azərbaycanlı şair qadınlara isə, sevgidən yazan zaman, şeirlərini ismət duvağına bürümələrini tövsiyyə edərdim, ən çox da gənclərə. Acıq-saçıqlıq - gərəksiz bir silahdır. Bu silahdan istifadə etmək zərurəti duymuram şeriyyatda.

- İlk sevginizdən danışaq. Şairə daha çox ilk sevgisində qalır, yoxsa əksər qadınlarda olduğu kimi, həyat yoldaşı, ailə, övlad onu üstələyir?

- İlk sevgisi yaddaşında iz salan, daha doğrusu, bu sevgini ilahiləşdirən insanlara qibtə edirəm düzü. Həyat yoldaşıma 16 yaşımda rastlamışam, 20 yaşımda ailə qurmuşuq, 22 yaşında isə ana olmuşam. Həyat yoldaşımı dünyanın ən mükəmməl, bacarıqlı, savadlı və təmiz insanı hesab edirəm. Yəqin ki, ilk sevgi elə budur mənim üçün. Daha böyük bir eşqin həsrətindəyəm deyə bilmərəm, çünki ailə mənim nəzərimdə çox müqəddəs bir şeydir. Heç kimin və heç nəyin xatirinə bu müqəddəsliyə zərər vurmaq olmaz. Lakin, şairlərin qəlbi.... əlçatmazlıqlarla köklənir... bu sonsuz nisgil, səbəbsiz həsrət bitməyə də bilər...

- Məişət və şeriyyat... ikisi arasında sərhədi necə qoruyursunuz, bir ab-havadan digərinə keçmək sizin üçün nə dərəcədə çətindir?

- Məişət və şeriyyat elə qəribə təzadlardır ki! Hətta bir həkim kimi deyərdim ki, məişət qayğları yazarlara əks göstərişdir. Amma nə etməli, Anayam, qadınam və ilk vəzifəm ailəmin rifahıdır. Gücüm yalnız yuxularımdan kəsməyə çatır. Çox az yatıram, təqribən 4-5 saat. Günümü beləcə uzadıram. Ədəbiyyata xəyanət etməmək üçün sağlamlığıma və rahatlığıma xəyanət etməyi üstün tuturam.

- Həmişə deyirlər ki, Azərbaycan qadını nə görüb ki, nə yaza? Yəni onun azadlığı, lazımınca sevgi münasibətləri yoxdur, kasaddır filan... Razısız bununla? Hətta kişi yazarlardan biri bakirə bir şairənin nə dərəcədə gözəl bir şeir yazacağının şübhə altında olmasından yazmışdı bir dəfə.

- Bayaq da qeyd etdiyim kimi, əsas məsələ sevgi səhnələrini çılpaq şəkildə ifadə edib aşağı səviyyəli oxucu kütləsi toplamaqda deyil. İstedad – sevgi xatirələrini məhz elə yazmaqdır ki, bir neçə sözdən müdhiş bir səhnə canlansın gözlərin önündə, xəyallar qurub bu yazılanı dəfələrlə oxuyasan, ürək çırpıntıları ilə, olacaqların necə ola biləcəyininin həyəcanını yaşayasan... A.Müssenin dediyi kimi: “Əsl şairlərin bütün gözəl şeirlərində, məzmun, yazılandan iki-üç dəfə artıq olur: qalanını oxucu özü düşünməlidir...”

Kişi yazarlarını bilmirəm, amma qadın təxəyyülü, qadın xəyalı - ucu-bucağı görünməyən bir okeandır. Qadın, görmədiyi bir aləmi elə təsvir edər ki, görüb gələn heç bir kişi onunla yanaşı addımlaya bilməz. Bu mənim şəxsi fikrimdir, heç kim inciməsin!

- Üsyanınız olurmu, özünüzə, doğmalarınıza, Allaha? Şeir yaza bilmək bacarığı bu üsyanı yatıra bilirmi? Bu baxımdan Allahın seçilmiş bəndələri hesab etmək olarmı yaradıcı insanları?

- Bir baxımdan “şair” və “üsyankar” sözlərini hətta sinonimlər hesab etmək olar. İ. Şiller demişdir ki, şair üçün sadəcə ilham deyil, inkişaf etmiş düşüncənin ilhamı gərəkdir. İnkişaf etmiş düşüncə isə, hamımız bilirik ki, rahat olmur. Şairlər üsyankar olmasaydılar, hamı kimi cümlələrlə danışardılar, misralarla deyil. Bunun elə özü, adiliyə üsyan deməkdir. Üsyankarlar isə hər zaman seçilmişlər olmuşlar: görərkən görməməzliyə sala bilməyənlər, danışmaq lazım olduğu yerdə susa bilməyənlər...

Olur ki, enerjimin tükəndiyini hiss edirəm, haqsızlıqlarla üzləşirəm. Bəzən namussuzların “namus” deyib sinəsinə döyməsinin, savadsızın elmi müzakirələrə girişmək cəhdinin, ədəbiyyat nəzəriyyəsini bilməyənlərin özünü şair və yazıçı kimi təqdim etməsinin şahidi oluram. Azərbaycanıma belə halları yaraşdırmıram. Bunlara üsyan edirəm hər zaman və hər yerdə: həyatda da, yazılarımda da!

- Yaradıcı insanlar ağrı-acını özləri axtarıb tapır, yoxsa tale onlara bu ağrını pay edir?

- Bir gün sevinirəm, qəlbim şad olur,
Bir gün kədərliyəm - dünya mənə dar.
Yəqin, şairliyin cəzası budur... -
Hər Tanrı lütfünün öz bədəli var!


Bu həqiqətən də belədir. Lakin şeir – elə böyük bir nemətdir ki, onun xətrinə hər şeyə dözməyə dəyər. Şairin həyatında baş verənlər - şeirlərin yaranması üçün zəmindir. O üzdən şair taleyindən gileylənməməlidir. Buna yalnız sətirlərdə haqqı vardır.

- Xoşbəxtlik şeir yazmağa mane olurmu? Həyatınızın hansı dönəmləri sizə daha gözəl şeirlər yazdırıb?

- “Şairlər öz hiss-həyəcanlarına qarşı çox amansızdırlar: onları istismar edirlər”, - demişdir Nitşe. Bu müəyyən mənada belədir. Müəllimlərimdən birinin bir cümləsi yadıma düşdü, deyirdi ki, 36. 6 dərəcə hərarətlə şeir yazılmaz. Bu məcazi mənada deyilsə də, həqiqətdir. Şairlərin xisləti belədir ki, onlar dünyadan tam razı deyillər, məhz bu narazılıq, çatışmazlıqları görmək və onlara uyğunlaşa bilməmək – ruhun tarazlığını pozur. Narahat ruh isə düşüncəni dilə gətirir. Bütün qəmli seirler nakam sevgilərin əyninə oturur və çox qəribədir ki, hətta depressiyada yazılmış şeirlər belə, oxucusunu depressiyadan qurtarır. Bu elə şeirin möcüzəsi deyilmi?!

- Sizi nə sındıra, nə yıxa, mənəvi cəhətdən nə yora bilər?

- Heç bir insan Tanrılığa ucaldılacaq qədər pərəstiş edilməyə layiq ola bilməz. Bunu edən, sonradan xəyal qırıqlığına uğrayırsa, bu onun öz günahıdır, qarşısındakının deyil. Amma, bunu bilsəm belə, yenə də, üzüdönüklük, yalan, laqeydlik, unutqanlıq məni sarsıda bilər. Eləcə də, idraksız adamla yol yoldaşlığı, səviyyəsiz adamla həmsöhbət olmaq mənəvi cəhətdən məni yorar. Bəzən bu seçim bizdən asılı olmadan baş verir və, bu halda da, çox yoruluram, tükənirəm...
Məni sındıran isə, vətənimin hələ də qələbə sorağında yaşaması, “atəşkəs” adı altında hər gün bir neçə igidin qurban getməsi, torpaqlarımızı qoruyacaq və ala biləcək gənclərimizin ideologiyasının zəifləməsi, ümidləmizin hər gün bir az daha azalması, düşmənlə üzbəüz durmaq əvəzinə mənasız yerə çalıb-oxumağa aludə olmağımızdır!

- İnsanların bir-birindən bu qədər soyuması, sevgisizlik, maddiyyat düşkünlüyü, mənəviyyatın itməsi şairə üçün nə deməkdir? Balığın quruda qalması deyilmi? Yoxsa sizin öz iç dünyanız sizə bəs edir?

Əlisa Nicatın bir fikrini hər zaman təəssüflə xatırlayıram: “Azərbaycan qadını çarşabdan çıxıb başını açanda, müasirləşdi deyə sevincimdən papağımı göyə tulladım. O gün bu gündür papağımı tapa bilmirəm.
Bəli, nə qədər acı olsa da, hər tərəqqinin öz fəsadları var. İnsanlıq tərəqqiyə can atdıqca, bəzi dəyərlərdən, gözəl keyfiyyətlərdən uzaq düşür. Sevgisizlik, soyuqqanlılıq, arsızlıq - bunlar bizim xalqımıza tam yad olan hisslər idi. Keşmiş zamanda deyirəm, çünki qonaqpərvərliyilə ad qazanan Azərbaycan xalqı indi dost süfrəsinə öz evində deyil, kafelərdə, restoranlarda əyləşir. Kimsə kimsənin əziyyətinə qatlaşmaq istəmir, yaxasını kənara çəkir. Kişilərin yanında qadınlar “əlini cibinə salır”. İctimai yerlərdə intim hərəkətlər müasirlik sayılır. Karyerasını özünü satmaqla başlayanlara, vəzifə tutan zaman “xanım” deyilir. Əməyilə nəsə əldə etmək istəyənlər, hazıra nazir olanlardan beş pillə də aşağıda qalırlar... Bütün bunlardan hara gizlənmək olar? Yazarın iç dünyası bu bəlalardan qılaf kimi gizlənmək yeri olacaqsa, o zaman qələmin dəyəri nə olar?

- Şairələr adətən həssas, incəqəlbli, fikir-xəyal içində olurlar. Siz necə, nələrdən inciyib-küsürsünüz?

- Heç kimin qəlbinə dəymək istəməmişəm həyatda və ətrafdan da, eyni anlayışı, sevgini, doğmalığı, eyni səmimiyyəti umuram. Lakin bəzən, qırx il dost olacağına and içən birinin dörd günə elə xasiyyətlərini aşkar edirsən ki, dünya başına fırlanır. Soydaşlarımın mənəviyyatının zəngin olmasını istəyirəm. Kişiləri kişi kimi, qadınları qadın kimi görmək istəyirəm. Ağa ağ, qaraya qara deyilsin istəyirəm. Pislə yaxşı seçilsin istəyirəm. Nədənsə yerdəyişmələrə daha tez-tez rastlanır indi...
Ürəyim dolan zaman, gücsüzlədiyim zaman əziz adamlarıma, dostlarıma sığınıram. Varlığı ilə dünyanı gözəlləşdirən, “nə yaxşı ki varsınız” dediyim insanlara üz tuturam. Onların təsəllisi hər zaman gərəyimdir.

- Söz sizin üçün nə deməkdir? Sözdən müqəddəs nələr var sizin üçün?

- Söz – nəfəsimdir! Nəfəs almağı öyrənmədiyim kimi, onu da öyrənmədən, vəhdən əldə etmişəm. Nəfəs almadan yaşa bilmədiyim kimi, onsuz da yaşaya bimərəm. Son anında da, nəfəsimlə birgə tükənəcək. Sözün sehrii ondadır ki, onu uca tutanı ucaldır, ona barmaqarası yanaşanı rəzil edir. Müqəddəsliyi isə - yoxdan yaranması və əbədiyyətə qovuşa bilməsidir! Məncə, ədəbiyyat və əbədiyyət sözləri nahaqdan bu qədər oxşar deyillər!

- Ruhunuzu necə qoruyursunuz?

- Düşünürəm ki, bircə ürəkdə bir kiçik ümid belə qırılanda, mərhəmət dünyası öz məhvərindən oynayır. Və inanıram ki, ürəyi daşa dönməyə qoymayan - kövrək arzulardır. Ümidlərlə, gözəl arzularla yaşayıram. Bacardığım qədər, kimlərinsə arzularını reallaşdırmağa çalışıram, mənə inananların ümidlərini qırmıram. Bir zərrə yaxşılığını gördüyüm insana ömürlük özümü borclu hesab edirəm, öz yaxşılıq etdiyim insanların gözünə görünməməyə çalışıram. Allahın böyüklüyünə inanıram. Kimsənin haqqının kimsədə qalmayacağına əminəm. yersiz zarafat etmirəm. Sevdiyim, dost dediyim insanlara vəfalıyam. Verdiyim andı pozmuram, andını pozanlara isə ikinci şans vermirəm. Yalan danışmıram, danışanlara isə dost demirəm. Vətənimin, xalqımın, soyumun adını uca tutmaq üçün hər zaman, hər yerdə il öncə öz mənliyini uca tuturam. Bax belə... məncə, ruhunu qorumaq elə budur.

- Bəzən insan hər şeydən bezəndə, ürəyində, ya dodağının altında hansısa misraları pıçıldayır. Sanki onda mənən təmizlənir, rahatlıq tapır. Siz belə olanda hansı misraları pıçıldayırsınız, öz şeirlərinizi ya başqa şairlərin şeirlərini?

- Günəşim, yapış əlimdən!
Bərk yapış səndən qopmayım!
Nə kölgələr qorxutmasın,
Nə də kölgəmdən qorxmayım.

Çox qəribədir, hər zaman bu kimi misralarım, sevdiyim şairlərin misraları beynimdə əzbərə dolaşsa belə, darıxanda, ağrıyanda, hər şeydən bezəndə çox zaman beynimdə səslənən “Sarı gəlin” olur. Onu zümzümə etməkdən, pianoda çalıb oxumaqdan yorulmuram...

- Sizə kimlər doğma ola bilər, onları sizə nə doğmalaşdırır?

- Ünsiyyəti, dostluğu, qələbəliyi sevirəm. İnsan sevgim bitib tükənməzdir, bu sevgiyə görə qarşıma çıxan dəyərli və gözəl insanlara borcluyam. Dostlaımı çox sevirəm, onlar mənim gücüm-qüvvətimdirlər. Bu sevgi qarşılıqlıdır. Mən olmayan yerlərdə belə, onlar varsa, sözümün səsləndiyinə, adımın çəkildiyinə əminəm. İnsanları mənə doğmalaşdıran sadəlik, dürüstlük və zəngin mənəviyyatdır. Qəribədir ki, bəzən hətta ilk baxışdan kiminlə anlaşa bilməyəcəyimi hiss edirəm. belələri çox az olur, amma var. Və elə ilk baxışdan da, kimə dost deyə biləcəyimi də hiss etmişəm həmişə... tək bir dəfə yanılmışam.

- Sizi nələr sarsıdıb bu yaşınıza kimi, itkiləriniz olubmu?

- Əziz atamı, ata qədər sevdiyim əmimi, mənə körpəlikdən ədəbiyyat sevgisi aşılayan bibimi və daha kimləri itirmişəm. Bu haqda yazmaq belə çox çətindir...

- Vətəndən uzaqda nələr üçün daha çox darıxırsınız? Şeirləriniz bəs eləyir sizi ovutmağa?

- Bir ömür intizar, bir ömür fikir...
Kim yazıb bu qarı, sazağı mənə?
Gözlərim yol çəkmir, yolları çəkir -
Bəlkə yaxın edə uzağı mənə.


Vətəndən uzaqda elə Vətənim üçün, onun Günəşi, havası, küləyi, dənizi. əziz insanları, dostlarım, qohumlarım və Anam üçün çox darıxıram. Bu nisgili misralarımda əritməyə nail olsam belə, ruhum üçür bəzən, geri dönmək istəmir. Gözlərimə həkk olub bu həsrət, yazılarıma çöküb. Beləcə də yaşayıram - ürəyim özümdən uzalarda...

- Şairə xanımlar adətən onlardan şeirlərinin hesabının sorulmasından şikayətlənir. Sizdə də olub belə şey?

- Heç belə halla qarşılaşmamışam şükürlər olsun ki. Yəqin bundan sonra da qarşılaşmaram. Bunu mənim xoşbəxtliyim hesab etmək olar.

- Artıq qaynana da oldunuz. Yaşlanmaq, bu status sizi qorxutmur ki?

- Düzü, bu statusa hələ tam öyrəşə bilməmişəm. Bu qürbət diyarda, qohumlardan, yaxınlardan təcrid olduğum yerdə Nilufər mənim hər kəsimdi: qızım, dostum, bacım, rəfiqəm, sirdaşım, həmsphbətim və bir yazar kimi – kolleqam. Dünyaya gəldiyi andan bəri hər zaman birlikdə olmuşuq. Evdə, tədbirlərdə... Birgə gəzmişik, birgə qayıtmışıq... Alışa bilmirəm onun yanımda olmamasına, bəlkə də heç zaman alışa bilməyəcəm. Xoşbəxt olsun, bu mənim təsəllimdir yalnız.

Sevinc Fədai. 1937.az
08.04.14.




Baxış: 3530 | Bölmə: Müsahibə, slayd4
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru