Putinin prezident seçkilərində iştirakının qeydə alınmasından şikayət edənlərin sayı artır
RF Ali məhkəməsi Putinin prezidentliyə namizədliyinin qeydə alınması ilə bağlı üçüncü şikayəti qəbul edib.

Ali Məhkəmədən "İnterfaks"a bildiriblər ki, Vladimir Putinin nazmizəd kimi qeydiyyatının qanunsuz hesab edilməsi ilə əlaqəli üçüncü müraciəti dərc edilib.
İkona alveri, teatrın kreslo dərisini oğurlamaq, 30 dollar  üstündə yolu həbsxanadan keçən Sovet aktyorları
Sovetlərin tanınmış kino və teatr aktyorları- heç də hamısı doğru həyat tərzi keçirməyiblər. Onlardan bir neçəsi həyatlarını qanunsuz hərəkətləri ilə "doldurublar". Bir dəfə səhv edib və nəticədə həbs olunan aktyorları xatırlayaq.
İkona alveri, teatrın kreslo dərisini oğurlamaq, 30 dollar  üstündə yolu həbsxanadan keçən Sovet aktyorları
NATO   Avropada  "Hərbi Şengen"  yaradır
NATO ğlkələri "hərbi Şengen" yaratmaq üçün razılığa gəliblər.

NATO üzvü ölkələrinin müdafiə nazirləri alyansın Avropa sərhədlərində hansısa "hərbi Şengen" yaratmaq üçün razılaşdırları haqda
Brüsseldəki hərbi-diplomatik mənbə məlumat verib.
Putin rusların Suriyada olması ilə bağlı informasıyanı gizlətməyib
PutiniSuriyada Rusiya vətəndaşları olması barədə xəbərlərin gizlədilməsi kimi bir qərar verməyib.

Prezidentin mətbuta katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Putinin rusların Suriyada olması barədə informasiynı gizlətlək kimi bir qərar qəbul etmədiyini söyləyib.
Hjde, Dro və Andronikin  soydaşı  Şarmazanov Azərbaycan prezidentinin Yerevanla bağlı bəyanatından vəlvələyə düşdü
Azərbaycan prezidenti İlham Əlieyin "Yeni Azərbaycan" iqtidar partiyasının qurultayında Yerevanın geri qaytarılması xalqımızın strateji məqsədi olduğunu bəyan edib.
Vurulmuş  Su-25-in  pilotunun dəfnində 30 mindən çox adam  iştirak edib-FOTOLAR
Suriyada vurulmuş Su-25-in pilotu Roman Filipov doğulduğu Voronej şəhərində dəfn edilib. Bu haqda Rusiya Müdafiə nazirliyindən məlumat verilib.
Памяти МАРДАНА ФЕЙЗУЛЛЕВА
Сегодня (3 февраля) День Рождения моего друга. Хорошо бы, как обычно, съездить к нему в театр, зайти в магазин, взять бутылку и пойти в один из многочисленных кафе в Сокольниках. Бармен привычно улыбнется и скажет, что нам можно с собой, только не светитесь и бутылку на столик не ставьте. И так за бутылочкой с хорошей закусью проговорить не час и не два, а гораздо дольше и нам не будет скучно, нам будет хорошо рядом друг с другом. Разговоры будут об искусстве, о поэзии.и конечно о театре, о котором моему другу было известно все. Ему ведомы и тонкости режиссерского мастерства Брука, и приемы театра Брехта, и различия между японскими театрами НО и Кабуки. Я подниму тост за здоровье моего друга и отмечу, что через год мы будем отмечать его 60-и летний юбилей. Но...
Xatirə - MƏRDANIM ÇATMIR...
Yarım il olmağa az qalıb. Aramızdan getdiyi gündən bəri keçən vaxt.

MH17  təyyarəsində ölənlərin qohumları Sterlkova qarşı  iddianı udublar
Donetsk vilayəti yaxınlığında Malayziya aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların yaxınları Igor Girkinə ( Strelkov ləqəbi ilə tanınır) qarşı iddia qaldırmışdılar. Bu barədə Hollandiyanın Zambla mətbu orqanı xəbər verib.

Ölənlərin 25 yaxın qohumları kollektiv şəkildə İllinoys çimal dairəsinin məhkəməsinə şikayət ərizəsi veriblər. Onların nümayəndəsi - Floyd Visnerin vəkillər firması Girkinin sərnişinlərin və ekipajın ölümünə görə məsuliyyət daşıdığını təsdiqləyib və təzminat tələb edibi. 2014-cü ilin iyul ayında MH17 təyyarəsi qəzaya uğrayan zaman Girkin qondarma Donetsk Xalq Respublikasının qoşunlarına komandanlıq edirdi.
ABŞ-ın "Kremlin  hesabatı" siyahısında azərbaycanlı oliqarxların da adları var
Amerikanın maliyyə nazirliyi "Kremlin hesabatı"nı konqressə təqdim edib. Sənəddə Rusiya prezidenti Vladimir Putinə yaxən olab 210 nəfərin adı var. Onlardan 114 nəfəri RF məmurları və dövlət müəssiələrinin rəhbərləri, 96 nəfəri isə oliqarxlardır.
Tver vilayətində yaşayan çoxuşaqlı azərbaycanlı ailəsinin  yardıma ehtiyacı var
Bu xahişlə redaksiyamıza Tver vilayətində bu ailəni tanıyan və uzun zamandır yardım edən bir türk qardaşımız müraciət edib. Onun bildirdiyinə görə Elman Babayevin 4 azyaşlı uşağı var. Həyat yoldaşı isə xəstədir və hazırda xəstəxanada yatıır.
Ermənilər  "dolmanı" özününküləşdirməkdən doymur

Ötən ilin dekabrın əvvəllərində dolmanın Azərbaycana məxsus kulinariya növü kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsindən sonra da ermənilər onu özününkü kimi təbliğ edirlər.
Ağ Ev yaxın saatlarda "Kremlin hesabatı"nı dərc  edəcəyini vəd edir
Kreml Ağ Evin hesabatından narahat deyil. Bu Rusiyada prezident seçkiləri öncəsi ölkədə vəziyyətə təsir etmək cəhdi kimi qiymətləndirilir.

Ağ Ev yaxın saatlarda "Kremlin hesabatı" adlı sənədin dərc ediləcəyini bildirib. Ehtimal edilir ki, adıçkilən sənəddə Rusiya rəhbərliyinə yaxın olan bir sıra şəxs və kompaniyaların siyahısı var. Bu siyahı Rusiyaya qarşı yeni sanksiyalar tətiq etməyə əsas verə bilər.
Moskvada  güclü qar nəqliyyatın gedişini çətinləşdirib
Moskva hökuməti bu gün-bazar ertəsi güclü qar yağını olduğundan şəxsi avtomobili olan vətəndaşlardan ictimai nəqliyyatdan istifadə etməyi xahiş edib. Paytaxtın nəqliyyat kompleksi çətin hava şəraitində işləməyə tam hazırdır.
В Москве скончался известный журналист Олег Мамедов
Российская и азербайджанская общественность понесла тяжелую утрату, 19 января 2018 - года в Москве на 69-м году жизни, после продолжительной болезни скончался известный журналист Олег Хокуматович Мамедов.
Zaxarçenko: Donbassın reinteqrasiyası hərbi vəziyyət tətbiq etməyə yönəlib

Ukrayna Radasında Donbassın reinteqrasiyası ilə bağlı qanunun qəbul edilməsinin ardından qondarma Donetsk Xalq Respublikasının başçısı Aleksandr Zaxarçenko bu qanunu şərh edib.
Qazaxıstandaт Rusiyaya gələn  avtobus yandı: 52 ölü FOTO-VIDEO

Adamlar avtobusda diri-diri yanıblar
ОБРАЩЕНИЕ К АЗЕРБАЙДЖАНЦАМ РОССИИ
Многоуважаемые соотечественники! Дорогие друзья!

Мы гордимся успехами друг друга и учимся взаимной поддержке!

Ни для кого не секрет, что наша многочисленная община на сегодняшний день так и не смогла превратить количество в качество. Потенциал, которым мы на самом деле обладаем, так и не выявлен в той достаточной степени, чтобы мы говорили о множественности и многогранности наших успешных достижений.
Tarix : 16-05-2014, 22:47
“YASMİN” dən başlanan yol 		“Mosfilm”in azərbaycanlı aktyoru Fərhad HÜSEYNOVLA  müsahibə
Bizim İnstitutun (İndiki Mədəniyyət Universiteti) dram və kino aktyorluğu fakultəsini bitirib. Bir neçə il “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Epizodlara çəkilməkdən bezərək o vaxtlar işlədiyim Mingəçevir Dövlət Dram Teatrına gəlmişdi, sənətini səhnədə davam etdirməyi qət etmişdi. Bir sıra tamaşalarda maraqlı rollar oynamışdı. 90-cı illərin ortalarında hər yeri bürümüş iqtisadi və mənəvi çətinliklər ucbatından o da teatrı tərk etməli oldu. Uzun müddət onu görmədim, haqqında heç nə eşitmədim. Günlərin birində Feysbukda bir dostluq təklifi aldım: “Mosfilm”in aktyoru. Təəccüb qaldım, bu kim idi görəsən? Bir az sonra ondan video zəng gəldi. Doğma, tanış sifət. Heç demə, bizim Fərhad imiş bu. Sonralar tez-tez belə vido görüşlərimiz oldu. Bu virtual müsahibə də həmin söhbətlərdən yarandı.

- Ay Fərhad, oralara necə gedib çıxmısan?

- Ee, uzun əhvalatdır. Hər şeyi ətraflı danışsam, böyük bir roman alınar. Qısaca onu deyim ki, 90-cı illərin ortaları idi, elə bir vəziyyət yaranmışdı ki, gündəlik çörək almağa pul tapa bilmirdim. Ondan borc, bundan borc... Əslində, hamı mənim günümdə idi. Sənət qurban tələb edir deyirlər, ancaq daha qurban veriləcək heç nəyim qalmamışdı. “Əlvida, səhnə!” deyərək doğulduğum Tovuz rayonunun Eyublu kəndinə qayıtdım. Burda da vəziyyət eyni idi. Elman adında bir əmim oğlu vardı, Rusiyanın Kemerov şəhərində işləyirdi. Yolun yarısını qonşumuz Elinin “Kamaz” maşınında, yarısını qatarla onun yanına getdim. Üz tutdum bazara, meyvə alıb satmağa. O qədər sıxılırdım ki. Ancaq başqa çarəm yox idi. Bir qalstukum vardı, onu boynumdan açmırdım, guya ziyalılığımı, mədəniliyimi qoruyub saxlamaq istəyirdim. Hiss etdim ki, qalstuklu alverçiyə baxıb xəlvətcə gülüşürlər. Atmağa heyifim gəldi, onu açıb elə gizlətdim ki, heç indi də tapa bilmirəm. Yalnız onunla təsəlli tapırdım ki, burda “ziyalı” alverçi tək mən deyildim, ətrafımda müəllim də vardı, həkim, mühəndis, hətta elmlər namizədi də vardı. Onlar da mənim kimi ailələrinə çörək qazanmağa gəlmişdilər. Az-çox pul əldə edirdim, ancaq içimdə boğulmaqda olan sənət arzularım əzab verirdi mənə.

-Bəs Moskvaya necə gəlib çıxdın?

- Sənət müəllimim Adil İskəndərov olub. Rəhmətlik mənə həmişə böyük qayğı və ümid bəsləyərdi. Hələ ikinci kursda oxuyarkən mənə S.Vurğunun “Xanlar” pyesində M.Əzizbəyov, diplom tamaşamız olan “Eşq və intiqam”da Çingiz kimi baş rollar vermişdi. İçimdə boğulan sənət məhəbbətimdən çox o böyük sənətkarın ümidlərinin, zəhmətinin hədər getməsi mənə heç dinclik vermirdi. İqtisadi vəziyyətim bir qədər düzəlmişdi, ailəmi də gətirmişdim yanıma. Ürəyimin dərinliklərində gizlətdiyim sənət arzularım elə bil yenidən dirçəlməyə başlayırdı, tufandan, borandan sonrakı təbiət kimi. Yuxularımda elə hey özümü səhnədə görürdüm, ekranlarda görürdüm. Bir klub, dərnək də varsa axtarırdım ki, heç olmasa azarımı öldürüm. Ancaq Kemerovda belə bir yer tapa bilmədim. Həm də bura çox soyuq idi. Surquta, sonra da Moskvaya köçməli olduq. Eh, bu yollarda bilsən necə əzablar, zülmlər çəkmişəm. Kemerovdan Surquta gələrkən qarşılaşdığım dəhşətli hadisəni heç zaman unuda bilməyəcəyəm. Yoldaşım, iki övladım və mən qışın sərt bir vaxtında “Qazel” lə yola çıxdıq. Maşını da özüm sürürdüm. Hər iki tərəfi adam boyda qara bürünmüş bitib-tükənməyən bir yol, nə gələn var, nə gedən. Ön şüşə buz bağlayıb. Nəfəsimlə isidərək balaca bir yer açıram ki, qabağı görə bilim. Maşının sobası var gücü ilə işləyir, ancaq heç qızına bilmirik. Bu da azmış kimi birdən maşın yerində donub qaldı. Düşündüm, vəssalam, işimiz bitdi. Yeganə bir ümid vardı, maşının təkərlərini çıxardıb bir-bir yandırmaq, bir az isinmək. Bəlkə bu vaxtacan yoldan bir maşın gəlib keçərdi, bizə kömək edə bilərdi. Bu məqsədlə yerə düşdüm. Külək adamı yıxırdı. Birdən ağlıma gəldi ki, o qədər başım çıxmasa da, qoy bir kapotu qaldırıb baxım. Gördüm ki, su şlanqı partlayıb. Sevincdən canıma hərarət gəldi. Bir köhnə şlanq vardı, onu saldım, ancaq sıxıb bağlamağa xamıt yox idi, bir qırıq məftil də tapa bilmədim. Ləngidiyimi görən yoldaşım kabinədən düşüb yanıma gəldi. Gözüm onun başındakı şalın altından işıldayan saç sancağına sataşdı. Elə bil qaranlıqdan işığa çıxdım. Sancağı kəlbətinlə sıxıb şlanqı yerinə bağladım, yolumuza davam etdik. Təsadüfə bax, əgər yoldaşım düşüb yanıma gəlməsəydi, o saç sancağını görməsəydim, bəlkə də biz hamımız orda yağmaqda olan qarın altında donub qalacaqdıq...

Moskvada kirayəyə bir daxma ev tutdum. Günüm yenə bazarda keçirdi. Boş vaxt tapan kimi mədəniyyət evlərini, teatrları gəzirdim ki, bəlkə sənətimə uyğun bir iş tapdım. Rus dilli olmadığıma görə heç yerdə məni yaxına buraxmırdılar. Qızımın təkidilə “Mosfilm”ə şəkil verdim, ali təhsilim haqqında, bəzi filmlərə çəkilməyim, teatrda rollar oynamağım barəsində də qısaca məlumat yazdım.

Günlər keçirdi. Kinostudiyadan da xəbər çıxmadı. Fikirləşdim, eh, Allah bilir, hara atdılar şəklimi, yazdığım məlumatı.

Tez-tez Azərbaycana gəlirdim, tələbə yoldaşlarımla görüşürdüm. Filmə çəkilənlər vardı, onların köməyi sayəsində mən də bir neçə ekran əsərində kiçik də olsa rol ala bildim. “Tehran-43”, “Uzun ömrün Akkordları”, “Qorxma, mən səninləyəm”, “İşgüzar səfər”, “Gümüş furqon”, “Məhəbbət əfsanəsi”, “Gürzə”, “Ünvansız sevgi” və sair bi kimi filmlər.
Çəkildiyim filmlər televiziyada nümayiş olunurdu, dost-tanışlardan, doğma kəndimizdən, anamdan, ən çox da mülayim xasiyyətli, hər şeylə maraqlanan, kübar təbiətli Gilas nənəmdən təbriklər alırdım.Təbii ki, bütün bunlar məni sevindirməyə bilməzdi. Lakin hiss edirdim ki, böyüklü-kiçikli bu rollarım nəsə əsil yaradıcılıq deyil, sanki içimdə illərdən bəri açılmış boşluq dolmurdu, nəsə başqa bir şeylər həsrətində idim.

- Bəs haçan qovuşa bildin həsrətində olduqlarına?

- Nəvəmin yaşı idi. Evdə bir neçə qonaqla oturub balaca şadyanalıq edirdik. Birdən telefonum zəng çaldı. Özünü Saşa kimi təqdim edən birisi məni yeni bir filmin çəkilişi ilə əlaqədar sabah “Mosfilm”ə gələ bilib-bilməməyimi soruşdu. Elə güman etdim ki, tanışlardan kimdisə mənimlə məzələnir. Öz dilimizdə ona kobud bir cavab verib dəstəyi qoydum. Bir müddət keçincə Saşa dediyimiz yenə zəng etdi, narahatçılığa görə üzr istəyərək bayaq heç nə anlamadığını söylədi və bildirdi ki, sabah mütləq kinostudiyada olmalıyam. Yox, deyəsən bu zarafata oxşamıdı. Səhəri günü məlum oldu ki, “YASMİN” serialı üçün sınaq çəkilişləri başlanıb, məni də əvvəlcə Səlim roluna, sonra isə İbrahim roluna yoxladılar. Rolların təsdiqi düz dörd aya qədər uzandı. Bu müddətdə, bir Allah bilir, nə hisslər keçirdim. Gözüm telefonda qalmışdı, düşünürdüm, bəlkə bu gün zəng edərlər, ya sabah zəng edərlər, hansı rola təsdiq olunmağımı xəbər verərlər. Ümidim təmiz üzüldü, fikirləşdim, yəqin məni çəkəsi olmadılar.

Nəhayət bir axşam gözlədiyim zəng gəldi. “Yasmin”in kasting direktoru Qalina Alekperovna idi. Əvvəlcə əhvalımı soruşdu. Özümü sındırmadan dedim ki, yaxşıyam. Sonra dedi, indi lap yaxşı olacaq. Məni İbrahim roluna təsdiq etmişdilər, sabah çəkilişlər başlayırdı. Bütün ömrüm boyu belə sevindiyim olmamışdı. İnan ki, səhərə qədər yata bilmədim. Zarafat deyildi, 200 seriyalı bir film idi. Düzdü, çəkilişlər 62-ci seriyadan sonra dayandırıldı, ancaq bu 62 seriya qısa bir müddətdə çox uğurla çəkildi. Filmin 25 seriyası Moskvanın Birinci kanalı ilə nümayiş olundu, YOUTUBE portalında yerləşdirildi. Bu sevincimin əsas səbəbi yalnız yeni yaradıcılıq yolunun açılması, maddi vəziyyətimin düzəlməsi deyildi. Demək, Allahım illərdən bəri ürəyimdə qovrulan çəkilmək həsrətini, yollarda, bazarlarda çəkdiyim əziyyətləri, sıxıntıları, işgəncələri unutmamışdı, bütün bunların əvəzi olaraq yetirmişdi bu fürsəti mənə. Çox ehtyat edirdim ki, sənətdən bu qədər gen düşdüyümə görə rolun öhdəsindən gələ bilməyəcəyəm. Tanrım yenə köməyimə çatdı, mənə gözləmədiyim bir güc, qabiliyyət verdi, ifam pis alınmadı. Bu filmdən sonra digər çəkilişlərə dəvətlər aldım, məni hətta ştata da götürdülər.

- Youtube-da mən seriyaların hamısına baxdım. Açığını deyim ki, təkcə sənin oyunun deyil, eləcə də orda çəkilmiş digər azərbaycanlı aktyorların da ifası məni çox sevindirdi. Bu bizim aktyor sənətimizin böyük qələbəsi idi. Bəs bu aktyorları kim dəvət etmişdi o filmə?

- Filmdəki hadisələrin çoxu Türkiyədə baş verirdi. Müxtəlif məqsədlərlə İstanbula gəlib çıxmış üç rus qızının müsəlman şəhərində yeni bir həyata başlaması, bu yolda qarşılaşdıqları çətinliklər, qələbələr, sevincli, kədərli günlər, hadisələr barəsindədir “Yasmin”. Təbii ki, Türkiyə səhnələrində türk aktyorları çəkilməli idilər. Ancaq qonarar məsələsində onların çoxu kinostudiyanın təklif etdiyi məbləğlə razılaşmadı. Belə olduqda mən təklif etdim ki, bəlkə bizim aktyorları sınayasınız, azərbaycanlılarla türklər arasında axı elə bir fərq yoxdur. Açığı, əvvəlcə ehtiyat etdilər, inana bilmədilər ki, bizdə onları tələblərini ödəyə biləcək aktyorlar olsun. Sonra mən bizim təhsil sistemindən, illərdən bəri hər yerdə Stanislavskinin yaşama məktəbinin tədris olunduğundan danışdım. Nəsə razılaşdılar, yalnız sınaq məqsədilə bir xeyli aktyor dəvət etdik. Ilqar Musayev, Ələkbər Əliyev, Zaur Həmidov, Səmayə Sadıqova, Amaliya Pənahova, Gulsabah muəllimə, Tərlan Şahbazov, Şahmar Qəribli... İnanırsınızmı, hamısı sınaqdan uğurla keçdi və filmdə rol ala bildilər. Aktyorlarımızın ifası çəkiliş qrupunu heyrətə salmışdı, hətta rus aktyorları ilə müqayisədə bizimkilərin daha professional omasını belə etiraf edirdilər. İlk dəfə idi ki, rus filmində bu qədər azərbaycanlı çəkilirdi, özü də uğurla. Öz-özlüyümdə balaca bir qürur hissi yaşayıram ki, bu tarixi hadisədə mənim rolum olub.

- Bizdəki çəkilişlərlə ordakı çəkilişlər arasında nə fərq vardı?

- Açığı, elə bir fərq görmədim. Bilirsən, əsas fərq rejissorlarda olur. Elə rejissor var ki, aktyoru rolun tələblərinə görə yalnız öz diktəsilə oynadır, bəzi rejissorlar isə aktyora tam sərbəstlik verur, aktyorun daxili imkanlarının üzə çıxmasına şərait yaradır, söz yox ki, yenə də öz istəkləri çərçivəsində. Burda çox gözəl yaradıcılıq şəraiti vardı, elə bil hər şey aktyora xidmət edirdi, onun bacarığının maksimum şəkildə üzə çıxmasına yönəlmişdi. Çəkiliş zamanı tam sakitlik olurdu, inan ki, milçək uçsaydı, səsi eşidilərdi. Hətta hər ayın sonunda bütün yaradıcı qrup üçin ziyafət təşkil olunurdu, süfrə arxasında qeyri-rəsmi formada görülmüş işlər, görüləcək işlər barəsində söhbətlər aparılırdı. Rejissorumuz Kseniya Zarutskayanın, ikinci rejissor Vyaçeslav Kaminskinin iş metodu çox gözəl və təqdir ediləsi metod idi.

- Türkiyə səhnələri harda çəkilirdi, pavlyonda, yoxsa İstanbulda?

- Pavilyonda çəkilib. Elə gözəl, həm də çox bahalı elə dekorasiya düzəltmişdilər ki, özünü tamamilə İstanbulun Sultan Əhməd məhləsində hiss edirdin. Bir sözlə, kiçik bir Sultan Əhməd məhləsi yaradılmışdı pavilyonda, ən xırda detallarına qədər dəqiqliklə.

- “Yasmin”dən sonra həyatında boşluqlar yarandı, yoxsa digər filmlərə dəvət ala bildin?

- Bir az əvvəl demişdim, “Yasmin” elə bil ki mənim üçün uğur talismanı oldu. Bu filmin istehsalı dayanar-dayanmaz ssenarist Anna Kozlovanın “1001 gecə” nağılları əsasında işlədiyi “Yeni Şeherzade” filminə çağırıldım. Bu dəfə sınaq çəkilişi çox qısa oldu. Filmdə əsas pollardan birini mənə həvalə etdilər. 38 seriya nəzərdə tutulmuş bu maraqlı ekran əsərinin artıq dörd hissəsi hazırdır. May ayının 2-də yenə Birinci kanalda filmin təqdimatı oldu. Qədim dövrlə bu günün montajı şəklində çəkilmiş film tamaşaçılar tərəfindən, həm də kino tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.

Uğur uğur gətirər, deyiblər. “1001” gecənin çəkilişləri yarı olmamış “Bizim həyətdə” adlı yeni bir filmə dəvət olundum. Bu dəfə ən maraqlı cəhət o idi ki, heç bir sınaqsız-zadsız birbaşa çəkiliş meydançasında gözləyirdilər məni.

- Özün yaxşı bilirsən ki, sınaq çəkilişləri iki məqsədlə olur. Bir aktyorun bacarığını yoxlamaq üçün, bir də aktyorun rola nə dərəcədə uyğun gəlməsini müəyyənləşdirmək üçün. Bu məqsədlə hətta ən məşhur aktyorları da sınaqdan keçirdirlər. Sənin birbaşa çəkilişə dəvət almağın, yəqin ki, rejissorun sənə inamından, sənin özünü kamil bir aktyor kimi sübut etməyindən irəli gəlir. Bu böyük nailiyyətdir, qələbədir, hansı ki, hər aktyora nəsib olmur... Fərhad, sonuncu bir sualım var: Bu cür qələbəyə, nailiyyətə yetişənə qədər çox çətinliklərdən, əziyyətlərdən, həsrətlərdən keçib gəldiyini deyirsən. Necədir, bu uğurların, sevinclərin arxada qalmış o əzablarını unutdura bilibmi?

Nə danışırsan? Onları heç unutmaq olar? Onları yaddan çıxartsam, bu günki fərəhli işlərimin sevincini dərindən duya bilməzdim. Bəlkə də Tanrım məni o əzablarla sınağa çəkib, sənət məhəbbətimə etibarımı yoxlayıb. Ən çətin, ağrılı anlarımda da bu sevgi qəlbimdən uzaqlaşmadı. Hərdən özüm-özümə deyirəm, görəsən o işgəncələrlə bu günki sevinclərimi tərəzinin ayrı-ayrı gözünə qoysaq hansı ağır gələr?

- Bilirsən, yadıma nə düşdü? Hal-hazırda biz teatrda İ.B.Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” hekayəsi əsasında tamaşa hazırlayırıq. O əsərin son cümləsində deyilir: “Xoşbəxtliyə qovuşmaq ürəkdən sevənlərin, həqiqi aşiqlərin əsil haqqıdır.” Bütün qazandığın qələbələrin, uğurların da sənin əsil haqqındır. Adını unutduğum bir dahi deyərdi ki, ürəyində nəyə qarşısa sönməz məhəbbət varsa, o gec-tez mütləq səni xoşbəxtliyə qovuşduracaq. Qoy qəlbindəki bu sənət sevgisi heç zaman sönməsin, o mütləq sənə arzuladığın uğurları gətirəcək. Yeni-yeni filmlərdə görüşənə qədər.


Füzuli YAVƏR (SƏRKƏROV)

http://facebook.com/SERKEROV


FOTOLAR Yenises.ru-nundur


“YASMİN” dən başlanan yol 		“Mosfilm”in azərbaycanlı aktyoru Fərhad HÜSEYNOVLA  müsahibə
“YASMİN” dən başlanan yol 		“Mosfilm”in azərbaycanlı aktyoru Fərhad HÜSEYNOVLA  müsahibə
“YASMİN” dən başlanan yol 		“Mosfilm”in azərbaycanlı aktyoru Fərhad HÜSEYNOVLA  müsahibə
“YASMİN” dən başlanan yol 		“Mosfilm”in azərbaycanlı aktyoru Fərhad HÜSEYNOVLA  müsahibə“YASMİN” dən başlanan yol 		“Mosfilm”in azərbaycanlı aktyoru Fərhad HÜSEYNOVLA  müsahibə
“YASMİN” dən başlanan yol 		“Mosfilm”in azərbaycanlı aktyoru Fərhad HÜSEYNOVLA  müsahibə
“YASMİN” dən başlanan yol 		“Mosfilm”in azərbaycanlı aktyoru Fərhad HÜSEYNOVLA  müsahibə




Baxış: 2728 | Bölmə: Müsahibə, slayd3
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru