Deputalığa namizəd İbrahim Xəlil Balayoğulları  vəd vermir-istəklərinizə körpü ola bilərəm -deyir- VİDEO
"Mənim varlığım bütün türk varlığına ərməğan olsun! ", "Mən türk dünyasında qardaşlarımın ayaqları altındakı körpüyəm, birləşmək üçün mənim üstümdən keçin"-deyir.



Medvedevin yeni vəzifəsi-Təhlükəsizlik şurasında  müavin
Bu gün Rusiya höküməti nazirlər kabinetinin tam tərkibdə istefa verdiyini alan edən Dmitri Medvedevə ölkə başçısı Təhlükəszilik Şurası sədrinin müavini vəzifəsini tutmağı və müdafiə və təhlükəsizlik mövzularını həll etməyi təklif edib. Prezident Vladimir Putin onu da izah edib ki, , yeni vəzifə üçün qanuna düzəlişlər etmək lazımdırsa, bu ediləcək.

Federasiya Şurası beynəlxalq komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov RİA Novosti-yə bildirib ki, əslində Medvedevə vitse-prezident vəzifəsi təklif olunub. Senator "dövlət başçısının Təhlükəsizlik Şurasının sədri olduğunu nəzərə alaraq bunun ən yüksək vəzifə olduğunu"- deyib.

"Bu çox şərəfli və vacib bir təyinatdır". Cabarov onu da qeyd edib ki, Medvedev təcrübəli siyasətçidir və "özünün qazandığı böyük təcrübəsini yeni vəzifəsində tətbiq edə biləcək".

YENİSES.RU
Rusiyada nazirlər kabineti istefa etdi
Baş nazir Dmitri Medvedev prezident Vladimir Putinə bütün hökumətin istefa etdiyini bildirib.

Bu, dövlət başçısının Federal Məclisə müraciəti zamanı Konstitusiyaya bir sıra əsaslı dəyişikliklər olacağı açıqlamasından sonra baş verib. Medvedevə görə, bu islahatlar ölkədə güc balansını dəyişdirəcək.

"İcra, qanunverici və məhkəmə hakimiyyəti. Bu konterksdə biz hökumət olaraq, ölkə başçısına lazım olan bütün qərarlar qəbul etmək imkanı verməliyik"- deyə o, qeyd edib.

Buna cavab olaraq Putin hökumət üzvlərinə birlikdə çalışdıqlarına görə təşəkkür edib, lakin onu da vurğulayıb ki, "hər şey bitmədi". O, yaxın vaxtlarda nazirlərin hər biri ilə ayrı-ayrılıqda görüş keçirəcəyinə söz verib.

Prezident, həmçinin hökumətdən yeni tərkib formalaşana qədər vəzifəsini davam etdirməyi istəyib.

Prezidentin Dövlət Dumasındakı səlahiyyətli nümayəndəsi Harry Minh RİA Novosti-yə açıqlamasında əgər hökumətin istefası əvvəldən hazırlanmış bir prosesdirsə, o zaman yeni Nazirlər Kabinetinin formalaşdırılmasının uzun çəkməyəcəyini söyləyib.

"Unutmayın ki, prezident seçkiləri keçirildi - hökumət istefa verdi və əslində ertəsi gün yeni kabinet formalaşdı"-deyə xatırladıb.


YENİSES.RU



Bu gün Şırvan Kərimovun ad günüdür
Bu gün günlərdən o gün! Hardasa dünyanın kiçik bir guşəsində böyük bir insan doğulur, Ve... Ssenariləşmiş həyatlardan fərqli bir yol vardı qarşısında...Doğulduğu o kiçik yer bir gün əlçatmaz olacaq desəydilər...

Rəssam olsam Sizin portretinizi Göy Qurşağı olaraq çəkərdim. Ya da Səhər Şəfəqi, yox bəlkə də Üfüqdən boylanıb Aya əl edən Günəş. Ya da tablonu ağ buraxardım. Hər kəsə bir toxunmuşluğunuz var, qoy onlar çəksinler... Rəssam deyiləm. Amma sözlə tablonuzu çəkməkdə dilim kasıb deyil də, sadəcə Siz çox Varlıqlısınız! Nə yaxşı doğulmusunuz!

Fərqli doğulmaq alın yazısıdır. Amma Fərq yaratmaq fərdidir. Sizin dostunuz, bacınız olmaq xoşbəxtlikdir. Doğum gününüz mübarək olsun, Şirvan Kərimov!!!

Tünzalə Vəliqızı

VİDEO
Rusiyada qara çörək bahalanacaq
Aqrar sənaye sferasının mütəxəssisləri qara çörəyin bahlanacağı proqnozunu verirlər. Onları belə düşünməyə vadar edən ötən il covdar məhsulunun və ehtiyatının az olmasıdır. Bu haqda Yenises.ru RİA Novosti-yə istinadən xəbər verib.
Kiyev İranda  Boeing təyyarəsinin  bilərəkdən vurulduğu fikrindədir

İran 3 gün keçdikdən sonra Ukrayna təyyarəsnin səhvən raketlə vurulduğunu etiraf etdi. Ukrayna tərəfi isə bu qəzanın düşünülmüş olduğu qənaətindədir. Təyyarənin vurulması ilə bağlı açılmış İstintaq axtarış işinin də istiqaməti dəyişdirilidi.

Bu haqda Telegram kanalda yayımlanan mesajda bildirilir.


İran raketlə layneri səhvən vurduğunu etiraf etdikdən sonra Ukrayna Baş Prokurorluğu qəzanın araşdırılması ilə bağlı olan maddəni dəyişdirib.

Ukrayna Baş Prokurorluğu İrandan PS752 reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin araşdırılması maddəsini dəyişdirib. . Bu barədə Ukraynanın nəzarət orqanının Telegram kanalında yayımlanan mesajda deyilir.

"İstintaq Cinayət Məcəlləsinin iki və ya daha çox insanın qəsdən öldürülməsinə və təyyarənin məhv edilməsinə görə məsuliyyəti nəzərdə tutan maddələrə əsasən davam etdiriləcək" deyə məlumat verilib.

Əvvəlcə, təyyarənin əqzaya uğraması faktı ilə Ukraynada "Hərəkətin təhlükəsizliyi qaydalarının pozulması və ya insanların ölümü ilə nəticələnən hava nəqliyyatının istismarı" maddəsi ilə cinayət işi açılmışdı

Xəbərdə, həmçinin, Ukrayna Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsinin bu işi araşdıracağı bildirilib.


Yanvarın 11-də, laynerin qəzasından üç gün sonra, İran hakimiyyəti Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-nin səhvən raketlə vurulduğunu etiraf etdi. İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandiri Əmir Əli Hacızadənin izah etdiyi kimi, hava hücumundan müdafiə sistemi operatoru Tehran hava limanından uçan təyyarəni qanadlı raketi kimi təsbit edib. Rabitə əlaqəsi kəsilməsi səbəbindən operator komandanlığa hesabat vermədən müstəqil olaraq laynerin vurulmasına qərar verib. İran prezidenti bunu "bağışlanmaz bir səhv" adlandırıb.


YENİSES.RU
Putin Liviyada rus muzdlularının ola biləcəyini dedi

Liviyadakı ÇVK Vagner-in muzdluları ilə bağlı sualı cavablandırıb. Vladimir Putin və Angela Merkelin Moskvadakı danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında Liviyada vətəndaş müharibəsi, hətta Vagnerin muzdluları məsələsi də qaldırıldı.

Rusiya Prezidenti Vladimir Putin Liviyada hərbi əməliyyatlarda iştirak edən rusların ola biləcəyini, lakin onların Rusiyanın maraqlarını təmsil etmədiklərini bildirib. Beləliklə, ijurnalistlərin dövlət başçısıı Liviyada ÇVK Vagnerin muzdlu muzdluların olduğunu təsdiqləyə bilərmi-sualına cavabını prezident belə cavablandırıb.

"Əgər (Liviyada - RBC) Rusiya vətəndaşı varsa, onlar Rusiya dövlətinin maraqlarını təmsil etmirlər" deyə Putin söyləyib. . Həniçinin onlar "Rusiya dövlətindən pul almırlar" deyə əlavə edib.


YENİSES.RU
CNN: Ukrayna təyyarəsi iki raketlə vurulub
ABŞ kəşfiyyatı yanvarın 8-də Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsinin bir yox, iki İranın hava hücumundan müdafiə raketi ilə vurulduğunu düşünür. Bu barədə CNN bu informasiyadan x'b'ri olan Amerika administrasiyasının işçilərinə istinadən məlumat verib.

ABŞ Konqressi Trampın İranla bağlı  hərbi səlahiyyətini məhdudlaşdırdı

Amerika Konqressi nümayəndələr palatası Trampın İran siyasətinə qarşı qqətnamə imzalayıb.

ABŞ Konqressi nümayəndələr palatası Amerika prezidenti Donald Trampın qanunvericilərin icazəsi olmadan İranla müharibə aparması ilə bağlı hərbi səlahiyyətlərini məhdudlaşıdran qətnaməni qəbul ediblər.

Yenises.ru-nun TASS agentliyinə istinadən verdiyi xəbərə görə sənədi 224 koqressmen dəstəkləyib, 194-ü isə əleyhinə çıxıb.

Qətnamə həmçinin ABŞ senatına göndərilib.

Bundan əvvəl Amerika Konqressi nümayəndələr palatasının spikeri Nensi Pelosi bəyan etdmişdi ki, konqressmenlər ABŞ vətəndaşlarını qoruma öhdəliyini yerinə yetirməlidirlər.

Xatırladaq ki, yanvarın 3-ü gecəsi Bağdad aeroportu yaxınlığında İram İslam İnqilabı Keşikçiləri korpusunun generalı Qasım Süleymani ABŞ -ın raketl hücumu nəticəsində öldürülmüşdü.

Yanvarın 8-də Tehran Süleymaninin qətlinə görə qisas əməliyyatı elan etmiş və İrakdakı iki Amerika bazasına raket zərbəsi endirmişdi.

YENİSES.RU


Qasım Süleymaninin qızı ABŞ-ı hədələdi
Öldürülən iranlı general Qasım Süleymaninin qızı Zeynab atasının dəfn mərasimində ABŞ və İsrailə bu qətlin sonucunun ağır olacağı xəbərdarlığını edib.

"Axmaq Trump, düşünmə ki, atamın ölümü ilə bağlı hər şey bitdi" -deyə Zeynəb bildirib.
Tanınmış vəkil Əziz Qəmbərovun namizədliyi qeydə alındı
2020-ci il fevral ayının 9-da Milli Məclisə növbədənkənar keçiriləcək seçkilərlə bağlı deputatlığa namizədlərin qeydiyyata alınması mərhələsi davam edir.

Əslən Kəlbəcərdən olan tanınmış vəkil Əziz Qənbərov 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Əziz Qənbərovun namizədliyi Dairə Seçki Komissiyası tərəfindən təsdiqlənib. BU haqda vəkil özü məlumat verib. .

Qeyd edək ki, Əziz Qənbərov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. O, həmçinin "Qarabağa Qayıdış" İctimai Birliyinin təsisçisidir.


Yenises.ru


Marşal Xəlifə Haftar Liviyada cihad və ümumi səfərbərlik elan etdi

Türkiyə parlamentinin Liviyaya hərbi qüvvə göndərilməsinə icazə verməsi barrikadanın o biri tərəfində olan Liviya Mlli Ordusunun komandiri, marşal Həlifə Haftardan cavab reaksiyası gəldi. Xəlifəni Liviyada qadınlar da daxil olmaqa, əli silah tutan hər kəsə silah veriləcəyini bildirdi. O, xarici qoşunlarla qarşıdurma və ümumi səfərbərlik və elan etdi.

Liviyalılara ünvanladığı videomüraciətdə hərbi lider ölkənin cihad elan etdiyini söylədi. RİA Novosti xəbər verir ki, silah hamıya - hərbi və mülki şəxslərə, kişilərə və qadınlara veriləcək.

Bundan əvvəl Tripoli hökuməti Liviyanın paytaxtına Xəlifə Haftar qüvvələrinin hücum edəcəyi təqdirdə Türkiyədən hərbi yardım istəmişdi. Söhbət hücumu dəf etmək üçün "hava, quru və dəniz" hərbi yardımdan gedir.

Xatırladaq ki, Türkiyə parlamenti yanvarın 2-də səs çoxluğu ilə Liviyaya türk hərbçiləri göndərməyə razılıq verib.

Yenises.ru
Türkiyə parlamenti Liviyaya hərbi qüvvə göndərməyə izn verdi

Liviyadan Türkiyəyə dəstək göndərilməsi lehinə 325, əleyhinə isə 184 millət vəkili səs verib. Birinci etapda türk hərbi mütəxəssisləri liviyalı döyüşçülərə təlim keçəcəklər. Əməliyyata qatılanların sayını prezident müəyyənləşdirəcək və bu məsələyə yanvar ayında baxacağı bildirilir.

Türkiyə parlamentariləri ordu qüvvələrinin Liviyaya göndərilməsini nəzərdə tutan qanun layihəsini təsdiqlədiyi barədə NTV kanalı məlumat yayıb.

Səsvermədə iştirak edən 509 deputatdan 184-ü qanun layuhəsinin əleyhinə, 325-i isə lehinə səs verib.. Birinci mərhələdə Liviya döyüşçülərini yetişdirmək üçün hərbi mütəxəssislərin göndərilməsindən söhbət gedir. Qanun layihəsində türk ordusunun Liviyaya bir illik göndəriləcəyi nəzərdə tutulur. Əməliyyata qatılanların sayını prezident təyin edəcək.

Yenises.ru
Araz Ağalarov  rus təqaüdçülərinin yoxsulluğuna işarə etdi
Rus və azərbaycanlı iş adamı, "Crocus Group" un prezidenti və sahibi Araz Ağalarov rusların aşağı pensiya və maaş aldıqlarını söylədi. Onun sözlərinə görə, buna görə ölkədə ÜDM (Ümumi daxili məhsul) artmayacaq.

Əhalinin gəlirləri indi çox aşağıdır və əhalinin gəlirlərinin artması olmadan ÜDM-in artması mümkün deyil. Forbes milyarderə istinadən bildirir ki, bu gün ölkədə orta pensiya 200 dollar civarındadır, bəzilərininki daha azdır, orta əmək haqqı da aşağıdır.

Ağalarov onu da qeyd edib ki, ölkədə istehsal çiçəklənə bilməz, çünki insanların istehsal olunan mallar və xidmətlər almaq üçün pulları yoxdur. O, onu da əlavə edib ki, vergilər çox yüksəkdir və azaldılmalıdır.

Yeтises.ru
Hollandiya Niderland oldu- I Pyotr səhvən Hollandiya dediyi üçünmü?
I Pyotrun səhvən Hollandiya adlandırdığı ölkə Niderland olaraq rəsmiləşdirildi. Adın dəyişdirilməsinin tarixi səhvin düzəldilməsi yönündən edilməsi versiyalardan biridir, amma əsası deyil...
İbrahim Xəlil Balayoğulları 114 saylı Şəki seçki dairəsindən deputatlığa namzidəliyini irəli sürüb - VİDEO

“Varlığım millətimə, Türk birliyinə ərməğan olsun!”

Türk dünyasının tanınmış ziyalısı, tarixçi alim, hüquqşünas İbrahim Xəlil Balayoğulları 9 fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Milli Məclsinin növbədənkənar seçkilərində iştirakına qərar verməsi haqqında facebook səhifəsində paylaşdığı xəbəri bu sözlərlə bitir.
Keçmiş Moskva meri Yuri Lujkov vəfat edib
RİA Novostinin verdiyi məlumata görə keçmiş Moskva meri Yuri Lujkov ömrünün 84-cü ilində vəfat edib.

Bu məlumatı Sergey Sobyanin bu informasiyanı təsdiqləyib. “Mən çox təəssüf edirəm ki, postsovet dövründə Moskvaya rəhbərlik edən və paytaxtmız üçün çöx işlər görən enerjili, həyat dolu bir adam itidirk. Doğmalraına və yaxınlaırna başsağlığı verirəm”-deyə özünün twitter səhifəsində yazıb.

Y
Яшар Сулейманлы--МЕДОВЫЙ МЕСЯЦ
Опустошив бутылку до последней капли, он, прищурившись, долго смотрел на пустую бутылку, и бросил её в море, волны которого нежно ласкали ему ноги.
Стояла поздняя ночь, и отражение луны окутало всё вокруг странным, желтоватым светом. На фоне этого света его тень создавала ощущение какого-то невиданного явления. Глядя со стороны, невозможно было бы распознать в его силуэте человека или животного.
Tarix : 2-06-2012, 18:44
Yalan içində”ki  (Vo Lji) doğrudan yazan həmyerlimiz






Fəxri Nəzirov: 1970-ci il avqustun 8-də Bakıda doğulub. Rusiya Federal Təhlükəsizlik Xidməti Akademiyasını (FSB) bitirib. Bir neçə dil bilir.Həyatı yazdığı kitabındakı kimi dedektiv hadisələrlə zəngindir. Hazırda FTX-də çalışır. “Vo Lji” ilk romanıdır. Bu seriyadan olan daha iki kitabı çapa hazırlanır.

Moskva kitab mağazalarında, yayım köşklərində Ç. Abdullayevin kitablarını görəndə istər-istəməz insanı xoş duyğu bürüyür. Bəlkə millət olmağın ayrıcalığı elə budur. “Əslində ədəbiyyatın coğrafiyası olmur”-fikriylə qismən razılaşsam da dünya şöhrətli yazar belə mənsub olduğu millətə qürurdur.

Bu dəfə kitab köşkündə adət etmədiyim və məni özunə çəkən bir imza ilə qarşılaşdım. “Vo Lji” kitabının müəllifi Fəxri Nəzirov. Kitabı əlimə alanacan “görəsən bu bizimkidirmi” -deyə düşündüm. Arxa səhifədə yazırdı. Bakıda doğulub. Elə o kitabın müəllifinin iziylə podpolkovnik Fəxri Nəzirovun iş yerinə gəldim. Rusiya FTX (FSB) akademiyasını bitirib bir neçə dildə mükəmməl danışan həmyerlimizin kabinetində məni belə gənc birinin qarşılayacağını gözləmirdim.


“Fəxri müəllim”-, təəccübümə, “bəli Tünzalə xanım, gəlin”-dedi.

Gülərüz və səmimi podpolkovniki işdə də sevdikləri bəlli idi.

Qayıdaq kitaba. Azərbaycanda ədədiyyatda yaranan bum, kiçik həcmli bir kitab nəşr etdirəndən sonra elə ədəbiyyatın özünə təşəxxüs satanların timsalında çox aktual bir mövzuyla ədəbiyyata gələn bu yazarın təvazökarlığı da bir başqa özünəməxsusluqdur. Əslində onunla müsahibəyə gəlmişdim. Amma aramızda o qədər maraqlı söhbət alındı ki, sualları və cavabları sıralamağı belə unutdum.


-Dedektiv-hadisə olan “Vo Lji” –də Ç.Abdullayevin dəsti xəttinin davamı görünür.

-Mən də hamı kimi Çingiz Abdullayevin kitablarını oxumuşam. Əsərimdə onun dəsti-xəttinin hiss olunması ondan irəli gələ bilər. Amma kitabda baş verənlər real hadisələrə əsaslanır. Mən Dövlət Kəşfiyyat idarəsində işləyirəm və bu kimi hadisələr hər gün əlimin altından gəlib keçir. Əslində bu məni və hamını düşündürən bir problem olduğuna görə qələmə aldım.

-İlk qələm təcrubəsi kimi çox uğurlu bir əsərdir deyərdim. Yazıçılıq fikri birdən-birə hardandır?

-(Gülür) Hər zaman yazmaq fikrim olub, bu birdən-birə olmayıb. Başım oxumağa, işləməyə qarışıb, ona görə yaza bilməmişəm. Həm də əmim Knyaz Nəzirovun da kitabları var, o da yazıb. Bəlkə bir az da elə ordandır. Əslində işimlə bağlı indi də zamanım yoxdur, amma olarsa, inanın, 5-6 kitab çap etdirmişdim indiyə kimi.

-Nədir bu, həvəs, yoxsa ehtiyac?

-Mən hobbi deyərdim. Yazanda mən dincəlirəm. Bu əsəri 2009-cu ildə başlamışdım və 5-6 aya bitirəcəkdim. Bayaq dediyim kimi zaman baxımından çatdıra bilmədim. 2010-cu ilin sonlarına yaxın “Maska” nəşriyyatı ilə müqavilə bağladım və çap etdirdim. Onu da qeyd edim ki, o nəşriyyat ən az 3 kitab olanda sifariş götürür. Mən əlyazmamı göndərəndə oxuyub bəyəndilər, o biri kitabların da əlyazmasını göndərin dedilər. Mən, o biri kitablar hələ hazır deyil-dedim. İstisna olaraq mövzu maraqlı olduğu üçün razılaşdılar.

-Və çap etdilər. Satışı necə oldu?

-Kitabın hamısı satıldı. Bilirsiniz mən kitab mağazalarına tez-tez gedirəm. Burada oxucuların daha çox hansı mövzulara marağı olduğunu müşahidə etmişəm. Terror mövzusunda olan hər bir əsəri oxuyurlar. Ona görə mənim kitabım da oxundu.

-Elə məni “Vo lji”- “Yalan içində” olan cəmiyyətdə çox cəsartətlə iki din və ondan qaynaqlanan iki –“terror” və “skinhed” kimi problemləri qarşı-qarşıya qoyduğunuz maraqlandırır. Bu gün onları qarşı- qarşıya qoyan nədir?

-Əvvəla onu deyim ki, bu gün dünyanın hır yerində terror ən aktual mövzudur. Və fikir vermisinizsə, sanki “terrorçu yalnız müsəlmandan olur”- fikri qəlibləşməkdədir. Baxmayaraq ki, hamıya məlum qatil Breyvik kimilər də var ki, müsəlmançılıqla əlaqəsi yoxdur. Əslində terrorun da İslamla əlaqəsi yoxdur. Mən elə bu baxımdan əsərdə terroru da İslamın düşmənləri, dinləri qarşı-qarşıya qoymaq istəyən xarici kəşfiyyat öz “əlaltıları”nin əli ilə həyata keçirdiklərini oxucuya çatdırmaq istəmişəm.
Hadisələr Sovetlır birliyi dağılandan sonra cərəyan edir. Xarici kəşfiyyat bu və ya digər şəkildə insanların savadsızlığından istifadə edib, millətləri bir-birinə salmaqla, məqsədləri dövləti daxildən zəiflətməkdir. İslamda vəhhabilərin əli ilə, xristianlarda isə “skinhed”lərin . Məqsədim insanların savadsızlığından istifadə edib buna biznes kimi baxnaların toruna düşənlərin gözünü açmaqdır.

Yalan içində”ki  (Vo Lji) doğrudan yazan həmyerlimiz

-Bəs nədən “Vo Lji” yəni “Yalan içində?”

- Kəşfiyat işi əslində müsbət yalan uzərində qurulur. Bunu tətbiq etmək üçün aldatmaq məcburiyyətindəsən. Digər tərəfdə dayanan insanları tora salanlar da başqa bir yalan oyunun oyunçularıdır. Onların qurduğu sistem yalan üzərində təşəkkül tapıb. Milli sıranı dagıtmaq üçün millətləri qarşı-qarşıya qoymaqdan başqa yol yoxdur. Fikir verin, bütün “skinhedlərə” rus olmayanlara nifrət təlqin edirlər. Eləcə də dinini bilməyən müsəlmanlara “dinsizlər dinin düşmənidir və onlar ölməlidir” fikrini aşılayırlar. Ortada isə bir qurban var. Nəyə inandığını və kimə xidmət etdiyini bilməyən adı insanlar. Bunu edən adamların nə Vətən, nə millət sevgisi olur. Onların istədiyi sadəcə çoxlu pul qazanmaqdır.

-Onda Feodoru qarışıq nigahdan doğulan bir qəhrəman göstərməyiniz də təsadüfi deyil...

-Bəli. Baş qəhrəman Feodor Nazarovun atası azərbaycanlı, anası isə rusdur. Mən bununla həm də iki xalqın övladının hər iki milləti və hər iki Vətənini sevdiyini çatdırmaq istəmişəm. Bizim belə ailələrimiz və orada doğulan uşaqlarımız çoxdur.

-Bir oxucu kimi kitabınızda qaldırdığınız, hər birimizin az qala hər gün rastlaşdığımız mövzu olduğu üçün bəyəniləndir. Hətta internetdə də kitab haqqında yaxşı rəylər var. Əsərin əvvəlində müsəlman-xristiyan, terrorçu-skinhed süni qarşıdurma məsləsi ilə bağlı paralellər aparsanız da, əsər boyu sadəcə terrorçulara qarşı mübarizədən gedir söhbət.

-Bu konkret vəhhabi Abdul Sahabın qruplaşmasının dağıdılmasından bəsh etdiyi üçün belədir. Dediyim kimi kitabda cərəyan edənlər real həyatda olmuş hadisədir. Belə bir qəhrəman var və belə bir işi görüb. Amma kitab bitməyib. Onun davamı var. Davamında sizin dediyiniz kimi “skinhed” təşkilatı və onların törətdikləri,onlarla mübarizədən də bəhs edəcəm. Yəni əslində kitab hazırdır.

-Onun adı nədir?

-Qoyun o indilik sirr qalsın. İnşallah işıq üzü görəndə bilərsiniz.

-Bir yalan həyatın içində olub, digər yalan həyatın içində olanları xilas edənlərin sevgisi necə, dogrudurmu? Feodor Mariyanı sevir, onunla evlənməyə hazirlaşır, digər tərəfdə Abdul Sahabın toruna düşən Samirə ilə də aralarında bir şey yaşanır. Feodor başqa şərtlər altında Samirə ilə qarşılaşsaydı onu sevərmiş kimi gəldi mənə.

-Feodor-Nəriman (Onun kəçfiyyatçı adı belədir –müəl.)Samirənin anasına qızını tapıb gətirəcəyinə söz verir. Əslində bir az sevir də onu. Hətta terrorçu birləşmədən xilas edəndən sonra onun məhkəmə qarşısında oturmayacağını da vəd edir.

-Bir yandan da xəyanət edir, Mariyasına. Samirəni sevirmi, yoxsa...

-Bilirsiniz, kəşfiyyatçılar sərhəddə oynayan artistlərdir. Elə məqamlar olur ki, onlar özləri də unudurlar ki, oynayırlar, yoxsa, yox. Bu onların həyatının bir parçasıdır. Mozaikada və ya pazllarda oldugu kimi. Detallardan biri duşsə mənzərə pozular. Kəşfiyyatçıların bayramı günündə bir verilişə tanınmış kəşfiyyatçı Lyubimovu dəvət etmişdilər. O işlədiyi dövrdə çox qızları aldadıb toruna salmışdı, təbii, onlara zərər vermədən. Ondan soruşdular ki, həyat yoldaşın buna necə baxirdi? O dedi, onun bu günəcən də xəbəri yoxdur ki... Bu da onun işinin bir parçasıdır.

-Fəxri müəllim, əsərin ideyası və tuşladığınız hədəf təqdirəlayiqdir. İslah nədədir? Yalan içində olanlara, aldananlara nəylə göndərəcəksiniz o siqnalı.

-Samirənin düşdüyü durum, Feodorun –yəni Nərimanın sayəsində yalan içində olduğunu biləndə oradan çıxmağın qeyri-mümkünlüyü və ölümunə qərar verilməsi ilə. Onun oldürülməsi ilə bir daha sıradan olan insanlara belə qruplaşmaya xidmət edən insanların əlində sadəcə hər zaman partlamaya hazır bombadan başqa bir şey olmadıqlarını göstərməklə. Yəni bir balaca o insanların beyninə siz dediyiniz kimi siqnal göndərmək istəmişəm.

-Umidvaram ki, bu seriyadan olan kitablarınızı yaxın zamanlarda vitrinlərdə görəcəyik. Rusiya məkanında imzalar içində yeni bir azərbaycanlı imzasının artması sevincini yaşatdığınız üçün də ayrıca Sizə dərin minnətdarlığımı bildirirəm.

-Səmimi sözləriniz üçün çox sağ olun! İnşallah!

Söhbətin sonunda "Kitabının Azərbaycan dilində nəşr olunmasını istərdinizmi?-sualıma isə: "Onu tərcümə etməyə məndə vaxt yoxdur"- dedi. Amma elə bir fikirdə olan tapılsa məmnun olacağını da gizlətmədi. Bizi ictimai və ədəbi mühitdə tanıdan və özünü tanıtdırmayan daha bir həmyerlimiz.


Şöhbətləşdi: Tünzalə Vəliqizi

/Yenises.ru/




Baxış: 2013 | Bölmə: Müsahibə
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru