Rusiya Misir yığmasını məğlub edərək  8/1 finala vəsiqə qazandı
Bu gün Dünya Çempionatına ev sahibliyi edən Rusiya millisi ikinci turda Misir yığması ilə qarşılaşıb. Sankt-Peterburqda keçirilən qarşılaşmanın birinci hissəsində Misir komandası güclü görünsə də, Rusiya yığması oyunun birinci hissəsinin ikinci yarısında təşəbbüsü ələ ala bilib. Lakin komandalar birinci hissəni qolsuz başa vurublar.
Alimlikdə və insanlıqda Xalıq Koroğlu nümunəsi


Hər bir şagirdin, tələbənin öz sevimli müəllimləri olur. Mən, nə az-nə çox, 23 il təhsil almışam.

On il orta məktəbdə Kəlbəcərdə, beş il Bakıda M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda, beş il Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda, üç il isə Rusiya Mədəniyyət, İncəsənət və Turizm Akademiyasında aspiranturada oxumuşam. Tələbəlik dövründə çoxsayda adlı-sanlı, çox savadlı, unudulmaz, hətta dünya miqyasında tanınan pedaqoqlar, alimlər mənə dərs deyib. O vaxt Ədəbiyyat institutunda Viktor Pozov, Lev Ozerov, Lev Oşanin, Yevgeni Dolmatovski, Andrey Dementyev, Stanislav Cimbinov, Lyusian Klimoviç, Feliks Kuznetsov, Yuri Kuznestov, Vladimir Qusev, Vladimir Smirnov, Larisa Vasilyeva, Yevgeniy Vinokurov, Aleksandr Vlasenko, Aza Taxo - Qodi, Xalıq Koroğlu, İqor Peçenev, Yevgeniy Sidorov, Aleksandr Baskakov və digərləri dərs deyirdilər. Həmin illərdə Ədəbiyyat İnstitutunda zəngin, qeyri-adi kitabların müəllifləri olan Mixail Yeryomin, Vladimir Smirnov, Sergey Bondi, Aza Taxo-Qodi, Sergey Artamanov, Çingiz Hüseynov, Mixail İşutin mühazirə oxuyurdular. Bizə dərs deyənlərin hamısı həqiqi akademiklər idi. Onların dərsinə girmək, onların dərsinə qulaq asmaq məsuliyyət idi.
НЕЗАБЫВАЕМАЯ ПОЕЗДКА- ФОТО
Конец весны и первый день лета стали незабываемыми для десяти воспитанников школы-интерната № 2 для детей лишенных родительской опеки. Интернат находится в поселке Мардакяны недалеко от Баку. Под руководством директора школы-интерната Диляры Мешадиевой и воспитателя Саяры Мамедовой группа воспитанников представляла Азербайджан среди бывших стран СНГ в праздничных мероприятиях, посвященных Международному дню защиты детей.
Moskvada  məhşur türk  müğənnilərinin konserti olacaq
Moskvada VIII dəfə Artistlər arasında keçirilən futbol üzrə Dünya Çempionatı "ART-Futbol" festivalı finala yaxınlaşır. İyunun 3-də başa çatacaq festivalda Türkiyənin məhşur sənətçilərindən ibarət futbol komandasının qatılması haqqında da saytımızda məlumat vermişdik. Furbol meydanını coşdura bilməsələr də, mahnıları ilə moskvalıları çoşduracaqlar. Moskvanın "Lokomotiv" futbol arenasında 6 türk müğənnisi paytaxt tamaşaçıları qarşısında konsert verəcək.

Halil Sezai bu arenadan "Usyanı" ilə hayqıracaq, Cem Kılıc "Nasil bir insansın" deyə aşkı ilə "yakacak", Burgahan Çayır "Kal Yanımda" deyə durduracaq, Deniz Cem "Git dedim olmadı" deyə sitəm edəcək , Mustafa K Öztürk "Azize"sı ile yaraları saracaq və Umut Zen "Allahu Allah" deyə sakitləşdirəcək mahnılarıyla müsiqi həyacanı yaşadacaqlar.

On milyonlarla pərəstişkarları olan Türkiyənin tanınmış müğənnilərinin konserti Moskvanın "Lokomotiv" stadionunda saat 19:00 da başlayır. Konsertə giriş pulsuzdur.


Yenises.ru
AzerRos ADR-in 100 illiyi ilə bağlı dəyirmi masa keçirdi
Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi çərçivısində tədbirlər davam edir. Bu gün (dünən)Moskvada Azərbaycanlıların Federal Milli Mədəni Muxtariyyəti (AzərRoss) ADR-nın yubileyinə həsr olunmuş dəyirmi masa keçirtdi.

Dəyirmi masanın iştirakçıları arasında son günlər “Kafkazskie trio” (“Qafqaz üçlüyü”) filmnə görə ittihamlara məruz qalan tanınmış kinorejissor Rüstəm İbrahimbəyov da vardı. Yığıncağa bir az gec gəlib tez gedən kinorejissorun “baxılmamış” filminə “baxmasam da pisdir” prizmasından yanaşıb onun burada olmasına etiraz edən də tapıldı. Bu haqda bir azdan.
Azərbaycan Demokratik Cümhuriyyəti 100 yaşında
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə

«Ey Gənclik! Sənin öhdəndə böyük bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı və onu min müşkülatla yüksəldərək dedi ki, BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ! Əlbəttə sən onun bu ümidini qırmayacaq, Azəri türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan!».
Cansel Elçin: Mən kinoya gülmək üçün yox, düşünmək üçün getmək istəyirəm.
Onunla ünsiyyətdə olmaq bir ayrı zövqdür. Onun başardığının 100-dən birini belə başarmayıb ədasından paltarına sığmayanlar var. Bu insan isə sadə və səmimidir. Sanki sıradan biriymiş kimi danışır. Təvazökarcasına bunu başardımmı-deyə sormağa ürpənməz. Sənətinin fədaisi və olduğu kimi olan ADAM. Həyata baxışı da, filmə baxışı ilə eyni. Mən qurama -xəyal ürünləri deyilənlərindən deyil, rastalaşdığım və ya başqalarınn yaşadıqları hekayələrdən bir bütöv tablo yaratdım. O tabloda həyatımızda iz buraxmış sağalmaz yaraları əks etdirmək və hər kəsə göstərmək istəyirəm. Görsünlər və nəticə çıxarsınlar. Bəlkə o zaman yeni Hasanların doğulmaz -yeni faciələr yaşanmaz. O üzdən mən kinoya gülmək üçün yox, düşünmək üçün getmək istəyirəm. Moskvada kinosunun təqdimatında bunları dedi, bunları yaşatdı.

Cansel Elçinin  “Melekleri taşıyan adam”ı  Moskvada nümayiş olundu (eksklüziv)-VİDEO
Hindistan və Bolqarıstandan sonra “Melekleri taşıyan adam” Moskva seyrçilərinin qonağı oldu.
Moskvada keçirilən “Art Futbol” festivalı çərçivsində nümayiş olunacağı xəbər verilən “Melekleri taşıyan adam”ın premyerası Moskvanın “Yunost” kinoteatrında baş tutdu.
Moskvada  VIII Artistlər arasında futbol üzrə DÇ çərçivəsində  Türkiyə ilə Polşa komandaları qarşılaşacaq

Səhnədən meydana! Bu da oyundur, təbii ki, amma...

Türk sənət ulduzları futbol meydançasında. Moskvanın yaşıl futbol meydanlarında istedad deyil, futbol bacarığı sınanacaq. Türkiyəni yarışmada həm də futbolun "ən yaxşıları" olan məhşurlar təmsil edir. Onlar kimlrdir? Bir az sonra...
KİV Kalininqrad bölgəsini  NATO-nun  "ən pis kabusu" adlandırdı
National Interest nəşrinin müəllifinin fikrincə, "dişinə qədər silahlanmış" Kaliningrad bölgəsi NATO "ən pis kabusu"dur. Nəşr Rusiyanın təkcə Baltikdə flotunun Polşanın ümumi filotundan daha güclü olduğunu qeyd edib. Müəllif ona da diqqət çəkib ki, Kalininqrad bölgəsindəki rus raketləri və gəmiləri regionda ABŞ və Avropa əsgərlərinin manevr dairəsini məhdudlaşdırır.
ADSIZ ADAM
Bilmirəm jurnalist kimi sərtmi olmaq, cəsarətlimi olmaq, ya "düzələn deyil"-deyib olanlara müşahidəçi kimi qalmaqmı-hansını hansı yerdə işlətmək gərəkirdi? Mövlana deyirdi ki, İki şey ağıla nöqsan sayılır, yersiz susmaq ilə yersiz söz demək.
"Rossiya  Seqodnya" və "RIA Novosti Ukrayna"  Ukraynada  qapadıldı
"Rossiya Seqodnya" və "RIA Novosti Ukrayna" informasiya agentlikləri Kiyevin sanksiyalar siyahısına daxil edilib. Hazırda hər iki sayt Ukraynanın ərazisində bağıanıb. Bu barədə məlumat ölkənin prezidenti Petro Poroşenkonun saytında yerləşdirilib.
Putinin Merkelə  gül buketi bağışlamasını almanlar təhqir saydılar
Rusiya prezidenti Vladimir Putinin Soçi görüşməsindən əvvəl Almaniyanın kansleri Angela Merkelə bir dəstə ağ gül bağışlaması xarici mətbuatda birmənalı qarşılanmayıb. Almaniyanın "Bild" nəşrinin jurnalisti Rusiya prezidentinin bu jestini "Bu nəzakət deyil, gizli məna daşıyır"-deyə dəyərləndirib.

İsrailli jurnalsitlərə Türkiyənin Taksim meydanında hücum etdilər
İsrail televiziyasının "Reşet-13" kanalının İstanbula ezam olunmuş xəbər komandası Türkiyənin Taksim meydanında kütlələr tərəfindən döyülüb. Jurnalistlər İsrail ilə Türkiyə arasındakı böhranı işıqlandırmaq üçün İstanbula göndəriliblər. İsrail KİV-nın verdiyi məlumata görə jurnalistlərə hücum edənlər "İsrailliləri öldürməyə gəlmişik"-deyə bağırırlarmış.
Mənbə: Siyasətçi Yuri Kotler  Moskvada  evində ölü tapılıb
Moskvada siyasətçi evində ölü tapıldı. Yanında silahi və başından vurulmuş vəziyyətdə. Hadisəsinin motivi hələ məlum deyil.

Rusiyalı siyasətçi Yuri Kotler Moskvanın mərkəzində Böyük Nikitsk küçəsində yerləşən evdə ölü tapılıb. Bu barədə REN TV ona
yaxın olan mənbəyə istinadən məlumat verib.
Amerika mediası Krım körpüsünü partlatmağa çağırıb
В марте 2014 года в Крыму прошел референдум, по итогам которого полуостров стал территориальной частью России, а Севастополь — городом федерального значения.

Amerika mühafizəkar siyasi həftəlik mətbu orqanı olan "Washington Examiner" in müəllifi Tom Rogan Ukraynanı Krım körpüsünü bombalaya çağırması haqda RİA "Novosti" xəbər verib.
В Президент-Отеле состоится танцевальный спектакль «Связь времен и народов: стань частью танцевальной истории»

В Красном зале столичного Президент-Отеля 18 мая в 18-00 час. состоится показ спектакля «Связь времен и народов: стань частью танцевальной истории».
Mixail Leontiev Ermənistanın baş naziri Nikol Paşinyandan  üzr istədi
Mixail Leontiev Ermənistanın baş naziri Nikol Paşinyandan ölkədəki son hadisələrə dair sözlərinə görə üzr istədi
Tarix : 10-02-2015, 12:24
“ƏDƏBİYYAT DA QƏRIBDIR... BİZİM DÜNYAMIZDA!”
Şairə Afaq Şixli ilə musahibə


* Salam, Afaq xanım! Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin məsul katibi seçildiniz. Bu, necə oldu və siz bunu necə dəyərləndirirsiniz?

- Hər vaxtınız xeyir olsun! İnanın ki, Azərbaycan informasiya agentliklərinin təyinatıma bu qədər diqqət verəcəklərini gözləmirdim. Sevindiricidir.

2014-cü ilin sonunda Azərbaycan Yazıçılar birliyinin üzvü olmuşam, dəqiq desəm, qurultaydan sonra yaradılan komissiyanın ilk təsdiqlədiyi üzv mənəm. Düşünə bilərsiniz ki, niyə belə gec? Yadımdadır, “Səni düşünürəm” adlı dördünçü kitabım yeni işıq üzü görmüşdü və mən onu Moskva Şəhriyar Ədəbi mədəni cəmiyyətinin üzvü istedadlı və tanınmış yazarımız Sultan Mərziliyə təqdim edəndə, yazarlar birliyinin üzvü olub olmadığımı soruşdu. “Yox” dediyimdə, çox təəcübləndi və “Nəyə görə sənədlərini vermirsən? Sənin şeirlərini çox bəyənirik...” – dedi. Sonradan, sənədlərimi də elə cəmiyyətin sədri cənab Vasif Məmmədov və şair Sultan Mərzili toplayıb birliyə göndərdilər.

Məsələ ondadır ki, hər zaman çalışmışam ki, bir işə o zaman əl atım ki, özümü buna layiq bilim, daxili rahatlıq hissim olsun. Yalnız on kitabın (bunlardan üçü xarici dildə), yüzlərcə məqalənin və bədii tərcümələrin müəllifi, Rusiya və Avrasiya yazarlar birliyinin üzvü olduqdan sonra, mən özümü vətənimin yazarlar birliyinin üzvü olmağa layiq hesab etdim. Düşündüyümə görə, hər bir insanın içində özünütənqid və qürurunu cilovlama gücü olmalıdır.

Bu günlərdə isə, AYB Moskva bölməsinin sədri hörmətli alim Tofiq Məlikli, bölməmizin iclasında mənim məsul katib olmağım haqda təklifi səsə qoydu. Yekdilliklə bu təklifə razılıq verildi. Şadam, çünki görmək istədiyim çox iş var, planlarım, layihələrim var. Bu yaxınlarda, bizim bölmənin üzvlərinin sayının az olması haqda narazılıqla dolu yazılar oxudum bəzi saytlarda. Bir yana baxanda həqiqətdir, sayımız 10-12 nəfərdən çox deyil. Lakin, burada o qədər gözəl yazan, gənclərimiz var ki. Hər biri, zamanla, gələcəyin ünlü şairləri, nəsr ustaları olacaq yüksək potensiala malikdirlər.

Bəzilərinin kitablarımı yoxdur? Çox yaxşı məlumdur ki, kitab məsələsi indi ancaq və ancaq maddi durumla bağlı problemə çevrilib. Pulu olan hər bir adam bərbad yazılarını toplum halına sala bilir, elə gözəl yazılar da olur ki, maddiyyat üzündən yığcam vəziyyətə gələ bilmir. Elə kitablar götürmüşəm əlimə ki, qırmızı qələmlə əvvəlindən sonuna kimi redaktə etmişəm, kitab lalə rəngi alıb. Somerset Moemin gözəl bir fikri var, o deyir ki, yaxşı əsərdə müəllifin çəkdiyi əziyyət hiss olunmamalıdır, əsər – xoşbəxt təsadüfün nəticəsinə bənzəməlidir. Bu o mənada deyilib ki, zorla ”mən şair olmalıyam, məni tanımalıdırlar” deyə oturulub nəsə yazılmamalıdır. Yazı özü axıb gəlməli və səni məcbur etməlidir ki, onu vərəğə köçürəsən.

İnşaAllah, Moskvada gənclərin ədəbi inkişafı ilə bağlı arzularımı həyata keçirmək fikrindəyəm. Ədəbiyyata qədəm qoyduqları dövrlərdə onlara tərifdən, şişirdilmiş mükafatlardan daha çox, ədəbi dəstək və öyrədəcək müəllim lazımdır. Qalan hər şey özü zamanla gəlib yerini tapacaq.

- Şairlik nə deməkdir sizin fikrinizcə?

- Şairlik haqda hamı fəlsəfi fikirlər yürüdür. Təkrara yol vermək istəməzdim, amma Şairlik haqda düşündüklərimi belə deyərdim:

Şairlik – insanın ruhi vəziyyətidir. Ondan asılısan, o sənə hökm edir, nəyi harada necə və kimin haqqında yazacağına o qərar verir. Yazılasını yazmayanda dəli kimi olursan, yazandan sonra – yağışdan sonra torpağın yanğısı sönən kimi, təravətlənən kimi, sənin də ürəyinin yanğısı sönür.

Şairlik – Allah vergisidir, onu inkar edənlər də, ona qarşı duranlar da günah edirlər!

Şairlik - (istedaddan əlavə) sonadək hər anını öyrənməklə və bildiyini öyrətməklə keçəcəyin bir yoldur. Bu yolun başlanğıcında olanlar var, yolu yarı edənlər, sonunda zirvəyə ucalanlar var.

Zirvəni aşıb bizim görmədiyimiz, təxəyyül gücümüzün yetmədiyi dünyaya varanlar var. Bax həmin o dünyanı fəth edənlər – Nizamilər, Nəsimilər, Füzulilərdir... Onlar şairlikdən Düha dərəcəsinə ucalmışlardır. Onlar artıq Azərbaycan ədəbiyyatı xəzinəsinin ləl-cəvahirləridir.

İndi çoxları kimisə alçaltmaq istəyəndə onun yaradıcılığını Nizami, Füzuli ilə müqayisə edir. Bu böyük savadsızlıqdır! Hər kəsi onlarla müqayisə etmək - Azərbaycan ədəbiyyatını XVI əsrdən sonra şairsiz qoymaq deməkdir. Halbu ki, bizim Molla Pənahımız, Molla Vəli Vidadimiz, Səməd Vurğunumuz, Rəsul Rzamız, Bəxtiyar Vahabzadəmiz, Məmməd Arazımız da olub... Müasir dövrümüzün də öz istedadları vardır.

Onsuz da, biz beləyik. Gözəl görmək istəyən gözəl görəcəkdir, yox mütləq bir əmma qoymaq istəyən olacaqsa, onun mümkünü yoxdur, Səməd Vurğun da olsan, Bəxtiyar Vahabzadə də olsan! Hər kim olsan!

* Şer yazmağa nə vaxtdan başlamısınız, ilk şeriniz hansı olub?

- Gözümü açandan bəri dostum və sirdaşım kitablar olub. Məktəbə beş yaşından getmişəm. İlk dəfə ibtidai sinif müəlliməmiz Bahar müəlliməyə şeirə bənzər iki bəndlik yazmışam... İkinci şeirim, nə qədər qəribə də olsa, “Xəyalım” adlanırdı. O da iki bənd idi. Və ən yaxşı xatırladığım, “Azərbaycanım” adlı şeir idi, hansı ki, həqiqətən də ilk şeirim hesab edirəm. Onda 7-8 yaşım olardı. Bir bənd vardı o şeirdə:

Belə bir məsəl var, demiş atalar,

Hər kəs öz elində olur bəxtiyar.

Qürbətdə xan olcaq, hey diyar-diyar

Gəzim dilənərəm vətənimdə mən...

Təəccüblüdür ki, uşaqkən, bəlkə də gələcək taleyimi hiss edərək, qürbət həyatını qələmə almışam...

Sonralar tibb universitetində oxuduğum illərdə demək olar ki, heç şeir yazmamışam. Bilmirəm nə ilə əlaqələndirə bilərəm bunu, amma yəqin ki, təbabətə həddən ziyadə aludə olmuşdum, ondandır.

Sonralar şeirlərimi yalnız özüm üçün yazırdım və heç kitab halına salmağı belə düşünmürdüm. "Qəlbimin dedikləri" adlı ilk kitabım 2003-cü ildə böyük qardaşım Söhrab Şıxlinskinin və ailə dostumuz professor İsaxan İsaxanlının təkidi ilə işıq üzü görüb. Bu tarixi mən ikinci dünyaya gəlişim hesab edirəm! Düşünürəm ki, mən ancaq ədəbiyyat üçün yaranmışam. Ona olan sevgim o qədər təmiz və səmimidir ki, kimsə qısqanmamalıdır. Bəlkə də məni şair edən, ədəbiyyatla əkizləşdirən - Vətəndən uzaqlarda yaşamağımdır. Hesab edirəm ki, Ədəbiyyat elə alidir ki, o da qəribdir... bizim dünyamızda.

* Rus dilində şeir kitablarınız varmı?

- Rus dilində hələ ki, bir kitabım var, şeirlər toplusudur. Rus dilində ikinci kitabım isə, inşaAllah, hekayə və povestlərimdən ibarət olacaq.

Əsərlərimi tanınmış rus şairi, bütün türk dünyasını tərcümə etməklə məşğul olan Mixail Sinelnikov, şair Sergey Karatov, şair-tərcüməçi İlham Bədəlbəyli və rəhmətlik şairimiz Sabir Abdullanın istedadlı və gənc şair qızı Leyla Şəkili çeviriblər.

Rusca kitablarımın azlığına səbəb - tərcüməçilərə qarşı həddən ziyadə həssas olmağımdır.

Mənə hər bir sətrin qeyri-səmimi tərcüməsideyil, şeirin məğzinin, demək istədiyimin tam olaraq oxuculara çatdırılması vacibdir. Mexaniki tərcümə ilə, canlı ədəbi tərcüməni - əllə toxunmuş xalçanın maşın toxunması ilə müqayisəyə bənzədirəm.Tərcüməçi müəllifin qəlbinə, ruhuna bələd olmalıdır. Tərcümə olunan heç bir əsər tərcümə olunduğu dilə aid deyil, hətta tərcüməçi müəllifin özü olsa belə...

* Moskvada nə vaxtdan yaşayırsınız?

- 15 ildir ki, Moskvada yaşayıram. Öncəki illərə baxanda, son illər ərzində daha tez-tez gəlirəm Vətənimə. Bizim burada yaşamağa başladığımız 2000-ci illərdəki Moskva ötən əsrin 70-80-ci illərindəki Moskva deyildi. Nə də insanların düşüncəsi və davranışı o zamankı deyildi. Biz birdən-birə dəyişən ayrı bir rus xalqını tanımağa başladıq. Orta məktəbdə oxuyarkən qış tətillərinə gəldiyimiz qonaqpərvər şəhərə deyil, sanki ayrı bir şəhərə düşdük.

Qürbətdə ötən illərin hamısı bizim ömrümüzün bir parçasıdır. Geri dönməyən, qaytarılmayan...

Zindanı – məcrası, məlul gölmüşəm...

Kimsələr duymaz ki, inləyəndə mən!

Təklikdən özümü iki bölmüşəm,

Danışan da mənəm, dinləyən də mən.

Bütün bu həsrət, bu nisgil, bu acı şeirə, sözə çevrildi. Ədəbiyyat olmasaydı, dostlar, həmkarlar olmasaydı yəqin ki qürbət həyatı daha da dözülməz olardı.

* Azərbaycandakı və Rusiyadakı ədəbi mühutimiz arasındafərqi izah edə bilərsinizmi?

- Azərbaycanda dostlarım çoxdur. Hər zaman hər yerdə demişəm – onlar mənim Vətəndə səsim, sözüm, özümdürlər. Mən olmayan yerdə də, düşünürəm ki, onlar varsa mən də oradayam. Bəzən məndən xəbərsiz belə, şeirlərimi, məqalələrimi qəzetlərə, saytlara verirlər. Bakıda olan zaman isə özümü həqiqətən də nağıllar dünyasında şəhzadə kimi hiss edirəm, hörmətlə və sevgiylə qarşılanıram. Əslində Vətənim – elə mənim nağıllar dünyamdır, ürəyimin məndə uzaqda yaşadığı yerdir.

Moskvadakı ədəbi mühitimiz isə, əlbəttə ki, Azərbaycandan daha kiçikdir, biz burada sayca azıq. Lakim bu o demək deyil ki, az işlər görürük. Xeyir! Gördüyümüz işlərlə sanki qəlbimizdəki vətən həsrətini kompensasiya edirik. Öz dilimizi özgələrə sevdirdikcə, torpağımıza və xalqımıza daha yaxın oluruq. Gözəl şairlərimiz, ədəbiyyatsevərlərimiz var. Kəlbəcər həsrətli Nəsib Nəbioğlu var burada, hansı ki, təmənnasız sevgiylə bizim şeirlərimizi müxtəlif ölkələrin jurnallarında, almanaxlarında dərc etdirir. Qarabağ yanğılı Sultan Mərzili var... Azərbaycan şeirlərini rus dilində səsləndirən İlham Bədəlbəyli var, şair-publisist Əliş Əvəz, Maya Bədəlbəyli var, gənc şairlərdən Yaşar Süleymanlı, Nilufər var... Bu yaxınlarda Moskva Şəhriyar ƏMC-nin üzvlərindən iki nəfərin: tarix elmləri doktoru Əşrəf Hüseynlinin və hüquqşünas Abbas Ağdabanlının şeir kitablarının təqdimatı olacaq. Göründüyü kimi, əbəbiyyat sevgisi nə harada yaşamağa, nə də sahib olduğun sənətə baxmır. O, varsa var...

* Rus ədəbi mühiti haqda nə deyə bilərsiniz? O, sizə daha yaxındırmı? Nə kimi hadisələr baş verir bu mühitdə?

- Bakıda dəfələrlə olmuş, azərbaycansevər rus şairi Y.B.Reyn deyir ki, rus xalqının yenilməz bayrağı – onun ədəbiyyatıdır! Məncə bu elə azərbaycan xalqına da aiddir.

2015-ci il - Rusiyada ƏDƏBİYYAT ilidir. Həm də, A.S.Puşkin və A. Delviq tərəfindən əsası qoyulmış “Literaturnaya qazeta”nın 185 illiyidir. Bu xüsusla hələ ilin ilk aylarından başlayaraq möhtəşəm tədbirlər, yazıçı və şairləri ruhlandıracaq təltif mərasimləri təşkil olunur. Məsələn, Literaturnaya qazetanın təşkil etdiyi ödüllərdən biri – Qızıl və Gümüş Delviq medalları və mükafatıdır.

Rus ədəbi mühitini mənə sevdirən – onların nümayəndələri arasındakı təmiz münasibət, distansiya və dürüstlükdür.

Bəzən bizimkilərin yersiz adama yersiz tərifi üz qızardır, tənqidi isə çox zaman sadəcə kimisə ruhdan salmaq, gözdən düşürmək, irəli gedənə həsəd aparmaqdan irəli gəlir. Dostun səhvini üzünə vurmamaq, pisini gizlətmək, birləşmələr, qruplaşmalar və s... ürəkağrıdıcı hallar var... Əgər biri sənin ayağını tapdalayıbsa, istedadlı da olsa onun yaxşısını görməməzlikdən gəlmək var.

Ruslarda isə, tərifdirsə - bir-birinin uguruna gözləri yaşaracaq qədər sevinirlər. Tənqiddirsə - bu tənqiddə bir damla belə qərəz yoxdur.

Artıq iki ildir ki, dekabr ayının 17-də Azərbaycan və rus şairləri birgə poeziya gecəsi keçirilir. Bu gecənin ənənəvi olaraq hər il eyni zamanda keçirilməsi haqda, 2015-ci il yanvarın 27-də AYB Moskva bölməsinin toplantısında qərar verildi. Olduqca mənalı və dəyərli olan belə tədbirlər iki xalqın ədəbiyyat adamlarını daha da yaxınlaşdırır, bir-birinə tanıdır.

* Çağdaş Azərbaycan ədəbi mühiti ilə ayaqlaşa bilmisinizmi? Bu mühitdə nələr sizi qane etmir?

- Müasir dövr elə bir dövrdür ki, düşünənlərin yerini, düşünənləri müzakirə ednlər tutub. Karl Kraus, müasir ədəbiyyatı – xəstənin özünün özünə yazdığı reseptə bənzədirdi. Bu haradasa düzgün müqayisədir, lakin düşünürəm ki, xəstənin özü də həkim ola bilər. Onda, yazılan resept də düz olar... Eləcə də müasir ədəbiyyat - yaxşı oxunaqlı, mənalı və dəyərli yazılar çoxdur. Mənasız, dəyərsiz, heç kimə lazım olmayan, oxucunun zövqünü pozan, müasir oxucu kütləsini şikəst edən yazılarsa, ondan da çoxdur. Məni dəhşətə gətirən isə, həyatını ədəbiyyatla bağlamaq istəyənlərin nəzəri baxımdan savadsızlığı və bir də, ədəbiyyatdan şöhrətə yetmək üçün alət kimi istifadə edənlərin sayının artmasıdır. Unutmayaq ki, bütün ömrünü ədəbiyyata həsr edən Maksim Qorki deyib: “Ədəbiyyat – böyük məsuliyyət tələb edən bir işdir. O, istedadı ilə qürrələnib öyünməyi sevmir!”

Alçina Bəşirli
Moskva-Bakı




Baxış: 2256 | Bölmə: Müsahibə
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru