Deputalığa namizəd İbrahim Xəlil Balayoğulları  vəd vermir-istəklərinizə körpü ola bilərəm -deyir- VİDEO
"Mənim varlığım bütün türk varlığına ərməğan olsun! ", "Mən türk dünyasında qardaşlarımın ayaqları altındakı körpüyəm, birləşmək üçün mənim üstümdən keçin"-deyir.



Medvedevin yeni vəzifəsi-Təhlükəsizlik şurasında  müavin
Bu gün Rusiya höküməti nazirlər kabinetinin tam tərkibdə istefa verdiyini alan edən Dmitri Medvedevə ölkə başçısı Təhlükəszilik Şurası sədrinin müavini vəzifəsini tutmağı və müdafiə və təhlükəsizlik mövzularını həll etməyi təklif edib. Prezident Vladimir Putin onu da izah edib ki, , yeni vəzifə üçün qanuna düzəlişlər etmək lazımdırsa, bu ediləcək.

Federasiya Şurası beynəlxalq komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov RİA Novosti-yə bildirib ki, əslində Medvedevə vitse-prezident vəzifəsi təklif olunub. Senator "dövlət başçısının Təhlükəsizlik Şurasının sədri olduğunu nəzərə alaraq bunun ən yüksək vəzifə olduğunu"- deyib.

"Bu çox şərəfli və vacib bir təyinatdır". Cabarov onu da qeyd edib ki, Medvedev təcrübəli siyasətçidir və "özünün qazandığı böyük təcrübəsini yeni vəzifəsində tətbiq edə biləcək".

YENİSES.RU
Rusiyada nazirlər kabineti istefa etdi
Baş nazir Dmitri Medvedev prezident Vladimir Putinə bütün hökumətin istefa etdiyini bildirib.

Bu, dövlət başçısının Federal Məclisə müraciəti zamanı Konstitusiyaya bir sıra əsaslı dəyişikliklər olacağı açıqlamasından sonra baş verib. Medvedevə görə, bu islahatlar ölkədə güc balansını dəyişdirəcək.

"İcra, qanunverici və məhkəmə hakimiyyəti. Bu konterksdə biz hökumət olaraq, ölkə başçısına lazım olan bütün qərarlar qəbul etmək imkanı verməliyik"- deyə o, qeyd edib.

Buna cavab olaraq Putin hökumət üzvlərinə birlikdə çalışdıqlarına görə təşəkkür edib, lakin onu da vurğulayıb ki, "hər şey bitmədi". O, yaxın vaxtlarda nazirlərin hər biri ilə ayrı-ayrılıqda görüş keçirəcəyinə söz verib.

Prezident, həmçinin hökumətdən yeni tərkib formalaşana qədər vəzifəsini davam etdirməyi istəyib.

Prezidentin Dövlət Dumasındakı səlahiyyətli nümayəndəsi Harry Minh RİA Novosti-yə açıqlamasında əgər hökumətin istefası əvvəldən hazırlanmış bir prosesdirsə, o zaman yeni Nazirlər Kabinetinin formalaşdırılmasının uzun çəkməyəcəyini söyləyib.

"Unutmayın ki, prezident seçkiləri keçirildi - hökumət istefa verdi və əslində ertəsi gün yeni kabinet formalaşdı"-deyə xatırladıb.


YENİSES.RU



Bu gün Şırvan Kərimovun ad günüdür
Bu gün günlərdən o gün! Hardasa dünyanın kiçik bir guşəsində böyük bir insan doğulur, Ve... Ssenariləşmiş həyatlardan fərqli bir yol vardı qarşısında...Doğulduğu o kiçik yer bir gün əlçatmaz olacaq desəydilər...

Rəssam olsam Sizin portretinizi Göy Qurşağı olaraq çəkərdim. Ya da Səhər Şəfəqi, yox bəlkə də Üfüqdən boylanıb Aya əl edən Günəş. Ya da tablonu ağ buraxardım. Hər kəsə bir toxunmuşluğunuz var, qoy onlar çəksinler... Rəssam deyiləm. Amma sözlə tablonuzu çəkməkdə dilim kasıb deyil də, sadəcə Siz çox Varlıqlısınız! Nə yaxşı doğulmusunuz!

Fərqli doğulmaq alın yazısıdır. Amma Fərq yaratmaq fərdidir. Sizin dostunuz, bacınız olmaq xoşbəxtlikdir. Doğum gününüz mübarək olsun, Şirvan Kərimov!!!

Tünzalə Vəliqızı

VİDEO
Rusiyada qara çörək bahalanacaq
Aqrar sənaye sferasının mütəxəssisləri qara çörəyin bahlanacağı proqnozunu verirlər. Onları belə düşünməyə vadar edən ötən il covdar məhsulunun və ehtiyatının az olmasıdır. Bu haqda Yenises.ru RİA Novosti-yə istinadən xəbər verib.
Kiyev İranda  Boeing təyyarəsinin  bilərəkdən vurulduğu fikrindədir

İran 3 gün keçdikdən sonra Ukrayna təyyarəsnin səhvən raketlə vurulduğunu etiraf etdi. Ukrayna tərəfi isə bu qəzanın düşünülmüş olduğu qənaətindədir. Təyyarənin vurulması ilə bağlı açılmış İstintaq axtarış işinin də istiqaməti dəyişdirilidi.

Bu haqda Telegram kanalda yayımlanan mesajda bildirilir.


İran raketlə layneri səhvən vurduğunu etiraf etdikdən sonra Ukrayna Baş Prokurorluğu qəzanın araşdırılması ilə bağlı olan maddəni dəyişdirib.

Ukrayna Baş Prokurorluğu İrandan PS752 reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin araşdırılması maddəsini dəyişdirib. . Bu barədə Ukraynanın nəzarət orqanının Telegram kanalında yayımlanan mesajda deyilir.

"İstintaq Cinayət Məcəlləsinin iki və ya daha çox insanın qəsdən öldürülməsinə və təyyarənin məhv edilməsinə görə məsuliyyəti nəzərdə tutan maddələrə əsasən davam etdiriləcək" deyə məlumat verilib.

Əvvəlcə, təyyarənin əqzaya uğraması faktı ilə Ukraynada "Hərəkətin təhlükəsizliyi qaydalarının pozulması və ya insanların ölümü ilə nəticələnən hava nəqliyyatının istismarı" maddəsi ilə cinayət işi açılmışdı

Xəbərdə, həmçinin, Ukrayna Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsinin bu işi araşdıracağı bildirilib.


Yanvarın 11-də, laynerin qəzasından üç gün sonra, İran hakimiyyəti Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-nin səhvən raketlə vurulduğunu etiraf etdi. İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandiri Əmir Əli Hacızadənin izah etdiyi kimi, hava hücumundan müdafiə sistemi operatoru Tehran hava limanından uçan təyyarəni qanadlı raketi kimi təsbit edib. Rabitə əlaqəsi kəsilməsi səbəbindən operator komandanlığa hesabat vermədən müstəqil olaraq laynerin vurulmasına qərar verib. İran prezidenti bunu "bağışlanmaz bir səhv" adlandırıb.


YENİSES.RU
Putin Liviyada rus muzdlularının ola biləcəyini dedi

Liviyadakı ÇVK Vagner-in muzdluları ilə bağlı sualı cavablandırıb. Vladimir Putin və Angela Merkelin Moskvadakı danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında Liviyada vətəndaş müharibəsi, hətta Vagnerin muzdluları məsələsi də qaldırıldı.

Rusiya Prezidenti Vladimir Putin Liviyada hərbi əməliyyatlarda iştirak edən rusların ola biləcəyini, lakin onların Rusiyanın maraqlarını təmsil etmədiklərini bildirib. Beləliklə, ijurnalistlərin dövlət başçısıı Liviyada ÇVK Vagnerin muzdlu muzdluların olduğunu təsdiqləyə bilərmi-sualına cavabını prezident belə cavablandırıb.

"Əgər (Liviyada - RBC) Rusiya vətəndaşı varsa, onlar Rusiya dövlətinin maraqlarını təmsil etmirlər" deyə Putin söyləyib. . Həniçinin onlar "Rusiya dövlətindən pul almırlar" deyə əlavə edib.


YENİSES.RU
CNN: Ukrayna təyyarəsi iki raketlə vurulub
ABŞ kəşfiyyatı yanvarın 8-də Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsinin bir yox, iki İranın hava hücumundan müdafiə raketi ilə vurulduğunu düşünür. Bu barədə CNN bu informasiyadan x'b'ri olan Amerika administrasiyasının işçilərinə istinadən məlumat verib.

ABŞ Konqressi Trampın İranla bağlı  hərbi səlahiyyətini məhdudlaşdırdı

Amerika Konqressi nümayəndələr palatası Trampın İran siyasətinə qarşı qqətnamə imzalayıb.

ABŞ Konqressi nümayəndələr palatası Amerika prezidenti Donald Trampın qanunvericilərin icazəsi olmadan İranla müharibə aparması ilə bağlı hərbi səlahiyyətlərini məhdudlaşıdran qətnaməni qəbul ediblər.

Yenises.ru-nun TASS agentliyinə istinadən verdiyi xəbərə görə sənədi 224 koqressmen dəstəkləyib, 194-ü isə əleyhinə çıxıb.

Qətnamə həmçinin ABŞ senatına göndərilib.

Bundan əvvəl Amerika Konqressi nümayəndələr palatasının spikeri Nensi Pelosi bəyan etdmişdi ki, konqressmenlər ABŞ vətəndaşlarını qoruma öhdəliyini yerinə yetirməlidirlər.

Xatırladaq ki, yanvarın 3-ü gecəsi Bağdad aeroportu yaxınlığında İram İslam İnqilabı Keşikçiləri korpusunun generalı Qasım Süleymani ABŞ -ın raketl hücumu nəticəsində öldürülmüşdü.

Yanvarın 8-də Tehran Süleymaninin qətlinə görə qisas əməliyyatı elan etmiş və İrakdakı iki Amerika bazasına raket zərbəsi endirmişdi.

YENİSES.RU


Qasım Süleymaninin qızı ABŞ-ı hədələdi
Öldürülən iranlı general Qasım Süleymaninin qızı Zeynab atasının dəfn mərasimində ABŞ və İsrailə bu qətlin sonucunun ağır olacağı xəbərdarlığını edib.

"Axmaq Trump, düşünmə ki, atamın ölümü ilə bağlı hər şey bitdi" -deyə Zeynəb bildirib.
Tanınmış vəkil Əziz Qəmbərovun namizədliyi qeydə alındı
2020-ci il fevral ayının 9-da Milli Məclisə növbədənkənar keçiriləcək seçkilərlə bağlı deputatlığa namizədlərin qeydiyyata alınması mərhələsi davam edir.

Əslən Kəlbəcərdən olan tanınmış vəkil Əziz Qənbərov 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Əziz Qənbərovun namizədliyi Dairə Seçki Komissiyası tərəfindən təsdiqlənib. BU haqda vəkil özü məlumat verib. .

Qeyd edək ki, Əziz Qənbərov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. O, həmçinin "Qarabağa Qayıdış" İctimai Birliyinin təsisçisidir.


Yenises.ru


Marşal Xəlifə Haftar Liviyada cihad və ümumi səfərbərlik elan etdi

Türkiyə parlamentinin Liviyaya hərbi qüvvə göndərilməsinə icazə verməsi barrikadanın o biri tərəfində olan Liviya Mlli Ordusunun komandiri, marşal Həlifə Haftardan cavab reaksiyası gəldi. Xəlifəni Liviyada qadınlar da daxil olmaqa, əli silah tutan hər kəsə silah veriləcəyini bildirdi. O, xarici qoşunlarla qarşıdurma və ümumi səfərbərlik və elan etdi.

Liviyalılara ünvanladığı videomüraciətdə hərbi lider ölkənin cihad elan etdiyini söylədi. RİA Novosti xəbər verir ki, silah hamıya - hərbi və mülki şəxslərə, kişilərə və qadınlara veriləcək.

Bundan əvvəl Tripoli hökuməti Liviyanın paytaxtına Xəlifə Haftar qüvvələrinin hücum edəcəyi təqdirdə Türkiyədən hərbi yardım istəmişdi. Söhbət hücumu dəf etmək üçün "hava, quru və dəniz" hərbi yardımdan gedir.

Xatırladaq ki, Türkiyə parlamenti yanvarın 2-də səs çoxluğu ilə Liviyaya türk hərbçiləri göndərməyə razılıq verib.

Yenises.ru
Türkiyə parlamenti Liviyaya hərbi qüvvə göndərməyə izn verdi

Liviyadan Türkiyəyə dəstək göndərilməsi lehinə 325, əleyhinə isə 184 millət vəkili səs verib. Birinci etapda türk hərbi mütəxəssisləri liviyalı döyüşçülərə təlim keçəcəklər. Əməliyyata qatılanların sayını prezident müəyyənləşdirəcək və bu məsələyə yanvar ayında baxacağı bildirilir.

Türkiyə parlamentariləri ordu qüvvələrinin Liviyaya göndərilməsini nəzərdə tutan qanun layihəsini təsdiqlədiyi barədə NTV kanalı məlumat yayıb.

Səsvermədə iştirak edən 509 deputatdan 184-ü qanun layuhəsinin əleyhinə, 325-i isə lehinə səs verib.. Birinci mərhələdə Liviya döyüşçülərini yetişdirmək üçün hərbi mütəxəssislərin göndərilməsindən söhbət gedir. Qanun layihəsində türk ordusunun Liviyaya bir illik göndəriləcəyi nəzərdə tutulur. Əməliyyata qatılanların sayını prezident təyin edəcək.

Yenises.ru
Araz Ağalarov  rus təqaüdçülərinin yoxsulluğuna işarə etdi
Rus və azərbaycanlı iş adamı, "Crocus Group" un prezidenti və sahibi Araz Ağalarov rusların aşağı pensiya və maaş aldıqlarını söylədi. Onun sözlərinə görə, buna görə ölkədə ÜDM (Ümumi daxili məhsul) artmayacaq.

Əhalinin gəlirləri indi çox aşağıdır və əhalinin gəlirlərinin artması olmadan ÜDM-in artması mümkün deyil. Forbes milyarderə istinadən bildirir ki, bu gün ölkədə orta pensiya 200 dollar civarındadır, bəzilərininki daha azdır, orta əmək haqqı da aşağıdır.

Ağalarov onu da qeyd edib ki, ölkədə istehsal çiçəklənə bilməz, çünki insanların istehsal olunan mallar və xidmətlər almaq üçün pulları yoxdur. O, onu da əlavə edib ki, vergilər çox yüksəkdir və azaldılmalıdır.

Yeтises.ru
Hollandiya Niderland oldu- I Pyotr səhvən Hollandiya dediyi üçünmü?
I Pyotrun səhvən Hollandiya adlandırdığı ölkə Niderland olaraq rəsmiləşdirildi. Adın dəyişdirilməsinin tarixi səhvin düzəldilməsi yönündən edilməsi versiyalardan biridir, amma əsası deyil...
İbrahim Xəlil Balayoğulları 114 saylı Şəki seçki dairəsindən deputatlığa namzidəliyini irəli sürüb - VİDEO

“Varlığım millətimə, Türk birliyinə ərməğan olsun!”

Türk dünyasının tanınmış ziyalısı, tarixçi alim, hüquqşünas İbrahim Xəlil Balayoğulları 9 fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Milli Məclsinin növbədənkənar seçkilərində iştirakına qərar verməsi haqqında facebook səhifəsində paylaşdığı xəbəri bu sözlərlə bitir.
Keçmiş Moskva meri Yuri Lujkov vəfat edib
RİA Novostinin verdiyi məlumata görə keçmiş Moskva meri Yuri Lujkov ömrünün 84-cü ilində vəfat edib.

Bu məlumatı Sergey Sobyanin bu informasiyanı təsdiqləyib. “Mən çox təəssüf edirəm ki, postsovet dövründə Moskvaya rəhbərlik edən və paytaxtmız üçün çöx işlər görən enerjili, həyat dolu bir adam itidirk. Doğmalraına və yaxınlaırna başsağlığı verirəm”-deyə özünün twitter səhifəsində yazıb.

Y
Яшар Сулейманлы--МЕДОВЫЙ МЕСЯЦ
Опустошив бутылку до последней капли, он, прищурившись, долго смотрел на пустую бутылку, и бросил её в море, волны которого нежно ласкали ему ноги.
Стояла поздняя ночь, и отражение луны окутало всё вокруг странным, желтоватым светом. На фоне этого света его тень создавала ощущение какого-то невиданного явления. Глядя со стороны, невозможно было бы распознать в его силуэте человека или животного.
Tarix : 22-05-2012, 16:26
Nasir Atapur:O taydakılar üçün bura həsrətdir, yanğıdır, sevgidir...
Mugam bilicisi olmaq üçün onun elminimi öyrənmək lazımdır, bilmirəm. Amma muğam elə bir musiqidir ki, onda edilən hər hansı kiçik xəta səni özüylə apardığı aləmdən ayırır, sanki göyün yeddinci qatından birdən birə-yerə düşmüş kimi olursan. Musiqi ilə məşğul olmasa da onu musiqiçünaslar qədər bilən Vasif Məmmədovun Nasir Atapurun ifası haqqında dedikləri:
"Nasir bəmdə xirdalqlar edir, səsində isə təbii məlahət çox güclüdür. İfasıyla müəllimi Arif Babayevi xatırladır. Orta zildə oxumaq onda daha yaxşı alınır. Xalq mahılarına improvizasiyalar edir ki, bu da onun xalq mahılarının ifaçısı kimi ayrılığını, musbət mənada başqalığını göstərir. İranda azərbaycanlı Əbülhəsənxan İqbal var idi, muğamın ən gözəl ifaçısı. Nasirdə o taydakı ustadların ifasıyla bizimkinin sintezini duyuram. Oradakı deyiləndə, bu sizi çaşdırmasın, sadəcə orada eyni tonda səs bir ton yüksəlir ki, bu da bizdə qulaqda fərqli səslənir".

Muğam” deyiləndə insanı özünə məlum olmayan bir hiss bürüyür. Urəyi titrədən, düşünməyə vadar edən, bəndənin “Allahın bəndinə düşdüyü” məqamın qeybdən gələn sədasıdır, muğamat. Və onu ifa edən səs bəndəni onu yaradana yetişdirən vasitəçidir. Muğam haqqında danışmağın özü onu oxuyandan daha çox məsuliyyət tələb edir. Bəlkə muğamdakı ilahi hissi yaradan da onun ruhumuzun tellərini titrətməsidir. Muğam ifaçısının səsində, üzündə və özündə ilahi bir saflıq, mərhəmlik axtarmağımız da bundan irəli gələndir.

Hər biri bir həyat hekayəsi ilə bağlı olan muğamı ifa edənin də bir hekayəsi var. Bəlkə Tanrı muğam səsi verdiklərini-onunla bəndəsini yaxınlaşdıranları özü seçir. Bu bir dinləyici və muğamsevərin o musiqinin yaratdığı hissə qapılaraq dedikləridir. Əslində bizi bizdən alib bu mərhəm duyğuların ağuşunda sirli-sehrli aləmə aparan, ona aludə olanları cazibəsindən buraxmayan muğamın gəldiyi yolda hələ neçə əsrlər də bizi ovsununda saxlayacağı qüdrəti çözmək çətindir!

İfasını dinləyəndə müəlliminin kim olduğunu bilməsən belə, kimi xatırlatması bir ip ucu verir. Səsində, ifasında Arif Babayevin nəfəsi duyulur. Səsindəki həsrət yanğısını mahnılarına yansıdan Rübabə Muradovanın “Qaragilə”sinin oyandırdığı həzinliyi isə elə o taydan gətirib özüylə, Nasir Ətapur. O hansı mahnıya öz möhürünü vuracaq? Nasir Ətapur deyiləndə hansı ifası dillərin ucunda düyümlənəcək?

Mənim üçün “ Ağrıma urəyim, ağrima hələ” təsnifi ilə yadda qalıb. Gec gəldi, cəmi 4 ay lazım oldu tanınmasına. Buna görə Muğam müsabiqəsinə və təşkilatçılarına da minnətdardır.


-Böyük səhnədən “Oxuyur Nasir Ətapur” – təqdimatından əvvəl, bunu xəyal etdiyiniz vaxta qayıdaq. Bir gün o taydan bu taya muğam ifaçılığında özünüzü sınamağa gələcəyiniz də varmıydı bu xəyallarda?


-Mən uşaq çağlarımdan həmişə öz mədəniyyət və musiqimizin həvəskarı olmuşam və böyük ustad xanəndələrin lent yazılarıyla böyümüşəm bu lentlərdən öyrənib və həvəslənmişəm. Bakıya həmişə məbəd kimi baxıb həsrətində olmuşam. Allaha çox minnətdaram ki, arzularımı çin elədi və 2005-ci ildə bu məbədə gəlməyi mənə qismət elədi və bu böyük sənətkarların ifa etdikləri səhnələri mənədə bəxş etdi bu mənim ən böyük arzularımdan idi ki,ulu Tanrının istəyi ilə çin oldu...
[/b]
-Nasir bəy, Tanrım istədi dediniz, amma yəqin ki, bir gün yuxudan oyanıb Bakiya yol almamisiniz. Buna da bir vəsilə olan olub.

-Əslində hər bir işdə vəsilə olan var. Mənim situasiymada isə bu bir təsadüflə bağlıdır. Mənim bir İran Astarasında dostum var, onun da Azərbaycan Astarasından bir dostu vardı. Mən bir gün səhər anamgilə gələndə gördüm bu dostum azərbaycanlı dostuyla anamgildədilər. Soruşdum dedi qardaşı həkimə gətirmişəm.O,bizdə olanda oxumağımı gördü. (Mən orada da el şənliklərində oxuyurdum). Mənə “niyə bu sənətin dalınca düşmürsən”-dedi. İranda sizdə olan kimi musiqi məktəbləri, koservatoriya yoxdur-dedim, Bakıda da qalmağa yerim. O mənə təklif etdi ki, Bakida mənim evim var orada qalarsan, sen get qoy, seni bizimkilər dinləsinlər. Bu minvalla Bakıya gəldim və Arif Babayevi tapdım. O məni dinləyəndən sonra -“sən hazır xanəndəsən ki, konservatoriyaya qəbul vaxtı gəl”-dedi. Bir şeyi də deyim ki, mən İran sərhəddindən Azərbaycan Astarasına keçəndə hansı hissləri yaşadığımı təsəvvür edə bilməzsiniz. Əyilib anamın xatırələrindən dinlədiyim, həsrətini çəkdiyim torpağı öpüb sevincdən ağlamışam. O taydakılar üçün bura həsrətdir, yanğıdır, sevgidir...

- Sizə qədər burada - konservatoriyada Cənubi Azərbaycandan təhsil alan yox idi? Və 2-c i Mugam televiziya müsabiqəsində iştirak etməyiniz necə oldu?

-Məndən öncə konservatoriyada oxuyan bir oğlan, bir də qız var idi, mən 3-cüyəm. Müsabiqə elan ediləndə onlara dedim, siz də iştirak edin. Amma nədənsə çəkindilər. Mən isə artıq püxtələşmiş yaşda idim, ona görə də “niyə də iştirak etməyim”- dedim öz-özümə. Müsabiqədə ilk cıxışımı isə ölənəcən unutmayacağam. Mənim adım elan ediləndə gəlib oturdum və bir anlıq təxminən 15-20 saniyə özümü itirdim. Harada olduğümü unutdum. İlahi, bu necə ola bilər, dedim. Bu salonda oturanların nəinki üzünü görmək, səsini eşitmək bir yana, lent yazılarını tapmaq üçün İranda qapı-qapı gəzmişəm mən. İndi bu korifeylər, ustadların hamısı bir yerdə yığışıb məni dinləyəcəklər. Yəni mənim üçün bundan böyük xöşbəxtlik ola bilməzdi. O həyəcanla oxumağa necə başladığımı bir Allah bilir.

-Muğam ilahi bir musiqidir. Onun “Rast”ında ilk insan Adəm babamızın cənnət naləsi, “Şur”unda sevgi, “Segah”ında üç məqamlı həzinlik, şirinlik, “Şüştər”ində kövrəklik, “Çahargah”ında dörd məqamı özündə ehtiva edən qüdrət var. “Bayatı-Şiraz”ı dərin təsirliliyi və axıcılığı ilə “ musiqinin gəlini”nə, “Humayun”u isə “cənnət quşu” nəğməsinə bənzədilir. Muğamı bilməsək də bir ayaqdan o biri ayağa keçilən həssas məqamlarda yol verilən bir yanlışlıq qulaqlara çatır və daldığın o aləmdən qopapır, sanki. Belə anlar olubmu və iki dəqiqə əvvəl sizi alqışlayan tamaşaçılar o məqamda nə dərəcədə amansız olurlar?

-Muğam ifaçılığına məncə səs lazımdır, ancaq kifayət deyil, baxmayaraq ki, ən önəmli amil səsdir ancaq səsdən başqa neçə amil də lazımdır. Onlardan ritm, yəni ölçü ki , özlüyündə vergi kimi dəyərləndirilir, güclü musiqi duyumu, güclü eşitmə qabiliyyəti(slux), klassik şerləri bilmək və onun musiqisilə muğamın musiqisini uyğunlaşdırmaq və ən əsası güclü yaddaş (hafizə) olmalıdır. Musuqi alətlərindən fərqli olaraq xanəndə muğamdan- muğama keçid üçün güclü hafizəyə malik olmalıdır yəni bilməlidir hansı muğamı ifa edir və hara keçmək istəyir ki, eliyə bilsin, qayıdıb başladığı yerdə bitirsin. Buna da sənətkarlar arasında ustadlıq deyilir(mürəkkəbxanlıq) təbii ki,hər hansı xanəndə bunu bacara bilməsə tamaşaçı və dinləyici tərəfindən əks reaksiya görür. Şükür olsun mən bu halla indiyə kimi rastlaşmamışam...

-Ta qədimdən bu günə muğam özu hekayətlər dastanı olduğu kimi, onun ifaçıları ilə də bağlı müxtəlif rəvayətlər var. Sizin belə rəvayət olunacaq bir xatirəniz varmı? Özünüzlə bağlı olan və ya olmayan.

-Rəvayətlər çoxdur böyük ustad və ifaçılardan məsələn eşitdiyimə görə böyük xanəndəmiz Cabbar Qaryağdıoğlu,Şəkili Ələsgər Allahın rəhmətinə gedəndə çox möhkəm ağlayır ətrafda olanlar bu böyük xanəndəni sakitləşdirməyə çalışırlar ancaq o,deyir siz sanmayın mən Ələsgərə ağlayıram,mən “Rahab” muğamına ağlayıram ki,onunla qəbir evinə getdi. Bəlkə mənim də irəlidə belə bir hekayəm olacaq. Amma bir dəfə Baki kəndlərinin birində toyda idim. Ağsaqqal bir kişi qarşımda durub diqqətlə mənə baxırdı. Təxminən 20 dəqiqə bu məni ayaq ustə dinlədi. Mugam bitəndən sonra gözləri dolmuş halda mənə yaxınlaşdı,” yəqin bu kişi niyə belə diqqətlə mənə baxir?”-deyə düşündünüz.O dedi: oğlum, sən məni Arif Babayevin gəncliyinə qaytardın. Özun, səsin eynən onu xatırlatdı mənə”. Təbii ki, mən bir az da olmuş olsa o ustada bənzəyirəmsə, bu mənim üçün böyük xoşbəxtlikdir.

-O taydakı muğam ifası ilə bu taydakı ifa arasında fərq var. Siz ifanızda ondan da bundan da istifadə etdiyiniz məqam olubmu, ya buna bir istək duyubsunuzmu?

-O tay dediyinizdə əgər Azərbaycan şəhərlərini nəzərdə tutursuzsa demək olar ki, son 100 ildə musiqini onlar, Şimalı Azərbaycandan dinləyib eşidiblər. Ancaq əgər fars musiqisini nəzərdə tutursuzsa, demək olar kök eynidir, ancaq fars musiqisində olan yarım pərdələr (vaxtıyla Azərbaycanda da bu pərdələr istifadə olunurmuş) Azərbaycan musiqisindən göstərilən təziqlərə görə Üzeyir Hacıbəyli tərəfindən 6-sı açılıb, yəni İran tarında 28 pərdə, Azərbaycan tarında isə 22 pərdə mövcuddur ki,buda ortada olan fərqə gətirib çıxarır. Ancaq bəzi muğamlar məsələn Humayun, Bayatı qacar, Zəminxara, Dəşti, Şuştər, tərkib və s. muğamlarda o pərdələr çox tələb olunur və mən də çalışıram onları ifa edəm.

-Təbriz və Baki. Hansı oxşar və fərqli hisslər yaşadır bu səhnələr sizə?

-Hər ikisi mənim üçün doğmadır. Ancaq Təbriz və təbrizlilərin həsrət yanğısı və musiqidən azacıq kənar qalmaları məni kövrəldir. Mən onların nümayəndəsi olduğum üçün, təbiidir ki,mənim üçünTəbrizdə qurulan səhnələr daha təsirli, daha maraqlı olur. Mən buna sevinirəm ki,onlar mənimlə özlərini şimala daha yaxın hiss edirlər. Yəni mənim burda bir xanəndə kimi parlayıb ərsəyə gəlməyim mənəvi körpüləri gücləndirib.

-Səsinizin ananızdan gəldiyini demisiniz müsahibələrinizin birində. Mən o müsahibədən xəbərsiz siz oxuyanda “bunun bir tərəfi ağdamlıdır”- deyə düşünmüşdüm. Siz də səsinizin dögrudanmı bu, torpağın, suyun ana sudu ilə sizə keçirdiyi nemət olduğu fikrindəsiniz?

-Bəli, həqiqətəndə belədir, yəni Qarabağ səslər beşiyi və bizim musiqimizin ocağı və konservatoriyasıdır. Mənim anamın da ordan olması bu səsi mənə pay vermişdir. Anamın özünün də çox gözəl səsi olub. Bizim uşaq yaşlarımızda o xüsusi şənliklərdə oxuyardı və mən bunun şahidi olmuşam. Səs gendən keçən bir nemətdir.

-Muğam ifaçılarına baxanda tam ayrı dünyanın adamlarını görürəm. Məni hər zaman bir sual düşündürüb. Bu insanlarda müsbət keyfiyyətlərin olması muğamlamı bağlıdır? Ifaçılığa başladıqdan sonra təbii, muğamın rəndələmədikləri də olmamış deyil.

-Muğamı ilahinin bəşərə göndərdiyi nəva kimi qəbul edirlər və bu həqiqətən də belədir. Necə ki, “Qurani Kərim”ə heç kim bir cümlə artırıb və ya xud azalda bilmir, muğamıda heç kim nə artıra bilir nə azalda bilir. Bu subut edir ki, həqiqətən də ilahinin bizə bəxş etdiyi bir nemətdir. O üzdən bu səslərin içində olan insanlara da onun mənəviyyət və saflığı təsir göstərir və belə insanları nümunəvi olaraq qoruyub saxlayır və onlarda müsbət və insanı keyfiyyətlər formalaşdırır. Amma muğam oxuyub, onun rəndələyə bilmədiklərini də gördüm, nə yaziq ki. Ey kaş belələrini tanımasaydım və səsinə, ifasına və onlara olan sevgimə təəssüf qatmasaydı...

-Yanmadan yandırmaq olmaz! Sizin ruhunuza yaxın olan muğam hansıdır?

-Muğamların hamısnın ayrılıqda öz gözəllikləri var. Siz yuxarıda qeyd etdiyiniz kimi hərəsi bir məqama və insanı hisslərin bir anına dəlalət edir. Lakin mən “Humayun” muğamını özümə daha yaxın bilirəm. Onun dünyasında olan səslərə özümü sanki möhtac görürəm.

-İfaçı olmaqla yanaşı həm də dinləyicisiniz. Ötən ilki müsabiqədə iştirakçıları alqışlayırdınız. Onların arasıda ifasını ən çox bəyəndiyiniz biri və ya biriləri kimlərdir?


-Bu müsabiqə də bizim müsabiqə kimi çox geniş xalq sevgisi qazandı orda olan uşaqlar çox istedadlı və bacarıqlı idilər Səbinə, Mirələm, Nigar Şabanova, Kamilə öz ifalarıyla mənə çox xoş təsir bağışladılar.

-Siz də səfərlərdə olursunuz. Qürbət bəzən özünün soyuq, sərt üzü ilə insanların içində olan Vətən sevgisini, həsrətini, nisgilini güclu bir təkanla vurub çixaran yerdir. Azərbaycanda “kəndçu-kundçu” musiqisi kimi anlaşılan və gənclərin bir çoxunun dinləmədiyi xalq musiqimizə burada aclıq var. Onların sevgisi də sıradan bir sevgi deyil. Repertuar seçəndə Vətəndən kənarda yaşayanların ruhunun sarı simini tərpədəcək fərqli bir şeylər seçməyi nəzərə alırsınızmı? Çünki nə qədər doğma torpaqda olsanız da, Azərbaycan bir növ yenə də qürbət sayılır Sizin üçün, məncə?

-Məncə,hər ifaçı seçdiyi repertuarla tanınır yəni yadda qalır təbii ki,hər xanəndə öz səsinə düşən mahnı və muğamı ifa etməlidir.Mən həmişə çalışıram keçmişdə olan və indi az-az ifa olunan mahnılarımızı ifa edəm yəni yaşlı və orta yaşlı nəslin yaşayıb, xatirələri olan mahnıları ki, cavanlarada xatirə yaratsın.Təbii ki,mahnıların gözəl ifa olunması və güclü təsiri qurbətdə olanlarada çox təsir göstərir. Və mən də bunu nəzərə alıram.

-Yeni bir musiqi albomunuz işiq üzü görüb. Orada hansı mahnılar toplanıb?

-Yeri dam üstə, Heydərbaba,Canıma qəsd eliyən, Deyin hardadır, Dəşti təsnifi, Aldandın şöhrətə, Sənin eşqin edibdi, Ölürəm ay ceyran bala,Telli.

-Insanlar muxtəlif məclislədrə yazılan lent yazılarına daha çox maraqlıdırlar. Fikrimcə, bu, aranjiman olunandan daha çox, texnikanın redaktəsindən keçməyərək orijinal səs dinləmək istəyindən gələndir. Buna münasibətiniz?


Hər şeyin orjinalı daha maraqlı və gözəldir ifa da orjinal olan da dinləyici də daha gözəl təsürat yardır. Məndə bir neçə ifanı el şənliklərindən yazmışam.

-Yeni səs olaraq rubrikamızın ilk qonağısınız. Yəni “Yeni Səs” də muğam ifaçısı olaraq yeni səssiniz. Saytımızın oxucularına istəkləriniz?

-“Yeni səs”ə uzun ömür bəhrəli həyat arzu edirəm. Ümumiyyətlə biz azərbaycanlıların borcudur ki, milli-mənəvi dəyərlərimizi harada yaşadığımızdan asılı olmayaraq təbliğ edib dünya auditoriyasına çıxardaq. Ümid edirəm ki, sizin bu dəyərli addımınız bu cəhətdə bizlərə və bütün xalqımıza faydalı və bəhrəli olacaq. Sizə öz dərin minnətdarlığımı bildirirəm ki, birinci qonaq məni seçmisiniz. Bütün oxuculara can sağlığı və dərin Azərbaycan sevgisi diləyirəm.

TÜNZALƏ VƏLİQIZI




Baxış: 3086 | Bölmə: Müsahibə
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru