Deputalığa namizəd İbrahim Xəlil Balayoğulları  vəd vermir-istəklərinizə körpü ola bilərəm -deyir- VİDEO
"Mənim varlığım bütün türk varlığına ərməğan olsun! ", "Mən türk dünyasında qardaşlarımın ayaqları altındakı körpüyəm, birləşmək üçün mənim üstümdən keçin"-deyir.



Medvedevin yeni vəzifəsi-Təhlükəsizlik şurasında  müavin
Bu gün Rusiya höküməti nazirlər kabinetinin tam tərkibdə istefa verdiyini alan edən Dmitri Medvedevə ölkə başçısı Təhlükəszilik Şurası sədrinin müavini vəzifəsini tutmağı və müdafiə və təhlükəsizlik mövzularını həll etməyi təklif edib. Prezident Vladimir Putin onu da izah edib ki, , yeni vəzifə üçün qanuna düzəlişlər etmək lazımdırsa, bu ediləcək.

Federasiya Şurası beynəlxalq komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov RİA Novosti-yə bildirib ki, əslində Medvedevə vitse-prezident vəzifəsi təklif olunub. Senator "dövlət başçısının Təhlükəsizlik Şurasının sədri olduğunu nəzərə alaraq bunun ən yüksək vəzifə olduğunu"- deyib.

"Bu çox şərəfli və vacib bir təyinatdır". Cabarov onu da qeyd edib ki, Medvedev təcrübəli siyasətçidir və "özünün qazandığı böyük təcrübəsini yeni vəzifəsində tətbiq edə biləcək".

YENİSES.RU
Rusiyada nazirlər kabineti istefa etdi
Baş nazir Dmitri Medvedev prezident Vladimir Putinə bütün hökumətin istefa etdiyini bildirib.

Bu, dövlət başçısının Federal Məclisə müraciəti zamanı Konstitusiyaya bir sıra əsaslı dəyişikliklər olacağı açıqlamasından sonra baş verib. Medvedevə görə, bu islahatlar ölkədə güc balansını dəyişdirəcək.

"İcra, qanunverici və məhkəmə hakimiyyəti. Bu konterksdə biz hökumət olaraq, ölkə başçısına lazım olan bütün qərarlar qəbul etmək imkanı verməliyik"- deyə o, qeyd edib.

Buna cavab olaraq Putin hökumət üzvlərinə birlikdə çalışdıqlarına görə təşəkkür edib, lakin onu da vurğulayıb ki, "hər şey bitmədi". O, yaxın vaxtlarda nazirlərin hər biri ilə ayrı-ayrılıqda görüş keçirəcəyinə söz verib.

Prezident, həmçinin hökumətdən yeni tərkib formalaşana qədər vəzifəsini davam etdirməyi istəyib.

Prezidentin Dövlət Dumasındakı səlahiyyətli nümayəndəsi Harry Minh RİA Novosti-yə açıqlamasında əgər hökumətin istefası əvvəldən hazırlanmış bir prosesdirsə, o zaman yeni Nazirlər Kabinetinin formalaşdırılmasının uzun çəkməyəcəyini söyləyib.

"Unutmayın ki, prezident seçkiləri keçirildi - hökumət istefa verdi və əslində ertəsi gün yeni kabinet formalaşdı"-deyə xatırladıb.


YENİSES.RU



Bu gün Şırvan Kərimovun ad günüdür
Bu gün günlərdən o gün! Hardasa dünyanın kiçik bir guşəsində böyük bir insan doğulur, Ve... Ssenariləşmiş həyatlardan fərqli bir yol vardı qarşısında...Doğulduğu o kiçik yer bir gün əlçatmaz olacaq desəydilər...

Rəssam olsam Sizin portretinizi Göy Qurşağı olaraq çəkərdim. Ya da Səhər Şəfəqi, yox bəlkə də Üfüqdən boylanıb Aya əl edən Günəş. Ya da tablonu ağ buraxardım. Hər kəsə bir toxunmuşluğunuz var, qoy onlar çəksinler... Rəssam deyiləm. Amma sözlə tablonuzu çəkməkdə dilim kasıb deyil də, sadəcə Siz çox Varlıqlısınız! Nə yaxşı doğulmusunuz!

Fərqli doğulmaq alın yazısıdır. Amma Fərq yaratmaq fərdidir. Sizin dostunuz, bacınız olmaq xoşbəxtlikdir. Doğum gününüz mübarək olsun, Şirvan Kərimov!!!

Tünzalə Vəliqızı

VİDEO
Rusiyada qara çörək bahalanacaq
Aqrar sənaye sferasının mütəxəssisləri qara çörəyin bahlanacağı proqnozunu verirlər. Onları belə düşünməyə vadar edən ötən il covdar məhsulunun və ehtiyatının az olmasıdır. Bu haqda Yenises.ru RİA Novosti-yə istinadən xəbər verib.
Kiyev İranda  Boeing təyyarəsinin  bilərəkdən vurulduğu fikrindədir

İran 3 gün keçdikdən sonra Ukrayna təyyarəsnin səhvən raketlə vurulduğunu etiraf etdi. Ukrayna tərəfi isə bu qəzanın düşünülmüş olduğu qənaətindədir. Təyyarənin vurulması ilə bağlı açılmış İstintaq axtarış işinin də istiqaməti dəyişdirilidi.

Bu haqda Telegram kanalda yayımlanan mesajda bildirilir.


İran raketlə layneri səhvən vurduğunu etiraf etdikdən sonra Ukrayna Baş Prokurorluğu qəzanın araşdırılması ilə bağlı olan maddəni dəyişdirib.

Ukrayna Baş Prokurorluğu İrandan PS752 reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin araşdırılması maddəsini dəyişdirib. . Bu barədə Ukraynanın nəzarət orqanının Telegram kanalında yayımlanan mesajda deyilir.

"İstintaq Cinayət Məcəlləsinin iki və ya daha çox insanın qəsdən öldürülməsinə və təyyarənin məhv edilməsinə görə məsuliyyəti nəzərdə tutan maddələrə əsasən davam etdiriləcək" deyə məlumat verilib.

Əvvəlcə, təyyarənin əqzaya uğraması faktı ilə Ukraynada "Hərəkətin təhlükəsizliyi qaydalarının pozulması və ya insanların ölümü ilə nəticələnən hava nəqliyyatının istismarı" maddəsi ilə cinayət işi açılmışdı

Xəbərdə, həmçinin, Ukrayna Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsinin bu işi araşdıracağı bildirilib.


Yanvarın 11-də, laynerin qəzasından üç gün sonra, İran hakimiyyəti Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-nin səhvən raketlə vurulduğunu etiraf etdi. İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandiri Əmir Əli Hacızadənin izah etdiyi kimi, hava hücumundan müdafiə sistemi operatoru Tehran hava limanından uçan təyyarəni qanadlı raketi kimi təsbit edib. Rabitə əlaqəsi kəsilməsi səbəbindən operator komandanlığa hesabat vermədən müstəqil olaraq laynerin vurulmasına qərar verib. İran prezidenti bunu "bağışlanmaz bir səhv" adlandırıb.


YENİSES.RU
Putin Liviyada rus muzdlularının ola biləcəyini dedi

Liviyadakı ÇVK Vagner-in muzdluları ilə bağlı sualı cavablandırıb. Vladimir Putin və Angela Merkelin Moskvadakı danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında Liviyada vətəndaş müharibəsi, hətta Vagnerin muzdluları məsələsi də qaldırıldı.

Rusiya Prezidenti Vladimir Putin Liviyada hərbi əməliyyatlarda iştirak edən rusların ola biləcəyini, lakin onların Rusiyanın maraqlarını təmsil etmədiklərini bildirib. Beləliklə, ijurnalistlərin dövlət başçısıı Liviyada ÇVK Vagnerin muzdlu muzdluların olduğunu təsdiqləyə bilərmi-sualına cavabını prezident belə cavablandırıb.

"Əgər (Liviyada - RBC) Rusiya vətəndaşı varsa, onlar Rusiya dövlətinin maraqlarını təmsil etmirlər" deyə Putin söyləyib. . Həniçinin onlar "Rusiya dövlətindən pul almırlar" deyə əlavə edib.


YENİSES.RU
CNN: Ukrayna təyyarəsi iki raketlə vurulub
ABŞ kəşfiyyatı yanvarın 8-də Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsinin bir yox, iki İranın hava hücumundan müdafiə raketi ilə vurulduğunu düşünür. Bu barədə CNN bu informasiyadan x'b'ri olan Amerika administrasiyasının işçilərinə istinadən məlumat verib.

ABŞ Konqressi Trampın İranla bağlı  hərbi səlahiyyətini məhdudlaşdırdı

Amerika Konqressi nümayəndələr palatası Trampın İran siyasətinə qarşı qqətnamə imzalayıb.

ABŞ Konqressi nümayəndələr palatası Amerika prezidenti Donald Trampın qanunvericilərin icazəsi olmadan İranla müharibə aparması ilə bağlı hərbi səlahiyyətlərini məhdudlaşıdran qətnaməni qəbul ediblər.

Yenises.ru-nun TASS agentliyinə istinadən verdiyi xəbərə görə sənədi 224 koqressmen dəstəkləyib, 194-ü isə əleyhinə çıxıb.

Qətnamə həmçinin ABŞ senatına göndərilib.

Bundan əvvəl Amerika Konqressi nümayəndələr palatasının spikeri Nensi Pelosi bəyan etdmişdi ki, konqressmenlər ABŞ vətəndaşlarını qoruma öhdəliyini yerinə yetirməlidirlər.

Xatırladaq ki, yanvarın 3-ü gecəsi Bağdad aeroportu yaxınlığında İram İslam İnqilabı Keşikçiləri korpusunun generalı Qasım Süleymani ABŞ -ın raketl hücumu nəticəsində öldürülmüşdü.

Yanvarın 8-də Tehran Süleymaninin qətlinə görə qisas əməliyyatı elan etmiş və İrakdakı iki Amerika bazasına raket zərbəsi endirmişdi.

YENİSES.RU


Qasım Süleymaninin qızı ABŞ-ı hədələdi
Öldürülən iranlı general Qasım Süleymaninin qızı Zeynab atasının dəfn mərasimində ABŞ və İsrailə bu qətlin sonucunun ağır olacağı xəbərdarlığını edib.

"Axmaq Trump, düşünmə ki, atamın ölümü ilə bağlı hər şey bitdi" -deyə Zeynəb bildirib.
Tanınmış vəkil Əziz Qəmbərovun namizədliyi qeydə alındı
2020-ci il fevral ayının 9-da Milli Məclisə növbədənkənar keçiriləcək seçkilərlə bağlı deputatlığa namizədlərin qeydiyyata alınması mərhələsi davam edir.

Əslən Kəlbəcərdən olan tanınmış vəkil Əziz Qənbərov 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Əziz Qənbərovun namizədliyi Dairə Seçki Komissiyası tərəfindən təsdiqlənib. BU haqda vəkil özü məlumat verib. .

Qeyd edək ki, Əziz Qənbərov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. O, həmçinin "Qarabağa Qayıdış" İctimai Birliyinin təsisçisidir.


Yenises.ru


Marşal Xəlifə Haftar Liviyada cihad və ümumi səfərbərlik elan etdi

Türkiyə parlamentinin Liviyaya hərbi qüvvə göndərilməsinə icazə verməsi barrikadanın o biri tərəfində olan Liviya Mlli Ordusunun komandiri, marşal Həlifə Haftardan cavab reaksiyası gəldi. Xəlifəni Liviyada qadınlar da daxil olmaqa, əli silah tutan hər kəsə silah veriləcəyini bildirdi. O, xarici qoşunlarla qarşıdurma və ümumi səfərbərlik və elan etdi.

Liviyalılara ünvanladığı videomüraciətdə hərbi lider ölkənin cihad elan etdiyini söylədi. RİA Novosti xəbər verir ki, silah hamıya - hərbi və mülki şəxslərə, kişilərə və qadınlara veriləcək.

Bundan əvvəl Tripoli hökuməti Liviyanın paytaxtına Xəlifə Haftar qüvvələrinin hücum edəcəyi təqdirdə Türkiyədən hərbi yardım istəmişdi. Söhbət hücumu dəf etmək üçün "hava, quru və dəniz" hərbi yardımdan gedir.

Xatırladaq ki, Türkiyə parlamenti yanvarın 2-də səs çoxluğu ilə Liviyaya türk hərbçiləri göndərməyə razılıq verib.

Yenises.ru
Türkiyə parlamenti Liviyaya hərbi qüvvə göndərməyə izn verdi

Liviyadan Türkiyəyə dəstək göndərilməsi lehinə 325, əleyhinə isə 184 millət vəkili səs verib. Birinci etapda türk hərbi mütəxəssisləri liviyalı döyüşçülərə təlim keçəcəklər. Əməliyyata qatılanların sayını prezident müəyyənləşdirəcək və bu məsələyə yanvar ayında baxacağı bildirilir.

Türkiyə parlamentariləri ordu qüvvələrinin Liviyaya göndərilməsini nəzərdə tutan qanun layihəsini təsdiqlədiyi barədə NTV kanalı məlumat yayıb.

Səsvermədə iştirak edən 509 deputatdan 184-ü qanun layuhəsinin əleyhinə, 325-i isə lehinə səs verib.. Birinci mərhələdə Liviya döyüşçülərini yetişdirmək üçün hərbi mütəxəssislərin göndərilməsindən söhbət gedir. Qanun layihəsində türk ordusunun Liviyaya bir illik göndəriləcəyi nəzərdə tutulur. Əməliyyata qatılanların sayını prezident təyin edəcək.

Yenises.ru
Araz Ağalarov  rus təqaüdçülərinin yoxsulluğuna işarə etdi
Rus və azərbaycanlı iş adamı, "Crocus Group" un prezidenti və sahibi Araz Ağalarov rusların aşağı pensiya və maaş aldıqlarını söylədi. Onun sözlərinə görə, buna görə ölkədə ÜDM (Ümumi daxili məhsul) artmayacaq.

Əhalinin gəlirləri indi çox aşağıdır və əhalinin gəlirlərinin artması olmadan ÜDM-in artması mümkün deyil. Forbes milyarderə istinadən bildirir ki, bu gün ölkədə orta pensiya 200 dollar civarındadır, bəzilərininki daha azdır, orta əmək haqqı da aşağıdır.

Ağalarov onu da qeyd edib ki, ölkədə istehsal çiçəklənə bilməz, çünki insanların istehsal olunan mallar və xidmətlər almaq üçün pulları yoxdur. O, onu da əlavə edib ki, vergilər çox yüksəkdir və azaldılmalıdır.

Yeтises.ru
Hollandiya Niderland oldu- I Pyotr səhvən Hollandiya dediyi üçünmü?
I Pyotrun səhvən Hollandiya adlandırdığı ölkə Niderland olaraq rəsmiləşdirildi. Adın dəyişdirilməsinin tarixi səhvin düzəldilməsi yönündən edilməsi versiyalardan biridir, amma əsası deyil...
İbrahim Xəlil Balayoğulları 114 saylı Şəki seçki dairəsindən deputatlığa namzidəliyini irəli sürüb - VİDEO

“Varlığım millətimə, Türk birliyinə ərməğan olsun!”

Türk dünyasının tanınmış ziyalısı, tarixçi alim, hüquqşünas İbrahim Xəlil Balayoğulları 9 fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Milli Məclsinin növbədənkənar seçkilərində iştirakına qərar verməsi haqqında facebook səhifəsində paylaşdığı xəbəri bu sözlərlə bitir.
Keçmiş Moskva meri Yuri Lujkov vəfat edib
RİA Novostinin verdiyi məlumata görə keçmiş Moskva meri Yuri Lujkov ömrünün 84-cü ilində vəfat edib.

Bu məlumatı Sergey Sobyanin bu informasiyanı təsdiqləyib. “Mən çox təəssüf edirəm ki, postsovet dövründə Moskvaya rəhbərlik edən və paytaxtmız üçün çöx işlər görən enerjili, həyat dolu bir adam itidirk. Doğmalraına və yaxınlaırna başsağlığı verirəm”-deyə özünün twitter səhifəsində yazıb.

Y
Яшар Сулейманлы--МЕДОВЫЙ МЕСЯЦ
Опустошив бутылку до последней капли, он, прищурившись, долго смотрел на пустую бутылку, и бросил её в море, волны которого нежно ласкали ему ноги.
Стояла поздняя ночь, и отражение луны окутало всё вокруг странным, желтоватым светом. На фоне этого света его тень создавала ощущение какого-то невиданного явления. Глядя со стороны, невозможно было бы распознать в его силуэте человека или животного.
Tarix : 23-05-2012, 18:23
Saleh Xudiyev:  Azərbaycan efirində  müsbət yöndə yenilik görmürəm.
İlkinliyə imza atıb yarıda buraxmaq. Onun fəaliyyətini həndəsi bir xətlə cızmaq istəsək hiperbola əyrisi kimi qəribə bir şey alınar. Başlanan xətt yüksəkliyə doğru hesablansa da zaman-zaman enmə və qalxmalar muşahidə edilir və hədəfə yaxınlaşdıqda qəfildən böşluğa düşmüş kimi bir anlıq itir...
Bəlkə efir tezliyindəki dalğaya bənzər sənət yolu elə bundan qaynaqlanır. İşıqlar sönür, kölgələr itir və siqnal səsi. Sonra növbəti günə səsləyən sükunət.

Moskvada ilk etnik televiziya olan “İnteraz” –ın rəhbəri Saleh Xudiyevlə söhbətimizə elə bu məqamdan başladıq.
-Fəaliyyətinizə nəzər salanda, hər zaman bir ilkə imza atıb, sonra yarıda qoyduğunuz muşahidə edilir.Birdən uzaqlaşırsınız, niyə?

Mənim yaradıcılığında ilk iştirak etdiyim şirkət ANS –dir. Vahid Naxış, Seyfulla Mustafayev, Həmid Herisçı –hansı ki, o zaman bu uşaqlar ayrı-ayrı yerlərdə işləyirdilər, onlarla bir araya gəlıb ANS-in teleşirkət kimi formalaşmasında birbaşa xidmətim olub.
Sonra “Mir” dövlətlərarası teleşirkəti yarandı ki, mən ora dəvət aldım və getdim.
Ikinci layihəm İnter Azərbaycan-Turkiyə birgə muəssisəsi oldu. Amma o, ölü bir layihə kimi qaldı, baxmayaraq ki, hər bir sənədləşməsi hazır idi. Sonra Rəsul Raufla “Sara” teleşirkətini yaratdıq. Mənim oradan getməyimə səbəb ictimai-siyasi proeseslərə fərqli baxişlarımizin olması, anlaşa bilməməyimizdi. O yanlış yolla gedirdi. Efiri siyasiləşdirmək kimi təhlükəli yola girmişdi və mən də təbii, bununla razılaşa bilməzdim.

-Bəlkə o, daha demokratik yanaşırdı?

-Xeyr, o zaman üçün bayaq dediyim kimi, efirdən istifadə edib insanları təhlükəli yola çəkirdi.
Qayıdım bayaqkı söhbətimin davamına. “İnteraz”-la Moskvadakı fəaliyyətim 2000-ci ildən başladı. 12 il bir yol keçib bu televiziya. Bu yolda həm fiziki, həm də maddi itkilər vermişik. Bizə qarşı təsirlər,təzyiqlər olub, Vuqar Şükürov kimi jurnalistimizin qəzaya düşməsi, yerləşdiyimiz ofisdən çıxarılmamız- bunlar hamısı bir təsadüfə bağlı deyildi. Bu gün də geriyə baxıb o əziyyətləri xatırlamaq mənim üçün ağırdır. Bəlkə ona görə televiziyanın nəzarət paketinin bir hissəsini satdım. Amma "İnterAz"-ın prezidenti kimi buranı buraxıb getməmişəm. İndi istərsəniz sualınızdakı kimi buna yarı yol deyin...

-Rəhbərlik etdiyiniz bu teleşirkətdə siyasi verilişlərin ilk canlı efirinin apacısı kimi burada demokratik abu -havanı hiss emişəm. Demokratik ruhlu , baxişlı, içində demokratiya qaynayan bir insan necə olur da, müşahidəçı kimi qalmağı özünə rəva görür?

-Səmimi deyim, yorulmuşam. Bəlkə də bu televiziyanı tamamilə satıb gedə bilərəm. Amma illərlə qurub yaratdığım şirkətdən ayrılmaq, imtina etmək çətindir.

-Sizi yaxşı bir televiziya mütəxəssisi kimi tanıyıram. Yəqin ki, Azərbaycan televiziyalarını izləyirsiniz. Bu günkü Azərbaycan efiri sizi qane edirmi?

- Onu deyim ki, Azərbaycan televiziyalarını son zamanlar az izləyirəm. Ümumilikdə götürdükdə Azərbaycan efiri məni qane etmir. Deyin niyə? Azərbaycan teleşirkətlərinin hamısının bir məqsədi var. Nə olur-olsun, öz iqtisadi gəlirlərini artırsınlar. Onların efirində gedən verilişlərin demək olar ki, əksər faizi ona hesablanır ki, hansı tipli verilişlərdən çox gəlir götürə bilərlər. Sms-li yarışlar, ucuz şoular və o verilişlərdə insanların efirdən “Mənə sms göndərin” müraciətlərini görəndə ürəyim ağrıyır. Elə verilişlər adamı yorur və pultun düyməsini basıb kanalı dəyişməyə məcbur olursan.

-Sizi qane etməyən hallar olanda telefonu əlinizə alıb , efirə zəng edib etirazınızı bildirmisinizmi?

-Təbii ki, əsəbləşib zəng etmək istəmişəm. Amma, nə yalan deyim, bunu etməmişəm. Çünki etsəm də nə dəyişəcək ki? Bayaq dediyim kimi, pul qazanmaq üçün reytinq gətirən sms-li verilişlər lazımlıdır. İlk dəfə Spase televiziyasında start götürən Muğam musabiqəsi də sms-lə idi. H.Əliyev Fondu onu öz üzərinə götürüb, buna son qoydu. Muğamımızı dünyaya tanıtdırmaq və hər il yeni-yeni ifaçıları ortaya şıxartmaq yolunda M.Əliyevanın atdığı addımı alqışlayıram. Mugam bizim milli sərvətimiz, milli irsimizdir. Onu o xanım qoruduğu üçün ona minnətdaram!

-Mentalitetimizə uyğun olmayan, məişət ampluasında olan mövzuların efirə gətirilməsinə necə baxırsınız? Bir növ məhəlli, qeybət tipli olan şouları və o sıradan olan verilişləri nəzərdə tuturam, təbii ki.

-Mən yaşlı nəslin nümayəndəsiyəm. Sovetlər İttifaqının tərbiyə etdiyi bir şəxsəm. Mənim dövrumdə belə şeylərin efirdə görulməsini təsəvvür eləmək mumkun deyildi . Ona görə də sualınıza istər-istəməz birmənalı cavab verəcəm. Bu qətiyyən məni qane eləmir ! Aldigim təhsil, gördiyum efir indi fəaliyyətdə olan efirdən tamamilə fərqlənirdi.

-Siz bunu yaş və dunyagörüşü ilə bağlayırsınız?

-Təkcə onunla yox. Mən bunu yeni gənc nəslin tərbiyəsi ilə bağlayıram. Azərbaycanda şou proqramların müəyyən mənada siz qeyd etdyiniz kimi, qeybət xarakterli verilişlərin olmasını qəbul etmirəm. İstnələn yaşda olan adam uçun bunu məsləhət görmurəm. Bunların verilməsi formalaşmaqda olan gənclərin beynini zəhərlənməkdir. Müstəqil və iqtisadi dirçəlişdə olan dövlətdə buna munasibətim mənfidir. Necə razi ola bilərik. Azərbaycan Respublikasında belə efir siyasəti yürüdülməsinə imkan verirlər. Hansısa gəlir xatirinə belə şeylərə rəvac verirlər.

-Amma tələb təklifdən doğur. Tamaşaçı elə verilişə daha çox baxır.

-Elə bədbəxtilyimiz də ondadır. Nitqi, mədəniyyəti efirə yaraşmayanlar, özlərini efirdə reklam edənləri ictimaiyyət yaxşı qarşılayır. Gənc nəsil də ekrana daha yaxın oturub o səviyyəsiz veriliş və onun aparıcısına daha çox bağlanır.

-Saleh müəllim, efirimizdə əcnəbi dildə seriallar, filmlər nümayiş olunmasına qadağa qoydular. Amma məni məsələnin digər tərəfi maraqlandırır. Bir tərəfdən dilimizin təəssübkeşi kimi çıxış edir, digər tərəfdən “pinti” danışıqlı aparıcıların dilimizi zibilləməsinə izin veririk. Özgəyə qadağan, özümüzünkünə meydan sulaya bildiyincə sula...

- Siz çox məntiqli dediniz. Dövlət boynuna duşən imkandan istifadə edir, dilimizin qorunmasına çalışır. Amma dövlətdə elə bir struktur yoxdur ki, ona nəzarət etsin.

-Bəs Mətbuat şurası?

-Mətbuat şurasının buna mudaxilə eləmək səlahiyyəti yoxdur. O bunu efirin rəhbərliyinə deyə bilr. Bu da o rəhbərlərin və ya orada işləyən məsulların vicdanına qalır. O ki qaldı, nitq mədəniyyətinə, ondan danışacaq qədər özümü mutəxəssis saymıram. Amma fikrimi deyim ki, efirdəki danışıqlarla bağlı bəzi ifadələr mənə çatmır. Məsələn; deyirlər “İlk öncə” və ya “Bir mahnı gəlsin”. Bunu “əvvəlcə”, “Bir mahnı səslənsin” kimi demək olmazmı. Necə yəni, mahnı gəlsin, mahnının ayağı var gəlsin?! Mahnı səslənər də. Mən bunu o aparıcının söz ehtiyatının olmaması ilə bağlayıram. Həm də indi efirə çıxmaq üçün müəyyən şərtlər var.

-O şərtlər nədir?

-Özünü tanitmaq istəyən bəzi müğənillər var ki, o şərtlərə əməl edirlər. Özunu reklam edən şəxslər sms yarışmaları olan verilişlərə gedirlər. Atasının -anasının son qəpiyini əlindən alıb, qapının mal- heyvanını satir, pul verir ki, efirdə qalsin. Efirdə qalmaq onun uçun bu sərfəlidir. Çünki bilir ki, efirdə tanınacaq və sonra hər yerə dəvət olunacaq və qazanacq. Bu artiq realliqdir.

-Hal-hazırda efirdəki proqramların səviyyəsini nec qiymətləndirərdiniz?

-Kafi. Onalrın içində yaxşı olanları da var. İctimai Tv və AzTv-də tariximiz, irsimizlə bağlı yaxşı verilişlər olur və onlara baxıram. Amma ümumilikdə Azərbaycan efirinin 80 faizini şou verilişlər təşkil edir. Onlar da professional səviyyədə olsa nə var ki? O proqramların baxımlı olması üçün ilk növbədə peşəkar və savadlı insanlar tapmaq lazımdır. Ildə BDU-dən nə qədər jurnalist məzun olur. Amma televiziyaya işə götürəndə heç bir musabiqə olmur. Işçilər tanışlıq və digər paramertlərlə işə götürülürlər. Mən heç şübhə etmirəm ki, çoxlu istedadlı adamlar kənarda qalır, istənilən adam ya zənglə, ya da birinin qohumudur deyə işə qəbul edilir. Mənə də elə adamlar xahiş edib ki, sözünü yerə sala bilməmişəm, amma o işçini efirə də buraxmamışam. İndilik, Azərbaycan efirində müsbət yöndə yenilik görmürəm.

-Çıxış yolu nədədir? Yenə birinci adamımı gözləməliyik o nə isə desin, sonra “təəssübkeşlər” danışsın?

-Bax, görünür bunu elə birinci adam deməlidir. Onun bir sözu ilə hər şey dəyişə bilər və o adam adını tarixə qizil hərflərlə yaza bilər.

Tünzalə Vəliqızı
Yenises.ru




Baxış: 3073 | Bölmə: Müsahibə
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru