Erməni müxalifətçiləri Paşinyanın baş nazir olmasını istəyirlər
Nikol Paşinyanın baş nazir olması üçün 13 səs çatmır. Onun başçılıq etdiyi "Elk" fraksiyası və "Sarukyan" bloku parlamentdə 40 mandata sahibdir.

"Elk" müxalifət fraksiyası Ermənistanın baş nazir postuna öz başçıları və etiraz hərəkatının rəhbəri Nikol Paşinyanın namizədliyini irəli sürüblər.
Etirazçılar Serj Sarqsyanı istefaya göndərdilər
Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarssyan istefa verdiyini elan edib.

S. Sarqsyan hökümətinin mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, o, son günlər Yerevanda etiraz aksiyası keçirənlər də daxil olmaqla bütün vətəndaşlara "axırınıcı dəfə" müraciət edib.
TƏCİLİ-Tver vilayətində yardıma möhtac 4 uşaqlı azərbaycanlı ailənin ANASI vəfat etdi
Bir müddət əvvəl Tverdə yaşayan çoxuşaqlı azərbaycanlı ailəsinin maddi durumunun acınacaqlı və yardıma ehtiyacı olduğu haqda məlumat vermişdik. Bu xahişlə redaksiyamıza bu ailəni tanıyan və uzun zamandır yardım edən bir türk dostu müraciət etmişdi. Saytımızda gedən xəbərdə o da deyirdi ki, Elman Babayevin həyat yoldaşı Nataşa ağır xəstəlikdən əziyyət çəkir və Moskva xəstəxanalarının birində müalicə olunur. Bu gün soydaşımızın xanımı müalicə olunduğu xəstəxanada vəfat edib.
Rusiyada Facebook qapadıla bilər
Telegramdan sonra Facebook ... Rusiyada Facebook qapadıla bilər... Roskomnadzor: "indidən təşvişə düşməyin"- deyir. Bu hələlik bir ehtimaldır...

Roskomnadzor: (Rabitə, Informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsinə nəzarət üzrə federal xidməti) Facebook-u qapada bilər. Bunu idarənin rəhbəri Aleksandr Jarov "İzvestiya" qəzetinə müsahibəsində deyib. "Əgər Facebook sosial şəbəkəsi Rusiya qanunvericiliyinin tələblərinə tabe olmazsa, o zaman qapadıla bilər".
Başqırdıstan məktəbində olay-yeniyetmə sinif yoldaşlarını bıçaqla yaraladı, sinfə od vurdu
Başqırdıstanın Sterlitamak şəhərində əqli qüsurlu şagirdlərdən ibarət -korreksiya sinfində oxuyan 17 yaşlı yeniyetmə şagirdləri və müəllimi bıçaqla yaralayıb və sonra yanğın törədib.
Merkel yaxında Putinlə görüşəcəyini  anons etdi
Almaniyanın kansleri Angela Merkel jurnalistlərə yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini bəyan edib. Lakin hələ tarix müəyyən olunmayıb.
MQİMO-nun tələbəsi  Dağıstanın sabiq baş nazirinin oğluna görə intihara cəhd etdiyi düşünülür
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) 21 yaşlı tələbəsinin intihara cəhdi etməsi ilə bağlı Dağıstanın sabiq baş naziri Muxtar Məcidovun 22 yaşlı oğlu Murtuzəli istintaq tərəfindən sorğuya çağırılıb. Müstəntiqlər tələbə qızı intihar etmə dərəcəsinə onun çatdırdığını düşünürlər.

Amerikanın Rusiyaya qarşı sanksiya "hücumu" davam edir
Ağ Evdən məlumat veriblər ki, tezliklə Rusiyaya qarşı əlavə sanksiya tətbiq ediləcək.
Yerevanda polislə nümayişçilər arasındakı qarşıdurmada 46 adam xəsarət alıb
Yerevanda polislərlə nümayişçilər araşında baş verən qarşıdurmada 46 adam zədə alaraq xəstəxnaya yerləşdirilib. Bu haqda İnterfaks Ermənistanın Səhiyyə nazirliyinin məlumatına istinadən xəbər yayıb.

O da qeyd eolunur ki, xəsarət alanlardan 6-sı polisdir.
ФНКА АзерРос приглашает на Шестой Вечер русско-азербайджанской поэзии
В Москве, Есенин-центре, 28 апреля, 18-00 час. состоится традиционный Вечер русско-азербайджанской поэзии «Поэзия без границ» с участием известных русских и азербайджанских поэтов России и Азербайджана.
Ruslan Əliyev: “Azərbaycan Krasnoyarsk iqtisadi forum kimi nüfuzlu meydançalarda daha da fəal iştirakda maraqlıdır”
Artıq 15-ci dəfə keçirilən Krasnoyarsk iqtisadi forumu (KİF) bu günlərdə öz işini tamamlayıb və bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev iştirak edib. Bu barədə Rusiya azərbaycanlılarının vahid informasiya portalı AzRu.org xəbər verir.
Akif Əhmədgil  - Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm
(Çanaqqala savaşının 100 illiyinə)

Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm.
Sinən üstə yazıldı qəhrəmanlıq dastanı.
Bilirəm bağışlamaz tökülən şəhid qanı –
O dastanı unutdum...
Məhkəmə Rusiyada Telegramın təcili bağlanmasına qərar verib
Telegram blok edildi. İstifadəçilərin şifrə açarını FSB-yə verəndən sonra blok qaldırıla bilər. Durov isə buna qəti etiraz edir. Məhkəmə isə bunu dövlətin və vətəndaşın təhlükəsizliyinə zərbə kimi dəyərləndirir.

Rusiyada   yoxlamalardan  sonra 15 ticarət mərkəzi bağlanıb

Kemerovoda baş verən yanğından sonra bütün Rusiyada kütləvi şəkildə yoxlamalara başlanb və 15 ticarət mərkəzində qayda pozulması aşkar edildiynə görə onlar qapadılıb. Bu barədə "Qovorit Moskva" radiostansiyasının efirindən Baş prokurorluğun rəsmi nümayəndəsi aleksandr Kurennoy bildirib.
Tramp Putini Ağ evə dəvət edib
Martın 20-də baş tutan telefon danışığı zamanı Donald Tramp Valdimir Putini ikitərəfli görüş üçün Vaşinqtona dəvət etmişdi. Bu haqda brifinqdə RF prezidentinin yardımçşısı Yuriy Uşakov danışıb.

Zirəddin Rzayev: Məhərrəm Quliyevin həbsi sifarişlidir- Eksklüziv -VİDEO
Moskvadakı tanınmış azərbaycanlı iş adamı Məhərrəm Quliyevin həbs olunması xəbəri gündəmə bomba kimi düşüb. Saytlar həmyerlimizin hüquq mühafizə orqanları tərəfindən həbs edilməsi anı qeyd edilmiş video materala istinadən onun bu vəziyyətdə tutulmasını - diz çökdürüldüyünü “Pokrov Məhərrəm “belə tutuldu””- başlığıyla manşet edib.
Peskov Putinin Kemerovoya getməsi xəbərini təkzib etdi

Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov "Vedomosti"-yə ölkə başçısının Kemerovoya getmə xəbərinin yalan olduğunu deyib. "Hələ yox. Bu doğru deyil"-deyə nəşrin bu barədə sualı ilə bağlı cavab verib.
Putin Kemerovoya getdi
Rusiya prezidentinin təyyarəsi Kemerova hava limanına enib.

Məlumatda qısaca bildirilir ki, dövlət başçısının təyyarəsi faciəli hadisənin baş verdiyi şəhərə enib.

"Vladimir Putinin təyyarəsi Kemerovada eniş edib"-deyə xəbərdə deyilir.

Bundan əvvəl KİV Valdimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə istinadən məlumat vermişdi ki, ölkə başçısı 64 nəfərin ölümü ilə nəticələn yanğın yerinə baş çəkməyi qərara alib.

Yenises.ru
Tarix : 27-05-2012, 18:53
Bakı  “Avroviziya”sının  Moskva sədası

Bir həftə boyunca rastalşığımız hər kəsin söhbət mövzusu olan bu müsabiqə günləri qəddimizi bir az dik tutub, yerişimizə bir az ədamı qatdıq?! Bizə qiyqacı baxanların dəyişən baxışlarını hiss etmək bir ayri duyğudur. Moskvada yaşayan azərbaycalılardan biri “İnter -advokat” vəkillər kollegiyasının sədri Namiq Əzimova da zarafatla bu gunlər “küçə sizə dar gəlmirmi” dedim. Yaxşı anlamda “deyəsən gəlir” deyə zarafatla cavab verdi. Və beləcə söhbətə başladıq. Daha doğrusu mən sual verdim, o danışdı.
[i][/i]
-Azərbaycanda Avroviziya müsabiqəsi keçirildi və artıq o bir tarixə döndu. 57-ci dəfə keçirilən bu müsabiqə başqa ölkələrdə keçirilən müsabiqələrdən nə ilə fərqləndi və uzun müddət nəylə yadda qalacaq?

-Bəli, “Avroviziya” müsabiqəsi artıq tarixə döndü. Bu muüsabiqə ilk növbədə yüksək səviyyədə təşkil olunması ilə yadda qalacaq. Bunu təkcə biz azərbaycanlılar yox, “Avroviziya”-nın iştirakçıları, Bakının qonaqları da böyük məmnuniyyətlə qeyd edirlər. Mənfi qiymət verənlər varsa, onlar Azərbaycanı, onun xalqını istəməyən şəxslərdir.

-Müsabiqə vaxti ölkədə müxalifətin piket və mitinq keçirtmək cəhdi nə dərəcədə doğru idi?

-Müxalifət də Bakıda keçirilən möhtəşəm tədbirdən istifadə edib sözünü dünya ictimaiyyətinə çatdırmaq istıyirdi. Bunu nə dədrəvədə düzgün olub-olmamasına qiymət vermək biraz çətindir. Amma belə piketlər Bakıda olan Avvropa ölkələrinin nümayəndələri üçün adi haldır. Onlar öz ölkələrində belə hallarla az qala hər gün qarşılaşırlar.

-“Avroviziya”-nın Bakıda keçirilməsinin bizə nə verdiyi hələ sonra bilinəcək, amma bu gün üçün nə gətirdi?

-Bu müsabiqənin Azərbaycanda keçirilməsi respublikanın imicini bir daha qaldırdı. Təsəvvür edin ki, bəlkə də bu müsabiqəyə qədər çox ölkələrdə Azərbaycanın, Bakının harada yerləşdiyini bilmirdilər. Müsabiqə keçirilən dövrdə dünya ölkələrinin bir çoxunda "Azərbaycan", "Bakı" sözləri dəfələrlə səslənir. Dünya ictimaiyyətinin Azərbaycana olan marağı bir az da artır. Bakıda olan qonaqlar bir azdan öz ölkələrinə dönəcəklər. Onların hamısı xalqımızın istisini öz ölkələrinə aparacaqlar. Xarici vətəndaşlar xalqımızın nə qədər qonaqpərvər, istiqanlı olmasından danışacaqlar. Bakımızın gözəlliyi qonaqları valeh etmişdir. Xaricilərin bir çoxları verdiyi müsahibələrində yenidən Bakıya gələcəklərindən danışırlar.

-“Bu bizə lazımdırmı?”- deyənlər də vardı, amma..

- Keçən il Azərbaycan Almaniyada qalib gələndə biz dostlarımla bütün gecəni yatmadıq. Azərbaycan bayrağı ilə Moskvanın kücələrində gəzdik. Biz azərbaycanlıar həmin gecə Moskvanın ən xoşbəxt adamları idik. Azərbaycanlıların hərəkətlərini həmişə birmənalı qəbul etməyən yerli əhali də bizim sevincimizə şərik oldular. Həmin gecə yadıma 1990-cı ilin Bakı faciəsi düşdü. 21 yanvarda biz Moskva azərbaycanlıları səfirliyimizin qabağından Ostankino televiziya qülləsinə qədər piyada gedib, orada mitinq keçirtdik, Bakıda olan hadisələrə etirazımızı bildirdik. Həmin dövrdə yerli əhali biz azərbaycanlıları pis qəbul edirdi, onların çoxu Bakı hadisələrində məhz bizim xalqın günahkar oldugunu deyirdilər. O zaman bizim səsimizə heş kim səs vermədi. Indi Azərbaycanın beynəlxalq arenadakı müvəffəqiyyətinə qibtə ilə baxsalar da, dünyanın bir çox ölkələrində Azərbaycanı, azərbaycanlıları qəbul edirlər. Belə beynəlxalq miqyaslı hadisələr bizə qarşı müsbət rəy formalaşdırır. Mən ilk gündən bu müsabiqənin Bakıda keçirilməsinin bizim xalqa lazım olduğunu söyləmişəm. Xalqımızın belə qələbə sevinclərinə ehtiyacı var. Belə qələbələr həmişə qələbələrə səsləyir. Ona görə də təkrar edirəm. Bizə “Avroviziya” lazım idi. Ölkənin imici qalxdıqca ona maraq da artır. Bu hadisədən sonra ölkəmizə gələn turistlərin sayı qat-qat artacaq, ölkəyə xarici sərmayələr qoyulacaq. Bunalrın hamısı əlavə iş yerləri deməkdir. Ölkəmiz həm də beynəlxalq müsabiqələri keçirtmə bacarığını bu müsabiqə ilə göstərdi .

-Vətəndən kənarda olanlar, üzümüzə “gəlmə” kimi baxanların bu müsabiqə zamanı və sonrası rəyində dəyişiklik hiss edirsinizmi, hal-hazırda.

-Əlbəttə dəyişikliklər hiss olunur və bundan sonra da az da olsa hiss olunacaq. Bizi qəbul edib hörmət edənlərin sayı xarici ölkələrdə bir az da çox olacaq. Bu biz Azərbaycanlılar üçün vacibdir.

Şöhbətləşdi: Tünzalə Vəliqızı




Baxış: 1645 | Bölmə: Müsahibə
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru