Deputalığa namizəd İbrahim Xəlil Balayoğulları  vəd vermir-istəklərinizə körpü ola bilərəm -deyir- VİDEO
"Mənim varlığım bütün türk varlığına ərməğan olsun! ", "Mən türk dünyasında qardaşlarımın ayaqları altındakı körpüyəm, birləşmək üçün mənim üstümdən keçin"-deyir.



Medvedevin yeni vəzifəsi-Təhlükəsizlik şurasında  müavin
Bu gün Rusiya höküməti nazirlər kabinetinin tam tərkibdə istefa verdiyini alan edən Dmitri Medvedevə ölkə başçısı Təhlükəszilik Şurası sədrinin müavini vəzifəsini tutmağı və müdafiə və təhlükəsizlik mövzularını həll etməyi təklif edib. Prezident Vladimir Putin onu da izah edib ki, , yeni vəzifə üçün qanuna düzəlişlər etmək lazımdırsa, bu ediləcək.

Federasiya Şurası beynəlxalq komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov RİA Novosti-yə bildirib ki, əslində Medvedevə vitse-prezident vəzifəsi təklif olunub. Senator "dövlət başçısının Təhlükəsizlik Şurasının sədri olduğunu nəzərə alaraq bunun ən yüksək vəzifə olduğunu"- deyib.

"Bu çox şərəfli və vacib bir təyinatdır". Cabarov onu da qeyd edib ki, Medvedev təcrübəli siyasətçidir və "özünün qazandığı böyük təcrübəsini yeni vəzifəsində tətbiq edə biləcək".

YENİSES.RU
Rusiyada nazirlər kabineti istefa etdi
Baş nazir Dmitri Medvedev prezident Vladimir Putinə bütün hökumətin istefa etdiyini bildirib.

Bu, dövlət başçısının Federal Məclisə müraciəti zamanı Konstitusiyaya bir sıra əsaslı dəyişikliklər olacağı açıqlamasından sonra baş verib. Medvedevə görə, bu islahatlar ölkədə güc balansını dəyişdirəcək.

"İcra, qanunverici və məhkəmə hakimiyyəti. Bu konterksdə biz hökumət olaraq, ölkə başçısına lazım olan bütün qərarlar qəbul etmək imkanı verməliyik"- deyə o, qeyd edib.

Buna cavab olaraq Putin hökumət üzvlərinə birlikdə çalışdıqlarına görə təşəkkür edib, lakin onu da vurğulayıb ki, "hər şey bitmədi". O, yaxın vaxtlarda nazirlərin hər biri ilə ayrı-ayrılıqda görüş keçirəcəyinə söz verib.

Prezident, həmçinin hökumətdən yeni tərkib formalaşana qədər vəzifəsini davam etdirməyi istəyib.

Prezidentin Dövlət Dumasındakı səlahiyyətli nümayəndəsi Harry Minh RİA Novosti-yə açıqlamasında əgər hökumətin istefası əvvəldən hazırlanmış bir prosesdirsə, o zaman yeni Nazirlər Kabinetinin formalaşdırılmasının uzun çəkməyəcəyini söyləyib.

"Unutmayın ki, prezident seçkiləri keçirildi - hökumət istefa verdi və əslində ertəsi gün yeni kabinet formalaşdı"-deyə xatırladıb.


YENİSES.RU



Bu gün Şırvan Kərimovun ad günüdür
Bu gün günlərdən o gün! Hardasa dünyanın kiçik bir guşəsində böyük bir insan doğulur, Ve... Ssenariləşmiş həyatlardan fərqli bir yol vardı qarşısında...Doğulduğu o kiçik yer bir gün əlçatmaz olacaq desəydilər...

Rəssam olsam Sizin portretinizi Göy Qurşağı olaraq çəkərdim. Ya da Səhər Şəfəqi, yox bəlkə də Üfüqdən boylanıb Aya əl edən Günəş. Ya da tablonu ağ buraxardım. Hər kəsə bir toxunmuşluğunuz var, qoy onlar çəksinler... Rəssam deyiləm. Amma sözlə tablonuzu çəkməkdə dilim kasıb deyil də, sadəcə Siz çox Varlıqlısınız! Nə yaxşı doğulmusunuz!

Fərqli doğulmaq alın yazısıdır. Amma Fərq yaratmaq fərdidir. Sizin dostunuz, bacınız olmaq xoşbəxtlikdir. Doğum gününüz mübarək olsun, Şirvan Kərimov!!!

Tünzalə Vəliqızı

VİDEO
Rusiyada qara çörək bahalanacaq
Aqrar sənaye sferasının mütəxəssisləri qara çörəyin bahlanacağı proqnozunu verirlər. Onları belə düşünməyə vadar edən ötən il covdar məhsulunun və ehtiyatının az olmasıdır. Bu haqda Yenises.ru RİA Novosti-yə istinadən xəbər verib.
Kiyev İranda  Boeing təyyarəsinin  bilərəkdən vurulduğu fikrindədir

İran 3 gün keçdikdən sonra Ukrayna təyyarəsnin səhvən raketlə vurulduğunu etiraf etdi. Ukrayna tərəfi isə bu qəzanın düşünülmüş olduğu qənaətindədir. Təyyarənin vurulması ilə bağlı açılmış İstintaq axtarış işinin də istiqaməti dəyişdirilidi.

Bu haqda Telegram kanalda yayımlanan mesajda bildirilir.


İran raketlə layneri səhvən vurduğunu etiraf etdikdən sonra Ukrayna Baş Prokurorluğu qəzanın araşdırılması ilə bağlı olan maddəni dəyişdirib.

Ukrayna Baş Prokurorluğu İrandan PS752 reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin araşdırılması maddəsini dəyişdirib. . Bu barədə Ukraynanın nəzarət orqanının Telegram kanalında yayımlanan mesajda deyilir.

"İstintaq Cinayət Məcəlləsinin iki və ya daha çox insanın qəsdən öldürülməsinə və təyyarənin məhv edilməsinə görə məsuliyyəti nəzərdə tutan maddələrə əsasən davam etdiriləcək" deyə məlumat verilib.

Əvvəlcə, təyyarənin əqzaya uğraması faktı ilə Ukraynada "Hərəkətin təhlükəsizliyi qaydalarının pozulması və ya insanların ölümü ilə nəticələnən hava nəqliyyatının istismarı" maddəsi ilə cinayət işi açılmışdı

Xəbərdə, həmçinin, Ukrayna Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsinin bu işi araşdıracağı bildirilib.


Yanvarın 11-də, laynerin qəzasından üç gün sonra, İran hakimiyyəti Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-nin səhvən raketlə vurulduğunu etiraf etdi. İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandiri Əmir Əli Hacızadənin izah etdiyi kimi, hava hücumundan müdafiə sistemi operatoru Tehran hava limanından uçan təyyarəni qanadlı raketi kimi təsbit edib. Rabitə əlaqəsi kəsilməsi səbəbindən operator komandanlığa hesabat vermədən müstəqil olaraq laynerin vurulmasına qərar verib. İran prezidenti bunu "bağışlanmaz bir səhv" adlandırıb.


YENİSES.RU
Putin Liviyada rus muzdlularının ola biləcəyini dedi

Liviyadakı ÇVK Vagner-in muzdluları ilə bağlı sualı cavablandırıb. Vladimir Putin və Angela Merkelin Moskvadakı danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında Liviyada vətəndaş müharibəsi, hətta Vagnerin muzdluları məsələsi də qaldırıldı.

Rusiya Prezidenti Vladimir Putin Liviyada hərbi əməliyyatlarda iştirak edən rusların ola biləcəyini, lakin onların Rusiyanın maraqlarını təmsil etmədiklərini bildirib. Beləliklə, ijurnalistlərin dövlət başçısıı Liviyada ÇVK Vagnerin muzdlu muzdluların olduğunu təsdiqləyə bilərmi-sualına cavabını prezident belə cavablandırıb.

"Əgər (Liviyada - RBC) Rusiya vətəndaşı varsa, onlar Rusiya dövlətinin maraqlarını təmsil etmirlər" deyə Putin söyləyib. . Həniçinin onlar "Rusiya dövlətindən pul almırlar" deyə əlavə edib.


YENİSES.RU
CNN: Ukrayna təyyarəsi iki raketlə vurulub
ABŞ kəşfiyyatı yanvarın 8-də Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsinin bir yox, iki İranın hava hücumundan müdafiə raketi ilə vurulduğunu düşünür. Bu barədə CNN bu informasiyadan x'b'ri olan Amerika administrasiyasının işçilərinə istinadən məlumat verib.

ABŞ Konqressi Trampın İranla bağlı  hərbi səlahiyyətini məhdudlaşdırdı

Amerika Konqressi nümayəndələr palatası Trampın İran siyasətinə qarşı qqətnamə imzalayıb.

ABŞ Konqressi nümayəndələr palatası Amerika prezidenti Donald Trampın qanunvericilərin icazəsi olmadan İranla müharibə aparması ilə bağlı hərbi səlahiyyətlərini məhdudlaşıdran qətnaməni qəbul ediblər.

Yenises.ru-nun TASS agentliyinə istinadən verdiyi xəbərə görə sənədi 224 koqressmen dəstəkləyib, 194-ü isə əleyhinə çıxıb.

Qətnamə həmçinin ABŞ senatına göndərilib.

Bundan əvvəl Amerika Konqressi nümayəndələr palatasının spikeri Nensi Pelosi bəyan etdmişdi ki, konqressmenlər ABŞ vətəndaşlarını qoruma öhdəliyini yerinə yetirməlidirlər.

Xatırladaq ki, yanvarın 3-ü gecəsi Bağdad aeroportu yaxınlığında İram İslam İnqilabı Keşikçiləri korpusunun generalı Qasım Süleymani ABŞ -ın raketl hücumu nəticəsində öldürülmüşdü.

Yanvarın 8-də Tehran Süleymaninin qətlinə görə qisas əməliyyatı elan etmiş və İrakdakı iki Amerika bazasına raket zərbəsi endirmişdi.

YENİSES.RU


Qasım Süleymaninin qızı ABŞ-ı hədələdi
Öldürülən iranlı general Qasım Süleymaninin qızı Zeynab atasının dəfn mərasimində ABŞ və İsrailə bu qətlin sonucunun ağır olacağı xəbərdarlığını edib.

"Axmaq Trump, düşünmə ki, atamın ölümü ilə bağlı hər şey bitdi" -deyə Zeynəb bildirib.
Tanınmış vəkil Əziz Qəmbərovun namizədliyi qeydə alındı
2020-ci il fevral ayının 9-da Milli Məclisə növbədənkənar keçiriləcək seçkilərlə bağlı deputatlığa namizədlərin qeydiyyata alınması mərhələsi davam edir.

Əslən Kəlbəcərdən olan tanınmış vəkil Əziz Qənbərov 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Əziz Qənbərovun namizədliyi Dairə Seçki Komissiyası tərəfindən təsdiqlənib. BU haqda vəkil özü məlumat verib. .

Qeyd edək ki, Əziz Qənbərov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. O, həmçinin "Qarabağa Qayıdış" İctimai Birliyinin təsisçisidir.


Yenises.ru


Marşal Xəlifə Haftar Liviyada cihad və ümumi səfərbərlik elan etdi

Türkiyə parlamentinin Liviyaya hərbi qüvvə göndərilməsinə icazə verməsi barrikadanın o biri tərəfində olan Liviya Mlli Ordusunun komandiri, marşal Həlifə Haftardan cavab reaksiyası gəldi. Xəlifəni Liviyada qadınlar da daxil olmaqa, əli silah tutan hər kəsə silah veriləcəyini bildirdi. O, xarici qoşunlarla qarşıdurma və ümumi səfərbərlik və elan etdi.

Liviyalılara ünvanladığı videomüraciətdə hərbi lider ölkənin cihad elan etdiyini söylədi. RİA Novosti xəbər verir ki, silah hamıya - hərbi və mülki şəxslərə, kişilərə və qadınlara veriləcək.

Bundan əvvəl Tripoli hökuməti Liviyanın paytaxtına Xəlifə Haftar qüvvələrinin hücum edəcəyi təqdirdə Türkiyədən hərbi yardım istəmişdi. Söhbət hücumu dəf etmək üçün "hava, quru və dəniz" hərbi yardımdan gedir.

Xatırladaq ki, Türkiyə parlamenti yanvarın 2-də səs çoxluğu ilə Liviyaya türk hərbçiləri göndərməyə razılıq verib.

Yenises.ru
Türkiyə parlamenti Liviyaya hərbi qüvvə göndərməyə izn verdi

Liviyadan Türkiyəyə dəstək göndərilməsi lehinə 325, əleyhinə isə 184 millət vəkili səs verib. Birinci etapda türk hərbi mütəxəssisləri liviyalı döyüşçülərə təlim keçəcəklər. Əməliyyata qatılanların sayını prezident müəyyənləşdirəcək və bu məsələyə yanvar ayında baxacağı bildirilir.

Türkiyə parlamentariləri ordu qüvvələrinin Liviyaya göndərilməsini nəzərdə tutan qanun layihəsini təsdiqlədiyi barədə NTV kanalı məlumat yayıb.

Səsvermədə iştirak edən 509 deputatdan 184-ü qanun layuhəsinin əleyhinə, 325-i isə lehinə səs verib.. Birinci mərhələdə Liviya döyüşçülərini yetişdirmək üçün hərbi mütəxəssislərin göndərilməsindən söhbət gedir. Qanun layihəsində türk ordusunun Liviyaya bir illik göndəriləcəyi nəzərdə tutulur. Əməliyyata qatılanların sayını prezident təyin edəcək.

Yenises.ru
Araz Ağalarov  rus təqaüdçülərinin yoxsulluğuna işarə etdi
Rus və azərbaycanlı iş adamı, "Crocus Group" un prezidenti və sahibi Araz Ağalarov rusların aşağı pensiya və maaş aldıqlarını söylədi. Onun sözlərinə görə, buna görə ölkədə ÜDM (Ümumi daxili məhsul) artmayacaq.

Əhalinin gəlirləri indi çox aşağıdır və əhalinin gəlirlərinin artması olmadan ÜDM-in artması mümkün deyil. Forbes milyarderə istinadən bildirir ki, bu gün ölkədə orta pensiya 200 dollar civarındadır, bəzilərininki daha azdır, orta əmək haqqı da aşağıdır.

Ağalarov onu da qeyd edib ki, ölkədə istehsal çiçəklənə bilməz, çünki insanların istehsal olunan mallar və xidmətlər almaq üçün pulları yoxdur. O, onu da əlavə edib ki, vergilər çox yüksəkdir və azaldılmalıdır.

Yeтises.ru
Hollandiya Niderland oldu- I Pyotr səhvən Hollandiya dediyi üçünmü?
I Pyotrun səhvən Hollandiya adlandırdığı ölkə Niderland olaraq rəsmiləşdirildi. Adın dəyişdirilməsinin tarixi səhvin düzəldilməsi yönündən edilməsi versiyalardan biridir, amma əsası deyil...
İbrahim Xəlil Balayoğulları 114 saylı Şəki seçki dairəsindən deputatlığa namzidəliyini irəli sürüb - VİDEO

“Varlığım millətimə, Türk birliyinə ərməğan olsun!”

Türk dünyasının tanınmış ziyalısı, tarixçi alim, hüquqşünas İbrahim Xəlil Balayoğulları 9 fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Milli Məclsinin növbədənkənar seçkilərində iştirakına qərar verməsi haqqında facebook səhifəsində paylaşdığı xəbəri bu sözlərlə bitir.
Keçmiş Moskva meri Yuri Lujkov vəfat edib
RİA Novostinin verdiyi məlumata görə keçmiş Moskva meri Yuri Lujkov ömrünün 84-cü ilində vəfat edib.

Bu məlumatı Sergey Sobyanin bu informasiyanı təsdiqləyib. “Mən çox təəssüf edirəm ki, postsovet dövründə Moskvaya rəhbərlik edən və paytaxtmız üçün çöx işlər görən enerjili, həyat dolu bir adam itidirk. Doğmalraına və yaxınlaırna başsağlığı verirəm”-deyə özünün twitter səhifəsində yazıb.

Y
Яшар Сулейманлы--МЕДОВЫЙ МЕСЯЦ
Опустошив бутылку до последней капли, он, прищурившись, долго смотрел на пустую бутылку, и бросил её в море, волны которого нежно ласкали ему ноги.
Стояла поздняя ночь, и отражение луны окутало всё вокруг странным, желтоватым светом. На фоне этого света его тень создавала ощущение какого-то невиданного явления. Глядя со стороны, невозможно было бы распознать в его силуэте человека или животного.
Tarix : 18-01-2013, 12:48
Afaq ŞIXLI:  "Ədəbiyyat olmasaydı, dostlar, həmkarlar olmasaydı yəqin ki, qürbət həyatı daha da dözülməz olardı"
Müsahibimiz Moskvada yaşayan tanınmış şairə Rusiya və Avrasiya Yazarlar birliyinin üzvü Afaq Şixlıdır.

- Salam, Afaq xanım. Bir az özünüz haqda danışa bilərsinizmi?


- Mən 1969-cu il iyun ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. Ailədə 5 uşaq olmuşuq, ən kiçiyi mənəm. Körpəliyimdən, övladı olmayan bibimin evində böyümüşəm. Bibim isə çox savadlı dil-ədəbiyyat müəlliməsi idi. Uşaq bağçasına getməkdən imtina etdiyim üçün, məni həmişə özüylə məktəbə aparmalı olurdu. 4 yaşında olarkən artıq oxumağı, yazmağı, saymağı, hətta vurma cədvəlini belə bilirdim. Evimizin yanında yeni məktəb tikilirdi. 1984-cü ildə məktəb açılanda mənim 5 yaşım tamam olmuşdu və mən təkidlə məktəbə getmək istədiyimi bildirdim. Komissiya heyəti məni sorğu-sual etdikdən sonra birinci sinfə getməyimə heç bir etiraz etmədilər. Beləliklə, mən beş yaşından şagird oldum. O zaman belə hallar Azərbaycanda çox az idi. Məktəbimizə tez-tez televiziyadan gəlir və məni danışdırırdılar. 15 yaşında olarkən 12 saylı orta məktəbi qızıl medalla və 15 saylı musiqi məktəbini əla qiymətlərlə bitirdim və elə həmin il N. Nərimanov adına Azərbaycan Dövlər Tibb universitetinin müalicə-profilaktika fakültəsinə daxil oldum. Respublikada ən gənc ikinci həkim mən idim (Bir nəfər də məndən bir il öncə daxil olmuş 14 yaşlı həkim oğlan vardı). 1990-cı ildən Moskvaya köçənədək 8 saylı Birləşmiş Şəhər xəstəxanasında həkim-terapevt işlədim.

Ədəbiyyat, musiqi və rəssamlıqla da məşğul oluram. Ən çox sevdiyim isə psixologiyadır.
Evliyəm, iki övladım var. Oğlum Moskva Texniki universitetinin ikinci kurs tələbəsidir. Qızım Nilufər MDDU-nin aspirantı, həm də MDU-nin jurnalistika fakültəsinin tələbəsidir. Mənim yolumu davam etdirir (ədəbiyyatı nəzərdə tuturam), gözəl şeirləri, hekayələri, povestləri var.

- Ədəbi karyeranızı necə başlamısınız? Ümumiyyətlə şeir yazmağa nə zamandan meyl etmisiniz?

- Şeir yazmağa 8 yaşlarımdan başlamışam. Əvvəllər Göyərçin jurnalında və məktəb divar qəzetlərində dərc olunurdum. Sonralar məktəbimizdə yaradılmış Gənc Şairlər dərnəyinin rəhbəri oldum. Universitet illərində ədəbiyyata əvvəlki kimi çox zaman ayıra bilmirdim. Bəlkə də məni əsil şair edən Vətəndən uzaqlarda yaşamağım oldu. Vətən həsrəti bütün şeirlərimin canına hopub sanki.

Uzun illərdir Azərbaycanda, Rusiyada, Türkmənistanda, hətta son illərdə Almaniyada və Türkiyədə şeirlərim və hekayələrim müxtəlif qəzet və jurnallarda nəşr olunur. Bir neçə şeir və hekayələr toplusunun müəllifiyəm. Bu günlərdə daha iki kitabım “ Ömrümün beşinci fəsli” (az-ca) və “Dostlarım, mənə də bahar göndərin” (türkcə) nəşr olunur.
Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, “Luç” assosiasiyasının, Avrasiya və Rusiya Yazarlar Birliklərinin, Moskva Şəhriyar Ədəbi Mədəni Cəmiyyətlərinin və Azərbaycan Məhsəti Şairələr məclisinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvüyəm.

– Şeirlərinizin böyük əksəriyyəti məhəbbətə həsr olunub. Bu qədər romantik ruhu necə qoruyub saxlaya bilirsiniz?

- Bəli, şeirlərimin böyük əksəriyyəti məhəbbətə həsr olunub. Məhəbbətdən yazmamaq olarmı? Bütün dünya yalnız bu müqəddəs hissə görə (blaqodarya) hələ də vardır. İnsanı insanlıqdan uzaqlaşmağa qoymayan, ədaləti, insafı, vicdanı daima ayaqda saxlayan hissdir – məhəbbət.

Hər birimizin içində daima bir uşaq, bir gənc yaşayır. Neçə yaşın olur olsun - hər zaman sevilməyə ehtiyac duyursan. Ən çox sa yaradıcı insanlar...

Sevildiyini bilmək, ümidlərini itirməmək yaşadır insanı. Elə bir canlı yoxdur ki, onun ürəyində kiməsə də az da olsa məhəbbət hissi olmamış olsun. Azərbaycan dilində məhəbbət sözünün bir neçə sinonimi vardır. Bu bizim xalqın sevgisevər ( lyubviobilnıy) olduğundan xəbər verir.

– Ədəbiyyatı və ev işlərini necə birləşdirə bilirsiniz? İki uşaq anası və gözəl ev xanımı, həm də həkim - yaradıcılıq üçün necə vaxt tapır? Axı poeziya xüsusi əhval-ruhiyyə tələb edir...

- Mən heç zaman şeir yazmaq xatirinə masa arxasına keçməmişəm. Şeir özü məni əlimə qələm almağa vadar edib. Hansı stildə yazılacağını da gələn misralar özü seçib hər zaman – qoşmadırmı, rübaidirmi, sərbəst şeirdirmi...
Həyat yoldaşım çox ədəbiyyatsevər insandır. Mənim yaradıcılığımı da çox sevir və izləyir. Evdə mənə kitablarım üzərində işləməyə hər çür şərait yaradıb. O məni həm maddi, həm də mənəvi dəstəkləyir.

- Sevdiyiniz yazıçı, şair, rəssam kimlərdir? Adlarını çəkə bilərsinizmi?

- Sevimdiyim yazıçı, şair və rəssamlar var əlbəttə. Klassiklərin adını sadalamaq istəmirəm. Çünki onları onsuz da əksəriyyət sevir və tanıyır.

Müasirlərimi desəm, kiminsə adını deyib, kiminsə xətrinə dəymək istəməzdim. Amma yenə də, mənə mənəvi yaxın olan insanlardan bir neçəsini sadalayacam: Azərbaycandan gözəl şairlər Nəriman Həsənzadə, Musa Yaqub, Elman Tovuz, Türkiyədə Məmməd İsmayıl, Əli Ağbaş, yazıçı-tərcüməçi İmdat Avşar, Moskvada rəssam Əsgər məmmədov, yazıçı Çingiz Hüseynov, məşhur alim Tofiq Məlikli, şairlər İlham Bədəlbəyli, Nəsib Nəbioğlu, Əşrəf hüseynli, Sultan Mərzili, Mixail Sinelnikov, Evqeniy Çiqrin... və s...

– Afaq xanım, sizin fikrinizcə, bu gün müasir qadının cəmiyyətin ictimai və siyasi həyatındakı rolu nə səviyyədədir?

- Qadınlar ümumiyyətlə cəmiyyətin həyatında hər zaman rol oynamışlar. Hətta siyasətə qarışmağa ayıb sayıldığı keçmiş dövrlərdə belə. Çünki onların verdiyi tərbiyə, onların övladlarına göstərdikləri təsir gələcəyin siyasət adamlarının, ədəbi, mədəni, ictimai xadimlərin yetişməsinə səbəb olub.

İndi isə qadının cəmiiyətin həyatının hər sahəsində rolu inkaredilməzdir. Artıq qadın olmayan elə bir sahə mən tanımıram.

– Siz uzun müddət Bakıda yaşamısınız. Bakı ilə Moskvanı müqayisə etsək nə deyə bilərsiniz? Və sizinçün Vətəndən uzaqda yaşamaq nə deməkdir?

- Bakı və Moskva – iki haradasa oxşar, haradasa müxtəlif şəhərlərdir.

Mənim yaşımda olan insanlar üçün Moskva elə də yad şəhər deyildi. Çünki bizim uşaqlığımız və gəncliyimizin müəyyən hissəsi SSRi-nin vaxtına düşüb, hansı ki. O zaman Moskva - bizim ikinci paytaxtımız, rus dili isə - ikinci ana dilimiz sayılırdı. Azərbaycanda kifayət qədər ruslar yaşayırdı və bir həyətdə oynayarkən belə beş azərbaycanlı uşağı olurdusa, 3 nəfər də rus uşağı olurdu.

Lakin unutmaq olmaz ki, bizim burada yaşamağa başladığımız 2000-ci illərdəki Moskva ötən əsrin 70-80-ci illərindəki Moskva deyildi. Nə də insanların düşüncəsi və davranışı o zamankı deyildi. Biz birdən-birə dəyişən ayrı bir rus xalqını tanımağa başladıq. Orta məktəbdə oxuyarkən qış tətillərinə gəldiyimiz qonaqpərvər şəhərə deyil, sanki ayrı bir şəhərə düşdük.

Bakının isti, mülayim, doğma qucağından sonra, qışı aylarala bitməyən, həftələrlə günəşə həsrət qaldığımız bir diyarda yaşamaq elə də asan deyildi. Qohumlardan, dostlardan uzaqda. Yeni dostlar qazanana kimi, cəmiyyətə qaynaöıb qarşana kimi illər keçdi. Bu illərin hamısı bizim ömrümüzün bir parçasıdır. Geri dönməyən, qaytarılmayan. Bütün bu həsrət, bu nisgil, bu acı şeirə, sözə çevrildi. Ədəbiyyat olmasaydı, dostlar, həmkarlar olmasaydı yəqin ki qürbət həyatı daha da dözülməz olardı.

– Moskvadakı Azərbaycan diasporası haqqında nə deyə bilərsiniz?

- Azərbaycan diasporasından danışarkən bir şeyi qeyd etmək istəyirəm. Bayrmlarımız zamanı, müxtəlif tədbirlər zamanı mən hiss edirəm ki, biz Moskvada kiçik bir Azərbaycanıq. Biz Vətənin Vətəndən uzaqlara düşmüş bir parçasıyıq və özümüzdə: qəlbimizdə, əməllərimizdə, ruhumuzda Vətəni yaşadırıq. Mənə elə gəlir ki, Azərbaycan diaspora öz işini layiqincə görə bilən insanlardır. Azərbaycanın adına, milli mentalitetimizə layiq insanlardır. Günü-gündən də təşkilati işlərin daha da irəliləyəcəyinə, birliyimizin və həmrəyliyimizin daha da hüclənəcəyinə iman var məndə.

– Gələcək üçün yaradıcılıq planlarınız haqda nə deyə bilərsiniz?

- Hazırda daha iki kitab üzərində işləyirəm. Biri fransız dilində, digəri rus dilində nəşr olunacaqdır İnşaAllah. Yəqin ki, bu ilin sonuna işıq üzü görərlər.

Eyni zamanda qızım Nilufərlə birgə Meyxoş Abdullanın “Əsir qadın” romanının rus dilinə tərcüməsiylə məşğulam. Əsər Qarabağ müharibəsinin dəhşətlərinə həsr olunub. Bu əsəri Rusiyada rus dilində oxuculara çatdırmağı özümə borc hesab edirəm.

Bundan başqa Rusiyada və Türkiyədə yaşayan şair dostlarımın şeirlərini öz ana dilimizə tərcümə edirəm.

Sara Əliyeva
Moskva




Baxış: 3795 | Bölmə: Müsahibə, slayd4
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru