Mustafa Cəmilyev Krima muxtariyyəti Ukraynanın tərkibində istəyir


Mustafa Cəmilyev Krima muxtariyyəti Ukraynanın tərkibində  istəyir
Krım tatarlarının lideri hesab edir ki, krım tatarlarına yalnız Ukraynanın tərkibində müxtariyyət verilməlidir.

Qeniçeskdə keçirilən tatar Məclisinin yığıncağında Mustafa Cemilyev 29 mart qurultayında bir böyük yanlışlığa yol verildiyini və onun tezliklə düzəldilməsni təklif edib.

“Mənim fikrimcə, 29 mart Qurultayında bir böyük səhv edilib. Xalqın ötən illərdə olduğu kimi özünün milli-ərazi muxtariyyətini bərpa etməyə çalışacağından danışsaq, bu harada, hansı ölkədə olması dəqiq şəkildə göstərilməyib və ona görə də müxtəlif tipli anlaşılmazlıqlara səbəb ola bilər. Göstərilməlidir ki, biz hər zaman olduğu kimi özümümzün miuxtariyyətimizi yalnız Ukraynanın tərkibində bərpa etmək istəyirik””.

Qurultayda 33 məclis üzvündən 25-i iştirak edib.

Onu da qeyd edk ki, krım-tatarlarının lideri Mustafa Cəmilyevin RF tərəfindən 2019-cu ilə kimi Krıma girməsinə qadağa qoyulub.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir