Müxalifət Qazaxıstanın Gömrük İttifaqından çıxmasını istəyir


Müxalifət  Qazaxıstanın  Gömrük İttifaqından çıxmasını istəyir

Qazaxıstan müxalifəti referendum təşəbbüsü irəli sürüb.

Qazaxıstan müxalifəti respublikanın Gömrük ittifaqı və vahid istisadi məkandan çıxması, strateji əhəmiyyətli xüsusiləşdirilimiş müəsissələrin dövlətə qayratılması, atom stansiyası tikilməsinin qadağan edilməsi, bütün səviyyələrdə administrasiya başçıları seçkisi süalları qoyulmuş ümumxalq referendumu keçirilməsini təşəbbüsü ilə çıxış edib.

Şənbə günü Alma-Atada referendumla bağlı təşəbbüs qrupunun yığıncağı olub. Təşkilatçıların məlumatına görə yığıncaqda respublikanın bütün regionlarından 500 nəfərə yaxın nümyəndə iştirak edib.

Qanunvericiliyə görə bütün regionları təmsil edən bu sayda vətəndaşların referendum keçirmək təşəbbüsü irəli sürməyə haqqı var.

Hökmdə olan qanunvericiliyə görə yığıncaqda qəbul edilən sənəd mərkəzi seçki komissiyasına təqdim ediləcək. Referendum keçirmək üçün təşəbbüsçülərə 200 min imza toplamaq gərəkir.

Ayxan Azəroğu
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir