Müxalifət “Anti-hərbi marş” üçün Moskva meriyasna müraciət etdi


Müxalifət “Anti-hərbi marş” üçün Moskva meriyasna müraciət etdi
Müxalifətçilər Rusiyanın Ukraynaya qoşun göndərməsi əleyhinə yürüş etmək üçün Moskva meriyasına müraciət göndərib.

Bu haqda İTAR-TASS müxalifətçi aktivist Petr Sarkovun məlumatına əsaslanaraq xəbər verib.

Yürüşün martın 15-də olacağı haqqında Sarkov bundan əvvəl twitterdə yazıb. Müxalifətçilər Tver küçəsindən Puşkin meydanına, oaran da Pevolyutsiya (İnqilab) meydanına keçərək mitiqə başlamaq istəyirlər. Aksiya saat 13:00-da başlanacağı qərara alınıb. Mütaciətdə yazılandan çıxış etsək mitinqdə 50 min adamın iştirak edəcəyi gözlənilir.

Martın 2-də Manej meydanı yaxınlığında Müdafiə nazirliyinın binası qarşısında Ukraynaya qoşun yeridilmısinə qarşı icazəsiz aksiya keçirilmişdi. Polis aksiyada 360-a yaxin adam saxlayıb. Onlardan təxminən 70-ni gecəni polis şöbəsində keçirib. Bir neçə aksiyaçı isə 5 sutkalıq həbs edilib.

Təhlükəsizlik federasıyası Vladimir Putinin xahişi ilə Rusiya ordusuna Ukraynaya girməyə icazə verib. Ukrayna milli təhlükəszlik və müdafiə şürası ölkənin bütün ərazisində səfərbərliyə başlayıb. Ölkənin silahlı qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Qeyd edək ki, əvvəl Krim rəhbərliyi Ukraynada hakimiyyət dəyişikliyini tanımadığını bildirmişdi. Krımın yeni baş naziri, “Russkoe yedinstvo” (“Rus birliyi”) partiyasının lideri Sergey Aksenov Rusiya prezidentindən regionda sülhü təmin etmək üçün yardım etməsini xahiş etmişdi.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir