Müxalifətin mitinqindən ehtiyat edən Moskva meriyası şəhərin mərkəzində nəzarəti gücləndiriblüb


Müxalifətin mitinqindən ehtiyat edən Moskva meriyası  şəhərin mərkəzində nəzarəti gücləndiriblüb
Bu gün Moskvada “Marş Svobodı” – “Azadlıq marşı” keçirilməsi planlaşdırılsa da müxalifətçilər meriyanın verdiyi marşrutla razaılaşmadığına görə aksiyaya icazə verməyib. Ona görə də etirazçılar 15:00-da Lubyansk keçidində yerləşən “Siyasi repressiyalara qarşı simvolik etiraz yeri olan ” –Solovetskoy kamen abidəsinin yaxınlığında toplaşmağı qərara alıblar. Moskva meriyasından “kim qarışıqlıq salar, birbaşa və ya dolayısı icazəsiz mitinqə cəhd edərsə” inzibati cavabdehliyiə cəlb ediləcəyi xəbərdarlığı edilib.

Hər ehtimala qarşı Moskvanın mərkəzində təhlükəsizlik tədbirlər gücləndirilib. Karl Marks heykəli meydanından Teatralnıy meydanına kimi metal turniketlər qoyulub, ərazi polis -patrul xidməti əməkdaşalrının güclü nəzarətinə götürülüb. Lubyanskiy keçidindəki Politexnik muzeyi yanında və Puşkin meydanında maşın saxlamaq qadağan edilib. “Metropol” mehmanxanasının yanında dörd polis yük maşını dayandırılıb. Solovetskoy kamen və Lubyanka meydanında polislər və yol –patrul xidmətinin əməkdaşalrı növbə çəkirlər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir