Nadim Alixanov özünə sığınacaq axtarır


“Azərbaycan III Qarabağ və dünya  III dünya müharibəsi ərəfəsindədir”. Bu proqnozu özünü ekstrasens  kimi təqdim edən Nadim Alixanov verib.

https://lent.az/xeber/sosial/ekstrasens-iii-dunya-muharibesinden-qacmaq-ucun-bu-olkeye-uz-tutdu-40558017

Hər iki savaşdan “zərər görməmək üçün özünə təhlükəsiz yer axtaran  ekstrasens  paylaşdığı son videoda bu yerin Rusiyanın simal bölgəsi, o cümlədən  Tula və Nijnеvartovsk şəhərləri olduğunu  xüsusilə qeyd edib. O, sosial  şəbəkədə paylaşdığı  bu videosunda  “dunya savaşından qorunmaq” ucun dediyi yerə gəldiyini bildirib.

 “Özumə yeni məkan axtarmağa gəlmişəm ki, yaxin zamanda baslayacaq dunya savaşından özümü qoruyum”. 

Nadim onu  da vurğulayıb ki,  uçduğu təyyarə  hansı səbəbdənsə (ki, bunun səbəbi uyğunsuz hava şəraiti ola bilər-red.) istiqamət götürdüyü yerə enməyərək, ayrı bir şəhərə düşüb. Dunya savaşını “öncədən görən” ekstrasensin bunu  hiss etməməsi  savaşla əlaqəli gərginliyi ilə bağlıdır bəlkə də.

Qarabağ savaşından və ümumilkidə dünya müharibəsindən canını qurtaraq üçün ən təhlükəsiz yerə üz tutan “ekstrasensin” proqnozlarında  zaman və məkan  məsələlərinin  ümimi göstərilməsinin nəylə bağlı olduğuna bəraət tapa bilmədik.

Dünyada nələrsə, nə zamansa baş verir və verəcək. Hətta politoloqlar belə  gözlənilən  hər hansı gedişatın təxmini  zamanını söyləyə bilirlər.

Nadim Alixanovun təhlükəsiz yerə  gəlməsi onun bu ərəfələrdəmi  baş verəcəyinimə işarədir? Hər halda hamı ekstrasens deyil ki, bunu bilsin.

Amma belə çıxır ki, dünya müharibəsi Tula və Nijevarkutskdən yan keçəcək. Nadimin proqnozlarına görə hər şey ola bilər. Amma nə zaman? Onu yenə Nadim bilər.

Və Nadim Alixanovun proqnozunda  diqqətçəkən məqamlardan biri də  təhlükəsiz yerlərdən birinin Rusiya paytaxtından 183 km aralı olan Tula şəhəri  olmasıdır. Ekstasens niyə məhz Tula və ya Nijevartovskin  təhlükəsiz sayıldığını açıqlamır. Açıqlamanı yenə ekstarsens olamayan bizlərə buraxıb.

Allah axırımızı xeyir eləsin!

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir