Napoleonun Kremli partlatması əmri olan məktubu auksiona çıxarıldı


Napoleonun Kremli partlatması əmri olan məktubu  auksiona çıxarıldı
Məktub üçün 15 min avro qiymət qoyulub.

Napoleonun Kremli partladılması əmri olan şifrələnmiş məktubu Fransada satılmaq üçün auksiona çıxardılıb. Bu barədə Associated Press agentliyi məlumat verib.

“Bu məktub əslində çox unikal bir şeydir. Sadəcə orada olan koda görə biz Napoleonu ilk dəfə başqa cür görürük. 1812-ci ildə o, o özünün möhtəşəmliyini göstərərək Moskvaya daxil olub, oradansa sınmış halda geri dönub. Ruslar əvvəl Moskvanı tərk etmiş sonra isə şəhərə od vurmuşdular. Orada Napoleonu qələbə gözləmirdi, hətta acından ölən ordusu üçün orada yemək belə yox idi”- auksion evinin rəbəri Jan-Kristof Şatanye belə nağıl edir.

“Bu inanılaz dərəcədə düşündürücü bir məktubdur. O ancaq həyat yoldaşı Jozefinaya belə təsirli mətub yazardı. Moskva onu sındırdı”-deyə o əlavə edib.

Auksionun təşkilatçıları məktubu 15 min avroya satmağı düşünürlər.

2012-ci ildə Rusiya ilə Fransa arasında olan müharibənin 200 ili tamam olur. 1812-ci il müharibəsinə səbəb Rusiyanın aktiv şəkildə blokadanı dəstəkləməməsindən olub ki, bu Böyük Britaniyaya qarşı ən əsas silah hesab edilirdi.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir