NATO Avropada “Hərbi Şengen”” yaradır”


NATO   Avropada  "Hərbi Şengen"  yaradır
NATO ğlkələri “hərbi Şengen”” yaratmaq üçün razılığa gəliblər.

NATO üzvü ölkələrinin müdafiə nazirləri alyansın Avropa sərhədlərində hansısa “”hərbi Şengen”” yaratmaq üçün razılaşdırları haqda
Brüsseldəki hərbi-diplomatik mənbə məlumat verib.

Müdafiə qurumlarının başçıları Avropada qüvvələrin və vəsaitin yerləşdirilməsini təmin etməkdən ötrü komanda heyəti yaradılmasına razıdırlar.

“”””Hərbi Şengen”” tipli bir şey yaradılması nəzərdə tutulur””-deyə RİA “”Novosti””-nin həmsöhbəti deyib.

Xatırladaq ki, 2017-ci ildə Litvanın müdafiə naziri Raymundas Karoblis Avropa Birliyinə “”hərbi Şengen”” yaratmağı təklif etmişdi və bu fikri Benilyuks ölkələri (Belgiya, Niderland, Lyuksenburq) ilə bərabər Finlandiya və Estoniya da dəstəkləmişdi.

Bir müddət əvvəl Niderlandın müdafiə naziri Janin Hennis-Plasşert Avropa Birliyi rəhbərlərini “”hərbi Şengen sona”” yaratmağa çağırmışdı.

O da xəbər verilir ki, Tallin və Varşava NATO hərbi bölmələrinin Şimali Atlantik alyansı ölkələrinin sərhədlərini güzəştli qaydada keçmə sistemi- “”hərbi Şengen”” yaradılması lehinədirlər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir