NATO-nun baş katibi Türkiyəyə ordu göndərməyə hazır olduğunu deyib


NATO-nun baş katibi Türkiyəyə ordu göndərməyə hazır olduğunu deyib
NATO-nun baş katibi Yens Stoltenberq alyansın Türkiyənin cənub sərhəddini təhlükədən qorumaq üçün ordu göndərməyə hazır olduğunu bəyan edib. Bəyanat Rusiya hərbi hava qüvvələrinin ölkənin hava ərazisini iki dəfə pozması hadisəsi fonunda səslənib.

“NATO Türkiyə də daxil olmaqla öz müttəfiqlərini qorumağa hazır və qadirdir””-Stoltenberq bunu deyərək qeyd edib ki, Rusiya aviazərbəsi narahatçılığa əsas verən səbəbdir.

Stoltenberqin sözlərinə görə NATO buna reaksiya verib və ordunu göndərmək üçün öz imkan və qabiliyyətini gücləndirib. “”Bu cəbub istiqaməti və əgər buna ehtiyac olarsa həmçinin Türkiyə üçün də keçərlidir””,- deyib.

Bu gün Brüsseldə NATO müdafiə nazirlərinin sammiti keçirilir. Xəbər verildiyi kimi danışıqlarda Suriyadakı vəziyyət və Rusiyanın buna təsiri müzakirə olunacaq.

Türkiyə iki dəfə Rusiyanı hava sərhədlərini pozmaqda günahlandırıb. Türkiyə XİN-nin məlumatına görə hadisə oktyabrın 3-ü və 4-də baş verib. Oktyabrın5-də Rusiya səfiri etiraz notası alıb. Rusiya müdafiə nazirliyi baş verəni pis hava şəraiti ilə əlaqələndirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu olayla bağlı bəyan edib ki, Rusiya Türkiyə ilə dostluq münasibətini kəsərsə, çox şey itirər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir