Navalnı azadlıqda-50 gündən sonra


Navalnı azadlıqda-50 gündən sonra

Çıxdım, amma durmayacam. 50 günlük nəzarətdən sonra Navalnının ilk ismarışı belə oldu.

Bu gün oktyabrın 14-də səhər saatlarında siyasətçı Aleksey Navalnı 20 sutkalıq həbsdən sonra azadlığa buraxılıb. Bundan əvvəl o xüsusi təcridxanada 30 gün keçirmiş və oradan buraxılan zaman yenidən həbs edilmişdi.

Ötən dəfə qarşılaşdığı situasiyadan sonra həbsxana önündə polisləri görməyən Navalnı bu gün evə gedəcəyindən tam əmin olmadığını söyləyib.

“Hətta polis dostlarımı burada görməmək gözlənilməzdir. Hər şey yaxşıdır, təşəkkür edirəm. Əgər doğrusunu desəm bu gün çıxıb evə gedə biləcəyimi bilmirdim””-deyə söyləyən müxalifət lideri ilk növbədə onu dəstəkləyən hər kəsə minnətdarlığını bildirərək regionlarda həbsdə olanlara, aksiyalarda iştirak edənlərə böyük salamlarını çatdırıb.

“”Mənə elə gəlir ki, nəzarətdə saxlandığım 50 gündə biz gördük ki, bu rejim sonunacan pisləşib- xarici siyasətdən tutmuş, kosmik sənayeyə qədər uğursuzluğa uğrayıb. Kimsə düçünürsə ki, xoş olmayan həbslə bizi qorxudacaq və ya durduracaqsa, bu belə deyil””-

deyə Navalnı onu təcridxananın qapısında gözləyən jurnalsitlərə açıqlamasında vurgulayıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir