Navalnı yalana görə 300 min rubl cərimələndi


Navalnı yalana görə 300 min rubl cərimələndi

Böhtan işi Navalnıya həqiqi həbs cəzası gətirə bilər.

Müxalifətçi Aleksey Navalnını yenə də məhkəməlik oldu. Bu dəfə Babuşkin rayon məhkəməsi onu yerli orqan deputatı Aleksey Lisovenkonun şikayət ərizəsinə əsasən günahkar bilib. Navalnıy məhkəmənin qərarı ilə 300 min rubl miqradında cətimə olunub.

RF Cimayət Məcəlləsinin 128.1 maddəsinə əsasən böhtana görə 500 min ruldan 5 milyin rubla qədər cərimə və ya 160 saatdan 480 saata kimi məcburi əmək cəzası nəzərdə tutulur.

Lisovenko məhkəməyə şikayət ərizəsində Navalnının onu internetdə nəşəxor adlandırmaqla şərəf və ləyaqətini təhqir etdiyini göstərib. Bu məlumat 5 martda müxalifətçinin “Twitter” səhifəsində paylaşılıb.

Lisovenko ərizəsində onu da qeyd edib ki, “Navalnı 28 martdan ev dustağı olmasına baxmayaraq, sosial şəbəkə vasitəsi ilə tərəfdarlarıyla ünisyyətinə davam edir, bununla da məhkəmənin onun haqqında çıxardığı qərara hörmətsizlik göstərir”.

Havalnı məhkəmədə şikayətçini fikrinə etiraz edərək “Twitter”-də belə bir məlumat paylaşmadığını bildirib.
“Bir sıra insanlar var ki, onların mənim akkauntuma girişləri var. Oradakı məlumatı mənim yazdığım haqqında heç bir dəlil-sübut yoxdur”. Cavabdeh məhkəmənin ona bəarət qazandırmasını istəyib.

Xatırladaq ki, Navalnı ev dustağıdır. Qanuna görə bu müddətdə onun internetdən istifadə etməyi yasaqlanıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir