Navalnı Zolotovun çağırışını qəbul etdi


Navalnı Zolotovun çağırışını qəbul etdi

Müxalifətçi Aleksey Navalnı Korrupsiyaya qarşı mübarizə fondunun araşdırmasının dərcindən sonra onu duellə hədələmiş Rosqvardiyanın başçısı Viktor Zolotova cavab ünvanlayıb. Navalnı müraciətini özünün Youtube kanalından yayımlanıb.

“Mən sizin çağırışınızı qəbul edirəm, yer və silahı da seçirəm. Mənimlə sizin aranızda olan duel video debat şəklində ORT 1 və ya digər federal kanallardan birinin canlı efirində olsun. Əgər onlar da bundan imtina etsələr, o zaman bunu Youtube kanalı üzərindən etmək olar, onsuz da oranı milyon insan izləyir””-deyib.

Navalnı Zolotova düşünmək üçün bir həftə vaxt verdiyini də əlavə edib. “”Öz şahidlərinizi və ya orada çatışmayan hər hansı kimsələri göndərin””-deyə müxalifətçi söyləyib.

Xatırladaq ki, Zolotov Navalnıya senytabrın 11-də Youtube -da videomüraciət yazıb onu duelə çağırmışdı. Həmin zaman müxalifətçi həbsdə olduğu üçün ona cavab verə bilməmişdi.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir