Navalnıy həbsdən buraxıldı, amma hələlik…


Navalnıy  həbsdən buraxıldı, amma hələlik...
Hökümət gerimi çəkilir, yoxsa yeni “Bolotonıy”mı istəmir…

Dünən Kirov vilayət məhkəməsinin hökmü ilə həbs olunanlar- Aleksey Navalnıy Və Petr Ofitserov ölkədən çıxmamaq haqqında yazılı iltizam verdikdən sonra buraxılıblar.

Kirov vilayət məhkəməsi Baş prokurorluğun tələbini qəbul edərək Kirovles” işi haqqında hökm qüvvəyə minənə kimi Aleksey Navalnıy və Petr Ofitserov haqqında çıxardığı qərarının bir hissəsini dəyişib. Dünən məhkəmə zalından tutulanlaraq aparılan suçlulardan bu gün yazılı iltizam alınaraq buraxılmasına qərar verilib.

Onu da qeyd edək ki, Moskva şəhər merliyinə namizədliyi qeydiyyatdan keçmiş Aleksey Navalnıy barəsində hökm qüvvəyə minənəcən onun qeydiyyatı ləğv olunmayacaq. Navalnıy hələ mer seçkilərdə iştirak etmək şansını saxlayır.

Ayla Azəri
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir