Nazarbayev Qazağıstanın Avrasiya iqtisadi ittifaqından çıxa biləcəyini deyib


Nazarbayev Qazağıstanın Avrasiya iqtisadi ittifaqından çıxa biləcəyini deyib
Qazağıstan Avrasiya iqtisadi ittifaqından çıxa bilər. Bunu Tengri News saytı Qazağıstan prezidenti Nursultan Nazarbayevə istinad edərək xəbər verib. Nursultan Nazarbayev Avrasiya iqtisadi ittifaqı Qazağıstanın müstəqilliyini təhlükə altına alarsa, ölkəsinin bu təşkilatı tərk edəcəyini bəyan edib.

“Əgər anlaşmada göstərilən qaydalara riayət olunmazsa Qazağıstanın Avrasiya iqtisadi ittifaqınından cıxmağa haqqı var. Mən əvvəllər də demişəm və indi də təkrar edirəm. Qazağıstan müstəqillyimizi təhlükə altına ala biləcək bir təşkilatın parçası olmayacaq. Bizim üçün babalarımızın uğrunda mübarizə apardığı müstəqilliyimiz hər şeydən dəyərlidir. Hər şeydən əvvəl biz heç kimə təslim olmarıq və özümüzü qorumaq üçün hər şey edərik””-deyə Nazarbayev vurğulayıb

Qazağıstan dövlət başçısı onu da qeyd edib ki, Avrasiya ittifaqı üzvlərinin görüşü çərçivəsində bütün nümayəndələr eyni səs hüququna malikdir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir