Nazarbayevin keçmiş kürəkəni Avstriya həbsxanasında özünü asıb


Nazarbayevin keçmiş kürəkəni  Avstriya  həbsxanasında özünü asıb
Qazaxıstan prezidentinin sabiq kürəkəni, Rahat Əliyev Avstriya həbsxanasında özünə qəsd edib. Bu haqda RİA Novosti məlumat verib.

“Avstriya Ədliyyə nazirliyi Qazaxıstan Respublikasının vətəndaşı Rahat Əliyevin ötən gecə Yozefştadt həbsxanasının təkadamlıq kamerasında özünü asması gaktını rəsmən şifahi olaraq təsdiqləyib. Güman edirik ki, Avstriya höküməti baş verən hadisə ilə bağlı araşdırma aparır. Bizim diplomatik korpusumuz bütün prosesi aydınlaşdırmaqdan ötrü Avsriyanın rəsmi höküməti ilə əlaqədə olacaq””,– deyə Qazaxıstan XİN-nin mətbuat xidmətindən xəbər veriblər.

Əldə olan məlumata görə Əliyevi səhər yeməyi verən vaxtı ölmüş tapıblar. Onu bu hadisədən bir müddət əvvəl kamera yoldaşlarını şantaj etdiyinə görə təkadamlıq kamerya köçürüblərmiş.

Rahat Əliyevin özünü saxlandığı təkadamlıq kameranın vanna otağında zibil paketinin şnuru ilə asdığı bildirilir. Bunun intihar olduğu ehtimalı yüksək olsa da, Rahat Əliyevin vəkili Manfred Aynedter onu özünü asmağa vadar edən bir durumun olmadığını düşümür. Vəkilin sözlərinə görə növbəti məhkəmə iclası aprelin 8-də olacaqdı və o, suçsuz olduğunun üzə çıxacağıa inanırdı.

Xatırladaq ki, Rahat Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariginin keçmiş həyat yoldaşıdır. O, ölkəsində qanunsuz torpaq sahələrini, binaları basqın yolu ilə ələ keçirən cinayətkar qrup təşkil etməkdə şübhəli bilinirdi. Əliyev həmçinin hakimiyyəti ələ keçirmək, saxta sənədlər hazırlamaq, qəsbkarlıq, insan öğurluğu və ortağı olduğu Nurbank-ın sədr müavinini oğurlamaqda günahlandırılırdı.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir