“Neftçi” komandası tarix yazdı


“Neftçi”   komandası tarix yazdı
Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Azərbaycan çempionu “Neftçi” də bu turnirdə növbəti oyununa çıxıb. İlk oyunda doğma azərkeşlər qarşısında sülh bağlayan komandamız bu dəfə səfərdə rəqib APOEL (Kipr) komandasını darmadağın edərək Azərbaycan klubları arasında ilk dəfə qrupa düşən komanda kimi tarixə adını yazdırdı.

İlk dəqiqələrdən ev sahiblərinin fəal olmasına baxmayaraq, komandamız oyunda hesabı açmağı bacardı. Oyunun 22- ci dəqiqəsində Cavid İmamverdiyev hesabı açdı. Rəqib ilk qolun şokunu yaşadığı halda qapısında ikinci topu gördü. Bu dəfə 30-cü dəqiqədə qolun müəllifi Julius Vobay oldu. Birinci hissənin sonunda rəqib Benaşurun vurduğu qolla hesab arasındakı fərq minimuma endi.

İkinci hissədə birinci hissədəki kimi rəqib oyuna fəal başladı. Lakin komandamız müdafiədə diqqətli oynayaraq rəqibə qol vurmağa imkan vermədilər. Görüşün 60-cı dəqiqəsində Flavinyo əks hücümə keçərək hesab arasındakı fərqi artırdı. 83-cü dəqiqədə Elvin Yunuszadə rəqibə qarşı kobud oynayaraq meydandan qovuldu. Azlıqda qalmasına baxmayaraq komandamız sona qədər qələbəni əldən verməyərək Avropa miqyasında Azərbaycanı uğurla təmsil edən ilk komanda oldu.

“Yeni səs” kollektivi adından “Neftçi” kolmandasının butun heyətini və azərkeşlərini tarixi qələbə münasibəti ilə təbrik edir, qarşıdakı oyunlarda onlara qələbələr arzulayırıq.

Ramin Kazımov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir