Nigeriya həbsxanasına basqın: 40 dustaq azadlıqda


Nigeriya həbsxanasına basqın: 40  dustaq azadlıqda
“Boko Haram” təşkilatının silahlıları Nigeriya həbxanasına hücum edərək 4 gözətçini öldürmüş və 40 nəfər dustağı azadlığa buraxmışlar. Polis şobəsinin komissarı Yobe Petrik Eqbunivenin verdiyi xəbərə görə hadisə ölkənin şimal-şərqində yerləşən Damatur şəhər həbsxanasında baş verib. Azadlığa buraxılan dustaqlardan biri yenidən tutulub, biri isə güllələnib.

İTAR-TASS-in xəbərinə görə hücümçular iki partlayıcı qurğudan istifadə edərək həbsxananı atəşə tutublar. Gözətçilər cavab atəşi açıblar.

Xatırladaq ki, “Boko Haram”ekstremist islamçı qrupunun silahlıları keçən həftə Damatur şəhər təhlükəsizlik qüvvələrinin yerləşdiyi yerə hücum etmişdilər.

Son aylar Nigeriyada “Boko Haram” silahlıları tərəfindən terror aktlarının artması nəticəsində yüzlərlə adam həlak olub. Cümə günü prezident Qudlak Conatan milli təhlükəsizlik işləri üzrə məsləhətçisini və müdafiə nazirini istefaya göndərib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir