NİLUFƏR – gül deməkdir!


NİLUFƏR - gül deməkdir!
Ədəbiyyata əsrin əvvəllərində gələnlərlə, sonlarında gələnlərin ədəbi uğurlarını müqayisə etsək birincilərin daha şanslı olduğunu görürük.
XIX , XX ya da XXI yüz ilin əvvəllərində, gərək Rus ədəbiyyatında, gərəksə də Azərbaycan ədəbiyyatında bir hərəkətlənmə və canlanma olduğu bilinməkdədir.
Beləcə, əsrin başlanğıcına şahidlik edənlərin qismətinə ədəbiyyatın “altın çağı”, səksən, doxsanıncı illərdə ədəbiyyata gələnlərin qismətinə ya “gümüş çağı”, ya da “unudulmuşluq çağı” düşür.

Əsrin əvvəlində ədəbiyyata gələnlər bir öncəki nəsillərdən daha şanslıdırlar. Yeni doğulmuş uşaqlar dünya və həyat növbəsində necə ildirım sürətiylə böyüyüb özlərini təsdiqə can atırsa, yenicə yaşamağa başlayan əsrin özü kimi bu çağın ədəbi nəsilləri də eyni missiyanı həyata keçirirlər.
Hələ ötən əsrin səksən, doxsanıncı illərində mətbuatda, XXI-ci yüz ilin əvvəlində göydən yerə yeni bir enerjinin enəcəyini və bu enerji insaların dünya görüşündə (xüsusilə də gəncliyin) çox böyük təbəddülatlara səbəb olcağını və onların əvvəlki nəsillərə nisbətən daha yetkin və daha istedadlı olmalarına səbəb olacağını yazırdılar.
Artıq xərcləməyə, yaşamağa başladığımız 12 il ötən əsrlərdə deyilənlərin nə qədər doğru olduğunun bir başqa təsdiqidir. Bu günkü Azərbaycan ədəbi mənzərəsinə baxsaq XXI əsrin əvvəlində ədəbiyyata gələnlərin ədəbi tale baxımdan necə şanslı olduqlarını görərik. Halbu ki, ara ədəbi nəsil adlandırdığımz ədəbiyyat adamlarından onları, olsa-olsa cəmi 15-20 il ayırır.
Mәni sevindirәn – günümüzdəki ədəbi gəncliyin kimsəyə bənzəməmək inadı, təqliddən qaçmaq bacarığıdır. Bu, onların sәsi və nəfəsidir. Belə yetənəkli gənclərimizdən biri də indi “Literaturnoe znakomstvo” almanaxının dəyərli oxucularına əsərlərini təqdim etmək istədiyim Nilufər A. Şıxlıdır.

NİLUFƏR - gül deməkdir!
Nilufər Abdullayeva-Şıxlı yazar, tərcüməçi, publisist

Rusiya Sözçülük akademiyasının müxbir üzvü
Beynəlxalq Yazıçılar və Publisistlər assosiasiyasının üzvü.
1991-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
2006 ildə Moskva şəhəri 1937 saylı iqtisaydiyyat təmaüllü orta məktəbin nəzdindəki gimnaziyanı gümüş medalla bitirmişdir.
Həmin ildə Moris Torez adina Moskva Dövlət Dilçilik Universitetinin Humanitar və Tətbiqi elmlər fakültəsinə qəbul olmuşdur.
2011-ci ildə universiteti bitirərək həmin fakultənin aspiranturasına daxil olmuşdur.
2012-də Lomonosov adına MDU-nin jurnalistika fakültəsinə də daxil olub.
İki roman, bir neçə povest, çoxsaylı şeirlər və hekayələrin müəllifidir.
Rəssamlıqla məsğul olur. Mükəmməl olaraq beş dil bilir.

Bu qısaca həyat hekayəsindən görüldüyü kimi Nilıfər anadangəlmə yetənəyə sahibdir. Bu anadangəlmə yetənəklə mütaliyə və zəhmət, yeni başarılara davamlı canatım, onu yaşıdları arasında ön plana çıxarır. Nəzərə alsaq ki Nilufər doğma vətən coğrafiyasının və doğma ana dili aurasının dışında bu uğuları qazanır, o zaman ədəbi uğurlarının dəyəri daha da artar.

Nilufər qələmini bir çox janrlarda sınaqdan keçirir: şeir, hekayə, povest, roman… 22 yaş üçün elə bilirəm bunlar kifayət dəyər möhtəşəm uğurlardır. Söhbət sadəcə ədəbi janrlardan ya da yazılmış əsərlərin sayından getmir, söhbət onun, nə yazırsa yazsın, yazdığına ciddi məramlarla yanaşmağından gedir. O demək olar ki, heç kəsi təkrar etməməyə çalışır. Bu fikrimi Nilufərin bir şeri üzərində incələmələrimlə oxuculara çatdıracağam.
Nilufərin ən gözəl şerlərindən biri ”Maskalar” adlanır. Başlanğıcda bu mövzu həm maraq oyandırır, həm də hardasa tanış gəlir. Böyük Rus şairi Yuri Kuznetsovun və çox böyük azərbaycan şairi Əli Kərimin də eyni adlı əsərləri var. Bu iki böyük şairdən sonra eyni mövzuda uğurlu əsər yazmaq olarmı? Olduğunu sübut etmək üçün üç şerin üçündən də misallar gətirəcəyəm.Və bu misalları gətirərkən onu da vurğulamağı borc bilirəm ki, Nilufər bu iki şairin şerlərinin heç birisini oxumayıbmış.
Əvvəlcə Y. Kuznetsovun “Maska”sından başlayaq:

Я узнал из вчерашних газет,
Что меня в человечестве нет,
Но зато ходит множества басен.
Молвил скульптор: – Теряться не след.
Я сниму с тебя маску, поэт!
– Как с живого? А впрочем, согласен.

Лег на доски, и руки скрестил.
И лицо мое гипс охватил,
Как горячая смертная ласка.
Напряглась ни с того ни с сего
Плоть живая лица моего –
Этот трепет запомнила маска.

Воскресил ее мастер на свет.
– Ты чему улыбался, поэт?.. –
Словно с глаз моих спала повязка.
Говорю: – Ты пуста, как тот свет,
И тебя в человечестве нет… –
Но в ответ улыбается маска.

Bu isə Ə. Kərimin “Maska” şeiridir:

Yaxşı yadımdadır Peredelkino,
Klubda karnaval gecəsi vardı.
Orda maskaları maska taxmamış,
Bir şümal, bir gözəl qız paylayardı.
Bəzən görürdim ki, bir ayüzlüyə
Eybəcər bir meymun maskası düşür.
Bəzən də görürdün, elə tülkünün
Özü özü ilə bir də görüşür.
Gah da hər gün üzü maskalı olan,
Təzədən üzünə bir maska vurur.
Bəzən də birisi öz sifətini
alır,
qəzəblənir,
qıza qaytarır.
Karvanal qurtarır,
adamlar bir-bir
aldığı maskanı qaytarır qıza.
Amma bəziləri naxələf çıxır,
Qayıdır evinə üzündə maska.

NİLUFƏR - gül deməkdir!
İndi də gəlin Nilufərin şerinə nəzər salaq:

МАСКИ

Нам раздали чьи-то маски,
Изменились мы с тобой.
Не узнать под тоном краски –
Кто родной, а кто чужой.

Не те роли мы сыграли,
И сценарий был не тот.
Друг за другом примеряли
Боль падений, пик высот.

Но прошло все то, что было,
Тут второго дубля нет!
И друзей любовь остыла,
Нет, того, кто дал совет…

Знаю, что тебя так гложет…
Загляни, пустует зал!
Так зачем же, для кого же
Эту роль, мой друг, сыграл?

Мы аншлаги упустили,
Мы забыты: ты и я.
Так они нам отомстили –
Кому верили, любя.

И раскаянья излишни,
Тут иные времена.
На расклеенных афишах
Стерты наши имена!

“На расклеенных афишах,
Стерты наши имена!”

Bu sonluğun necə gözlənilməz və fərqli olduğu özlüyündə aydındır!

Nilufər özünü daha çox nəsrdə sınaqdan keçirmək istəyir. Elə bilirəm, buna haqqı da var. Oxucularımıza təqdim etmək istədiyimiz şeirlərdə və hekayələrdə fikrin mükəmməlliyi, üslubun fərqliliyi, yazı dilinin axıcılığı dediklərimizə birbaşa sübutdur. Ədəbiyyata yeni gələn, amma yeni gəlməsinə baxmayaraq şagirlik dönəminin üstündən atlayıb keçən və yazmış olduğu əsərləriylə özünü artıq təsdiq edən bir qələm sahibinə ancaq uğur olsun demək qalır!

Məmməd İSMAYIL
şair,
Çanaqqala 18 mart üniversitetinin professoru,
Türkiyə


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir