Nobel Sülh Mükafatını alan Muratov çıxışı zamanı Nobel komitəsini ayağa qaldırıb


Novaya qazeta”nın baş redaktoru Nobel Sülh Mükafatıan layiq görülüb. Dmitri Muratov çıxışı zamanı peşə səlahiyyətlərini yerinə yetirərkən həlak olan jurnalistlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmək üçün bütün zalı ayağa qaldırıb.

Muratov -“Mən istərdim ki, jurnalistlər qocalıb ölsünlər, öldürülməsinlər”- deyib.

Nobel Sülh Mükafatını qazanmış “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov Nobel nitqini həlak olan jurnalistlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə yekunlaşdırıb. Çıxışının sonunda o, Nobel Komitəsini və tamaşaçıların hamısını ayağa qaldırıb.

“Gəlin ayağa qalxıb bu peşə uğrunda canlarından keçmiş jurnalist həmkarlarımız Maria Resse ilə (2021-ci ildə Nobel Sülh Mükafatını da qazanmış filippinli jurnalist) bir dəqiqəlik sükutla yad edək və  təqiblərə məruz qalanlara dəstək olaq”, – deyə Muratov Nobel Komitəsinə müraciət edib. “Novaya qazeta”nın baş redaktoru çıxışı zamanı qeyd edib ki, o, jurnalistlərin yalnız qocalaraq  ölməsini istərdi.

Dekabrın 10-da Muratov və Ressa Nobel mükafatına layiq görülüblər. Jurnalistlər 2021-ci il üçün Nobel Sülh Mükafatı laureatlarının diplom və medallarını alıblar. Mərasim Oslo meriyasında baş tutub.

Jurnalistlərin Nobel Sülh Mükafatı laureatı olması faktı oktyabrın 8-də yayılıb. Onların “demokratiyanın və davamlı sülhün ilkin şərti olan söz azadlığının qorunması sahəsində göstərdikləri səylərə görə” təltif olunduğu dəqiqləşdirilib.

Muratov daha sonra etiraf edib ki, o, mükafatın şəxsən ona deyil, “Novaya qazeta”nın bütün  heyətinə veriləcəyinə ümid edirdi.

Jurnalist Sülh Mükafatına layiq görülən üçüncü Rusiya vətəndaşıdır. Ondan əvvəl mükafatı fizik, hüquq müdafiəçisi Andrey Saxarov və SSRİ-nin ilk prezidenti Mixail Qorbaçov alıblar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir