Novak Avrokomissiyanı “Yujnıy potok” iştirakçısı ölkələrəinə qarşı təzyiqdə suçlayır


Novak Avrokomissiyanı “Yujnıy potok”  iştirakçısı ölkələrəinə  qarşı  təzyiqdə suçlayır
21-ci Dünya neft konqressində Rusiyanın Enerji naziri Aleksandr Novak Avrokomissiyanı ittiham edən bəyanatla çıxış edib. O, “Yujnıy potok” layihəsinə daxil olan ölkələrin Avrokomissiya btərəfindən ciddi təzyiqlərə qaldığını bildirib.

RF Enerji naziri Aleksandr Novak hesab edir ki, Avrokomissiya Rusiyanın iştirak etdiyi transsərhəd infrastruktr layihəsinə qarşı sərt mövqə sərgiləyir. Buna xüsusilə, OPAL, “Yujnıy Potok”, “Yamal-Avropa” kimi qaz kəmərləri daxildir. Onun sözlərinə görə “Yujniy potok” layihəsinin bir neçə içtirakçısına ciddi təzyiq olunur. “Ortaqlarımız bizdən qazın nəql olunması məsələsi həll olunana qədər layihənin həyata keçirilməsində iştirak etməməyi xahiş edirlər. Ayrılıqda bolqar həmkarlarımızı avrofondun hesabına maliyyələşdirməkdən imtina edəcəkləri ilə hədələyiblər”-deyə o, 21-ci Dünya neft konqressində açıqlama verib.

Novak onu da qeyd edib ki, Rusiya dünya enerji dominantlıq etməyə cəhd etmir. “Biz öz hərəkətimizi fundamental bazar mexanizmi yönündə istiqamətləndirmişik”-deyib nazir. Onun fikrincə, enerjidən geosiyasi məsələlər üçün istifadə etmək qeyri- stabilliyin artmasına və vəsait qoyma klimatının pisləşməsinə gətirib çıxaracaq.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir