“Nyu-York Tayms” qəzetinə ildırım düşdü


“Nyu-York Tayms”  qəzetinə   ildırım düşdü

Dünyanın ən məşhur qəzetlərindən olan “Nyu-York Tayms” qəzetinə təyin olunacaq yeni rəhbərin adı açıqlanacağı gün onun yerləşdiyi binaya ildırım düşüb.

Nyu-Yorkun məhşur qəzeti ilə eynı adı daşıyan Tayms Meydanına baxan 52 mərtəbəli binaya düşən ildırımı burada çalışan minlərlə insan hiss edib. Amma ildırımdan bina və kimsə zərər çəkməyib.

Qəzet işçiləri hadisənin həyəcanını Twitter-də yazıblar. Bu xəbərin Bi-Bi-Si-də vəzifə müddəti bitən baş direktor Mark Tompsonun “Nyu-York Tayms”-ın rəhbərliyinə gətiriləcəyi ilə bir günə düşməsi isə sosial portalda zarafat mövzusu olub.

Nümunə üçün onlardan biri:

@kingfish888 adresli Twitter istifadəçisi: “Yeni patronu ıldırımla təbrik etdik” deyə yazıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir