Nyu-Yorkda Türkiyə hökümətinə qarşı aksiya keçirildi


Nyu-Yorkda  Türkiyə hökümətinə qarşı aksiya keçirildi
Nyu-Yorkda İstanbul Gezi parkındakı etirazçıları dəstəkləyən aksiya keçirilib. Şəhərin mərkəzinə yüzlərlə türk insanı tolaşaraq etirazçıları dəstəklədiklərini bildirib və Rəcəb hökümətini istefaya çağırıblar. Bu haqda Frans-Press agentliyi məlumat verib.

Aksiya Uoll-Strit parkı yaxınlığında baş tutub. İştirakçıların çoxu ağ-qırmızı-türk bayrağının rəngində geyiniblər. Əllərində Türkiyə hökümətini istefaya səsləyən ingilis və türk dilndə palkatlar tutublar.

İstanbulun Taksim meydanında yenilənmə işlərinə etiraz əlaməti olaraq minlərlə insanın 31 mayda küçələrə çıxması ilə müşahidə olunan aksiya hələ də davam etməkdədir. İnsanlar bütün gecəni Gezi parkında keçiriblər. Paytaxt Ankarada da aksiyaçılara qoşulanlar dağılışmayıblar. KİV-in verdiyi məlumata görə mülki admalarla polis arasında kiçik qarşıdurmalar qeydə alınıb. 1 iyunda Türkiyə daxili işlər naziriyi gün ərzində 900 nəfərin saxlandığını polislər də daxil olmaqla 79 nəfərin zərər çəkdiyini xəbər verib.

Ərdoğan şənbə günü bəyan edib ki, hökümət Taksimdəki yenilənmə işlərindən geri çəkilməyəcək. Bununla yanaşı o, polislərin etirazçılara qarşı həddindən artıq sərt davrandığını da qeyd edib. Bundan əlavə baş nazir meydanda barrikadaları götürməyi tapşırıb.

İstanbul sakinlərinin narazılığına səbəb isə Taksim meydanında Gəzi parkındakı ağacların kəsilməsi və Osmanlı imperiyasından qalmış kazarmanın yenilənməsi olub.

Etirazçılarla həmrəylik nümayiş etdirmək üçün Ankara və digər şəhərlərdə insanlar küçələrə çıxıblar.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir