“O Səs Türkiyə””də – Elgün Quliyev”


"O Səs Türkiyə"də -  Elgün Quliyev
Türkiyənin məşhur səs yarışması “O səs Türkiyə” də bu gün 33 yaşlı Elgün Quliyev musiqisi Cahangir Quliyevə məxsus “Ay qız” mahnısı ilə Hülya Avşar, Mustafa Sandal, Hadisə və Murad Bozdan ibarət münsiflər heyəti qarşısında çıxış etdi. Hadisədən başqa üç münsiflər heyətini özünə sarı döndürən Elgünu Türkiyənin sənətçiləri istəklə qarşıladılar.

Elgünü öz komandasında istəyən münsiflər heyəti üzvlərindən o, Mustafa Sandalı seçilərək onun komandasında bu yarışmanı davam etdirəcək.

Xatırladaq ki, Elgün Quliyev “O Səs Türkiyə” müsiqi yarışmasında iştirakını davam etdirən Azərbaycandan qatılan ikinci iştirakçıdır. Bundan əvvəl də Aynurə Əhmədova bu müsabiqədə Hülya Avşarın diqqətini çəkmiş və onun komandasına seçilmişdi.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir